İranda fars dilinin bir şivəsi olan Simnan ləhcəsinin bölgənin məktəblərində tədris olunacağı barədə qərar qəbul edilib.
Bu barədə Simnan Şəhər İcra Hakimiyyətinin başçısı Abbas Danayi məlumat yayıb.
O, yerli mədəniyyət və adət-ənənəni qoruyub saxlamağın vacib məsələ olduğunu bildirib:
“Yerli dillərin tədrisi və öyrənilməsinin diqqətdən kənarda qalması həmin dil və ya ləhcənin məhv olması ilə nəticələnir. Ona görə də bu şəhərin mədəniyyət, dil, adət və ənənəsi dirçəlməlidir. Bunun üçün əhali ilə yanaşı müəllimlər, incəsənət xadimləri, mütəxəssislər də xüsusi fəallıq göstərməlidirlər”.
Abbas Danayinin bu sözləri və sözügedən qərar güneyli soydaşlarımız tərəfindən birmənalı qarşılanmayıb. Onlar İranda 30 milyondan çox Azərbaycan türkünün ana dilində təhsil alma hüququnun əlindən alındığını diqqətə çatdırıblar. /axar.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?