Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vilyam Hacıyev də həbsdə namaza başladı
İmişli rayonunun həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev həbsdə ibadətə başlayıb.
Hazırda Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsində olan keçmiş icra başçısı namaz qılır.
O, müəssisədə olanlara hər zaman islam dininə bağlı olduğunu, sadəcə işləri çox olduğundan ibadət üçün vaxt ayıra bilmədiyini deyib. Hətta dinə bağlı olduğunu sübut etmək üçün vaxtilə Göygöl rayonunda məscid tikdirdiyini də bildirib.
Qeyd edək ki, V. Hacıyev ötən ilin sentyabrından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Buna səbəb kimi, onun ağciyərlərində pnevmoniya aşkarlandığı göstərilir.
Xatırladaq ki, daha əvvəl Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun da həbsdə namaza başlayıb, şeir yazması, idmanla məşğul olması ilə bağlı xəbərlər yayılmışdı./“Yeni Sabah"/
27-10-2021, 14:09
17-07-2021, 11:48
19-02-2013, 11:02
29-06-2018, 14:39
13-10-2020, 18:33
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?