Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nazir müavini vitse-prezident oldu, icra başçısı vəzifəsini itirdi
Azərbaycan Boks Federasiyasına yeni vitse-prezident seçilib.
Gundemxeber.az-ın xəbərinə görə, bu, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirlidir. Həmçinin əvvəlki rəhbərliyin dövründə vitse-prezident kimi fəaliyyət göstərmiş Məhərrəm Talıbov işinə davam edəcək.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və əvvəl federasiyanın vitse-prezidenti olmuş Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.
Xatırladaq ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu dəfə vitse-prezident seçilməyib.
İdarə Heyətinə üzv seçilən Fuad Hacıyev isə həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidentlərindən biridir.
Qeyd edək ki, bu gün əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Boks Federasiyasına prezident seçilib.
Gundemxeber.az
16-11-2018, 11:41
10-10-2017, 14:22
14-01-2016, 21:24
10-12-2015, 14:18
3-12-2019, 10:39
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?