GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İranın bəzi məktəblərində Azərbaycan dili necə öyrədiləcək? - 5 suala cavab

İranın bəzi məktəblərində Azərbaycan dili necə öyrədiləcək? - 5 suala cavab

Tarix: 31-01-2022, 23:12 Bölmə :Cəmiyyət Baxış: 948

Sentyabrın 23-dən İranın etnik azərbaycanlılar yaşayan bölgələrindəki dövlət məktəblərində Azərbaycan/Türk dili tədris oluna bilər.

İranın əsasən şimal-qərb regionlarında - Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan, Qəzvin və Ərdəbildə Azərbaycan dili və ya özlərinin təbirincə, Türk dilində və ya Azərbaycan türkcəsində danışılır.

Burada yaşayan etnik azərbaycanlılar uzun illərdir ki, ana dilində təhsil üçün mübarizə aparırlar.

BBC News Azərbaycanca dilin tədrisi ilə bağlı ən çox verilən 5 suala cavab hazırlayıb.

Azərbaycan/türk dili harada, necə və kimlərə keçiləcək?

Azərbaycan/türk dilinin fənn kimi tədris olunmasına İranın Şərqi Azərbaycan vilayətindəki dövlət məktəblərində başlanılacaq.

Şərqi Azərbaycan vilayətinin təhsil departamentinin rəhbəri Cəfər Paşai deyib ki, dərslər həftədə iki dəfə olmaqla, ümumilikdə, bir tədris ilində 60 saatdan çox olmayaraq keçiriləcək.

Rəsmi məlumatlarda bu fənnin sinifdənxaric oxu kimi tədris olunacağı deyilir.

İran hökuməti bunu "pilot plan" kimi təqdim edir.

Dərslər yalnız 4-cü və 9-cu sinif şagirdlərinə keçiriləcək.

Dərslərin məzmununu və tədris saatlarını məktəblər müəyyənləşdirəcək.

Pilot planın konkret hansı məktəblərdə tətbiq olunacağı hələlik açıqlanmır.

Azərbaycan/türk dili tədrisi niyə indi tədris olunur?

İranda yaşayan etnik azərbaycanlılar hökumətin məktəblərdə azərbaycan/türk dilinin tədris olunacağı barədə elanını ilk dəfə deyil ki, eşidirlər.

Prezident Həsən Ruhani 2013-cü ildə öz seçki proqramında belə bir vəd vermişdi.

Həsən Ruhani seçki kampaniyası çərçivəsində Şərqi və Qərbi Azərbaycan vilayətlərinə səfərləri zamanı etnik azərbaycanlılara vəd verib ki, seçilərsə, onlara İran Konstitusiyasının 15-ci maddəsindən faydalanmaq imkanı veriləcək.

Konstitusiyanın bu maddəsi məhəlli və tayfa dillərindən mətbuat və kütləvi mediada istifadə, habelə bu dillərdə təhsil hüququ verir.

Hərçənd ki, 2015-ci ildə Həsən Ruhani etnik azərbaycanlılara verdiyi ana dilində təhsil vədini yerinə yetirməməkdə ittiham edilib.

2016-cı ilin avqustunda Elm nazirinin müavini Mojtaba Şəriəti elan etmişdi ki, Azərbaycan Dili və Ədəbiyyatı ixtisası ali məktəblərin kurrikulumuna əlavə ediləcək.

"Bu [prezident Həsən Ruhaninin] Ümid və Ağıl hökumətinin ölkədəki müxtəlif etnik qruplara diqqət siyasətidir. Ötən il hökumətin [universitetlərdə] Kürd dili və ədəbiyyatı ixtisasını tədris etməsinin də səbəbi budur", Şəriəti həmin vaxt bildirib.

O həmçinin qeyd edib ki, yalnız Şərqi Azərbaycan vilayətindəki Təbriz Dövlət Universiteti bu sahəni tədris etməyə hazır olduğunu açıqlayıb.

Təbriz Dövlət Universitetində "Azərbaycan dili və əbədiyyatı" adlı fakültə fəaliyyət göstərir.

Etnik azərbaycanlı fəallar deyirlər ki, burada hər il cəmi 30-40 tələbə təhsil alır və 30-40 milyon insandan 30-40 nəfərin buranı bitirməsi verilən vədə uyğun deyil.

Bundan başqa, 2017-ci ilin yanvarında gündəlik Vaghaye Ettefaghiyeh qəzeti Twitterdə yazıb ki, Doktor Ruhaninin ana dilinin öyrədilməsi barədə seçki vədinin təcrübədə həyata keçirilməsi, yəni ibtidai siniflərdə Türk dilinin tədrisi gələn il (2018-ci il- red.) reallaşacaq.

İranda etnik azərbaycanlılar dili necə öyrənirlər?

Bu gün İran

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Əslində İranda azərbaycan/türk dili, eləcə də digər etnik qrupların [məsələn, kürd] dillərinin fənn kimi tədrisinə qanunla icazə verilir.

BBC News Azərbaycancaya danışan bəzi yerli jurnalistlər deyirlər ki, bəzi özəl məktəblərdə azərbaycan/türk dili öyrədilir.

Təbriz şəhərində yaşayan və dilçilik üzrə bir mütəxəssis keçən il BBC News Azərbaycancaya bildirib ki, bu, böyük şəhərlərdə mümkün olur, amma kiçik şəhərlərdə bu imkan yoxdur.

"İranda olan azərbaycanlıların çoxu bu dili öz evində, analarından öyrənir. Uşaqlara bu dil, əsasən şifahi öyrədilir. Çoxları yalnız şifahi dili öyrənirdi, ancaq indi yeni nəsildə qrammatikanı öyrənməyə həvəs yaranıb", mütəxəssis qeyd edib.

Vaxtilə İranda Azərbaycan dilinin tədris etdiyi üçün həbs olunduğunu deyən fəal Ramin Cabbarlı isə bu məlumatları doğru hesab etmir.

"İran İslam Respublikası özəl məktəblərdə deyil, həm də evlərdə belə azərbaycan türkcəsinin tədrisinə qadağa qoyur. Bizim bir çox fəallar evlərdə azərbaycan türkcəsini öyrətdiyi üçün həbs olunub", o iddia edir.

Onun sözlərinə görə, ingilis, ispan, fransiz dilləri ilə yanaşı, Türkiyə türkcəsinin kurslarda öyrədilməsinə icazə verilir.

"Amma Azərbaycan türkcəsinə icazə vermirlər, çünki onu siyasiləşmiş türkcə hesab edirlər. Türkiyə türkcəsi türkiyəlilərin dili kimi nəzərə alındığı üçün və hər hansı bir milli oyanışda ciddi rolu ola bilməz deyə izn verilir".

Cənab Cabbarlı onu da qeyd edir ki, azərbaycan türkcəsi çox nadir hallarda, müvəqqəti olaraq, hər hansı ədəbiyyat birliyində, yazarlar birliyində öyrədilə bilər, amma o da çox müvəqqəti şəraitdə ola bilər.

Hazırda verilən elan o deməkdir ki, fənnin tədrisi dövlət məktəblərində həyata keçiriləcək.

Lakin ana dili fəalları təkcə azərbaycan/türk dilinin fənn kimi tədrisi üçün deyil, həmçinin bütün təhsilin ana dilində olması, başqa sözlə, ana dilində təhsil üçün mübarizə aparırlar.

Cəmiyyətdə bu xəbər necə qarşılandı?

Əslində belə vədlər demək olar ki, hər il verildiyi üçün xəbər cəmiyyətdə o qədər də böyük reaksiya doğurmayıb, müşahidəçilər deyir.

Təhlilçi Ramin Cabbarlı bunu "uzun illərdir verilən, sadəcə çox gecikdirilmiş bir vəd" adlandırır

.

O deyir ki, bu xəbərə kiçik müsbət addım kimi baxsa da, amma olacağına ümidi də yoxdur. Çünki, bundan əvvəllər də verilən belə vədlər icra olunmayıb.

"Azərbaycan türkcəsinin həftədə iki saat öyrədilməsindən söhbət gedir. Həftədə iki saatla ana dilini necə öyrənmək olar? Bu uyğun olsa, azərbaycanlı uşaqların farsca öyrənməsi üçün uyğun olar. Bizim üçün bütün fənlərin ana dilində keçirilməsi vacibdir".

Twitter-də bir sıra istifadəçilər hökumətin bu planını tənqid ediblər. Onların sözlərinə görə, bu, ölkənin bölünməsinə gətirəcək.

"İslam Respublikası İranın demokratiyasının parçalanmasına zəmin hazırlayır", @Vidaa_z adlı istifadəçi bildirib.

@_salehwriter istifadəçi isə bunu "Ruhani hakimiyyətinin ən böyük xainliyi" adlandırıb. "Bu, ediləsi ən axmaq və ən təhlükəli şeydir", o qeyd edib.

@SEPEHR_22 yazır ki, bu plan "ölkəni parçalayacaq", BBC Monitorinqin tanış olduğu şərhlərdə deyilir.

Etnik azərbaycanlıların özləri də da ana dilinin məktəblərdə fənn kimi tədris planına qarşı çıxıblar.

@Mohsenlashgari3 yazır: "Şəxsən, mən türk dilinin, eləcə də istənilən yerli dilin məktəblərdə tədrisinə çox qarşıyam. Bizim ana dilimiz farscadır. Bu qədər."

Bəzi istifadəçilər isə İranın Azərbaycan dilinin danışıldığı müxtəlif bölgələrində bəzi sözlərin müxtəlif mənalar verməsinə diqqət yönəldib. Onlar maraqlanıblar ki, görəsən tədris vəsaitlərində hansı versiya istifadə olunacaq.

"Məsələn, Təbrizdə "söyürəm" "sevirəm" mənasındadır, lakin Urmiyada bu "söyürəm" mənasındadır", fatherof5cats adlı istifadəçi yazır.

Başqa birisi isə yazır ki, tədris vəsaiti hazırlamaq üçün "kifayət qədər vaxt" olmadığına inanırlar.

tanaghozz adlı istifadəçiyə görə, bu, "həm şagirdləri, həm də valideynləri məyus edəcək".

Tədrisdə hansı vəsaitlərdən istifadə olunacaq?

Bir sıra İran xəbər agentlikləri 2016-cı ildə çap olunmuş azərbaycan/türk dili kitabının onlayn versiyasını paylaşıblar.

Mətbuat yazır ki, bu kitab məktəblərdə ana dilinin tədrisində istifadə olunacaq. Hərçənd ki, bu məlumat başqa mənbələrdən təsdiqlənməyib.

BBC News Azərbaycancaya danışan fəallar deyirlər ki, İranda azərbaycan türkcəsini tədris etmək üçün "kitab problemi yoxdur".

"İslam İnqilabından başlayaraq böyük çətinliklərlə də olsa, ana dilini öyrənmək, öyrətmək üçün bir çox kitablar çap olunub", Ramin Cabbarlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan türkcəsində kitablar çox uzun yoxlamalardan sonra nəşr olunur, amma tədrisinə icazə verilmir.

"Ana dili" adlanan kitabı 2016-cı ildə Zəncanın təhsil departamentinin əməkdaşlığı ilə Mohammad Reza Baghban Karimi yazıb.

Ana dili kitabı

ŞƏKLİN MƏNBƏYİ,YOLPRESS.IR

Şəklin alt yazısı,

"Ana dili" kitabının bir səhifəsi

Kitab fars əlifbası ilə azərbaycan/türk dilində sözlər və onların oxunuşu, cümlə quruluşu öyrədilir.

Bundan başqa, kitabda, Məhəmməd Hüseyn Şəhriyar, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, İzəddin Həsənoğlu, Rumi, Mirzə Ələkbər Sabir, Mahmud Dəstpiş (Valeh), Bəxtiyar Vahabzadə, Səməd Vurğun kimi şairlərin əsərləri və başqa hekayələr yer alıb.


GundemxeberAz


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranın bu universitetində Azərbaycan dilinin tədrisinə icazə verildi

    İranın bu universitetində Azərbaycan dilinin ...

    8-01-2017, 21:28

  • 
  • İran məmurlarından türk dilinə hörmətsizlik: - “Ona bu cür açıqlama vermək tapşırılıb”

    İran məmurlarından türk dilinə hörmətsizlik: - ...

    4-01-2019, 10:56

  • 
  • Azərbaycanla bağlı inqilaba bərabər qərar

    Azərbaycanla bağlı inqilaba bərabər qərar ...

    14-08-2016, 15:13

  • 
  • Rus dilində tədris davam etdiriləcək? - Təhsil naziri əmr imzaladı

    Rus dilində tədris davam etdiriləcək? - Təhsil ...

    28-09-2018, 20:51

  • 
  • Fars-molla rejiminin TÜRK QORXUSU... - FAKT

    Fars-molla rejiminin TÜRK QORXUSU... - FAKT ...

    7-01-2019, 12:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu