GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Nəcməddin Sadıkovun dövlətə xəyanətə görə tutulması üçün qərar verilmişdi” - DETALLAR

“Nəcməddin Sadıkovun dövlətə xəyanətə görə tutulması üçün qərar verilmişdi” - DETALLAR

Tarix: 8-02-2022, 10:47 Bölmə :Cəmiyyət Baxış: 239

I Qarabağ Müharibəsi zamanı 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində keçirilməsi planlaşdırılan, lakin 1 gün gecikmə ilə baş tutan və uğursuzluqla nəticələnən “Çeildağ” əməliyyatının detalları üzə çıxıb.

 Respublika Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev “Kriminalqafqaz"a cinayət işinin istintaqı barədə arayış göndərib. K.Əliyev sənəddə qeyd edib ki, həmin vaxt Silahlı Qüvvələrin Baş Qərargah rəisi olan Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınıb. Nəticədə 82 azərbaycanlı hərbçi tələyə salınaraq öldürülüb və ya itkin düşüb:
“Döyüş əməliyyatının bir gün yubandırılmaqla keçirilməsinə görə hərbçilərimiz ermənilər tərəfindən Əfqanıstanda Sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuş “Oqnevoy meşok” deyilən tələyə salındı və nəticədə 82 hərbi qulluqçu öldü. Əməliyyatın nəticələri ilə bağlı Nəcməddin Sadıkov, Müdafiə nazirinin müavini Elbrus Orucov, nazirliyin Əməliyyat idarə rəisi Vasyak Aleksandr Petroviç və digərləri raportlar yazıb müvafiq izahatlar tərtib etdilər. Həmin raportda göstərilmişdi ki, “Çeildağ” əməliyyatının acınacaqlı sonla nəticələnməsinin səbəbi o zamankı N saylı hərbi hissənin komandiri polkovnik-leytenant Talıb Məmmədovun şəxsi heyət və texnikanın əməliyyatdakı iştirakını qəsdən təmin etməməsi olub”.
Kamal Əliyev həmin raporta uyğun təqdim olunmuş materiallar əsasında T.Məmmədov barəsində tutulma qərarı çıxarıb. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb və Respublikanın Hərbi prokuroru Nizami Təhməzovun sanksiyasına əsasən həbs edilib.
Kamal Əliyev bildirir ki, istintaq zamanı əslində Nəcməddin Sadıkovun yazdığı raportun yalan olduğu üzə çıxıb. Müstəntiq 1994-cü ildə Nəcməddin Sadıkov, Elbrus Orucov, Vasyak Aleksandr Petroviç və digərləri barəsində dövlətə xəyanət və vəzifə səlahiyyətlərini aşma (hazırki redaksiyada Cinayət Məcəlləsinin 274 və 341-ci maddələr) ittihamını irəli sürüb:
“İstintaq nəticəsində qəti şəkildə müəyyən olundu ki, "Çeildağ" əməliyyatının məğlubiyyətə uğramasının səbəbləri Nəcməddin Sadıkov tərəfindən əməliyyatın bir gün təxirə salınması və nəticədə əməliyyat haqqında düşmənin əvvəlcədən tam və ətraflı məlumatlandırılması olub. İstintaq tam əmin oldu ki, əməliyyat N.Sadıkov və digərləri tərəfindən qəsdən düşmən tərəflə birlikdə koordinasiya olunub.
1994-cü ilin fevralında Hərbi prokurorluğun rəhbərliyinə dəfələrlə məruzə olundu. Hərbi prokurorluq cinayət işinin təcili qaydada baxılması və yekunlaşdırılaraq məhkəməyə göndərilməsini tələb edirdi. Hətta həmin vaxt Nizami Təhməzovla mübahisə etdim və bildirdim ki, qeyri-qanuni qərar qəbul edə bilmərəm. Ciddi təzyiqlərə baxmayaraq, Talıb Məmmədov barəsində cinayət təqibinə xitam verib onu həbsdən azad etdim.
Eyni zamanda, Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digərləri haqqında şübhəli şəxs qismində tutma protokolları tərtib edib, onların müttəhim kimi cinayət məsuliyyətinə cəlb olunmaları barədə qərar qəbul etdim”.
Amma müstəntiqin bu qərarı Baş Prokurorluq və Hərbi Prokurorluqda narazılıq yaradıb. Kamal Əliyev Nəcməddin Sadıkova qarşı qərəzli mövqe tutmaqda günahlandırılıb:
“Bu hadisədən sonra, Hərbi Prokuror Nizami Təhməzov mənim işdən azad olunmağım barədə qərar qəbul etdi. Vəzifə səlahiyyətlərini asmaqda ittiham edilərək həbs edildim.
Baş Prokurorluğun binasında prokurorluq orqanlarının vəzifəli şəxsləri ilə yanaşı Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirildi və gecə saat 11-dən səhər 9:30-a qədər izahatım alındı. Müşavirədə qərar verildi ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi barəsində özbaşına tutma protokolu tərtib edib cinayət məsuliyyətinə cəlbetmə barədə qərar verdiyimə görə həbs olunmalıyam ki, başqalarına dərs olsun.

Səhəri gün məsələ ölkə rəhbərliyinə məruzə olundu. Prezidentin tapşırığından sonra rəhbərlik cinayət işini mənim icraatımdan alaraq başqa müstəntiqə verdi. Düzdür, işi təhvil alan yeni müstəntiq ittihamı məhkəməyə göndərdi. Lakin Ali Məhkəmə Talıb Məmmədova bəraət verdi. Onun “Çeildağ” əməliyyatındakı 82 hərbçinin ölümündə günahkar olmadığı sübuta yetirildi. Mənim barəmdəki işdən azad olunma və həbs qətimkan tədbiri isə ləğv edildi. Nəcməddin Sadıkovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qərarlarımın sonrakı taleyindən isə xəbərim olmadı”.
Bundan sonra müstəntiq Kamal Əliyev Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək tutulmuş sabiq Müdafiə naziri Rəhim Qazıyevin cinayət işi üzrə istintaqı aparmaqla vəzifələndirilib.
Müstəntiq K.Əliyev Nəcməddin Sadıkovun həbsinə nail ola bilməsə də, həmin olaylardan sonra Sadıkov Müdafiə Nazirliyinin əməliyyat, kəşfiyyat və XTQ-ə müdaxilədən, həmin strukturlardan informasiya alma imkanlarından məhrum edilib.
Qeyd edək ki, Talıb Məmmədov isə bəraət aldıqdan sonra yenidən MN strukturunda çalışmağa davam edib. Nazirliyin Baş Kəşfiyyat İdarəsinin rəisi təyin olunub, general-leytenant hərbi rütbəsinə kimi yüksəlib. Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin formalaşdırılmasında mühüm rol oynayıb. Azərbaycanın Pakistandakı hərbi attaşesi olub.
Kamal Əliyev isə Hərbi Prokurorluqdan sonra Bakı və Tərtər Hərbi Məhkəmələrində hakim işləyib. Hazırda fəaliyyətini vəkil kimi davam etdirir./"Qafqazinfo"/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nəcməddin Sadıkovun vəzifədən çıxarılma xəbərinə rəsmi reaksiya - Nazirlikdən açıqlama

    Nəcməddin Sadıkovun vəzifədən çıxarılma xəbərinə ...

    10-05-2016, 22:43

  • 
  • Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb

    Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan ...

    28-01-2021, 13:31

  • 
  • Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu

    Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu ...

    28-01-2021, 10:54

  • 
  • Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarılması ilə bağlı iddialara aydınlıq gətirib

    Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən ...

    21-07-2020, 17:42

  • 
  • Nəcməddin Sadıkov Belarusa gedib

    Nəcməddin Sadıkov Belarusa gedib ...

    21-08-2018, 15:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu