GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Maşında öpüşmək üçün iki min manat - Qanun hamı üçün deyilmiş

Maşında öpüşmək üçün iki min manat - Qanun hamı üçün deyilmiş

Tarix: 9-02-2022, 14:14 Bölmə :Cəmiyyət Baxış: 226


Nəyə görə rüşvət alan həkim həbsxanaya düşməli, amma rüşvət tələb edən polislər belə məsuliyyətdən azad olunmalıdırlar?

2022-ci il fevralın 3-də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi gənc heykəltəraş Rəşid Məhərrəmovun şikayəti üzrə xidməti araşdırmanın başa çatdığını elan edib. General Polad Həşimovun abidəsinin müəllifi olan heykəltəraş DYP əməkdaşlarını - DYP-nin patrul avtomobilinin ekipajını (99-YP-687), “Ekologiya postu”nun yaxınlığında, avtomobildə qızla öpüşə görə ondan 2000 manat pul tələb etməkdə ittiham edib. Araşdrıma nəticəsində yol polisi əməkdaşları intizam məsuliyyətinə cəlb ediliblər.

Bu məlumatı nəzərdən keçirdikdən sonra bir sualımız yarandı: nə vaxtdan yol polisi avtomobildə nalayiq davranış məsələləri ilə məşğul olur və öz avtomobilində bir qızla öpüşmək ictimai asayişin pozulması hesab edilə bilərmi?

AYNA-nın bu sualına cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə müdiri Elşad Hacıyev deyib ki, məsələ barədə rəsmi məlumat yayılıb və həmin məlumata heç bir əlavəsi yoxdur.

Öz avtomobilində qızla öpüşməyin ictimai asayişin pozulması olub-olmaması ilə bağlı suala gəldikdə, Hacıyev qeyd edib ki, ictimai təhlükəsizlik qaydalarına riayət etmək birgə yaşayış qaydalarına riayət etmək deməkdir: “İnsanların çox olduğu yerlərdə qızla öpüşmək, hətta öz avtomobilində də olsa, ictimai asayişin pozulması sayıla bilər”.

DİN sözçüsünün qəribə məntiqi var. Biz bu addımın tərəfdarı deyilik, amma başa düşürük ki, Bakı bulvarında qadınla kişi öpüşsə belə, burada qanunsuz heç nə yoxdur, baxmayaraq ki, azərbaycanlılar qanunlar olmadan da əxlaq prinsiplərinə riayət etməyi öyrəniblər. Bəs niyə vətəndaşın şəxsi avtomobili qanun təmsilçisinin gözündə (bu halda Elşad Hacıyevin gözündə) insanların sıx toplaşdığı yer hesab olunur və buna görə də ictimai asayişin pozulması faktı ortaya çıxır?

Əxlaq polisi vəzifəsini üzərinə götürən yol polisi əməkdaşları ictimai asayişi bu qədər canfəşanlıqla müdafiə ediblərsə, o zaman niyə heykəltəraşı qanun çərçivəsində cərimələyib, cərimənin ödənilməsi üçün çek təqdim etməyiblər? Əvəzində isə rüşvət tələb ediblər. Bu, o deməkdirmi ki, 2 min manat qarşılığında ictimai asayişin pozmasına göz yummaq da olar?

Yol polisinin təbirincə, ictimai asayişi pozan heykəltəraşla bağlı vəziyyət daha bir vacib sualı gündəmə gətirir: Tutaq ki, heykəltəraş ictimai asayişi pozdu, o zaman ondan pul qoparmağa çalışan polislər də qanunu pozublar, üstəlik, bu pozuntu maşında öpüşməkdən daha ciddidir. Bəs niyə heykəltəraş Rəşid Məhərrəmovdan rüşvət istəyən polis əməkdaşları ancaq intizam məsuliyyətinə cəlb ediliblər?

Gundemxeber.az bildirir ki, məsələni AYNA-ya şərh edən vəkil Elmir Süleymanov Bakı polisinin mövqeyi ilə razılaşmır. O, hesab edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə, heykəltəraşdan pul tələb edən polislər təkcə intizam məsuliyyətinə cəlb edilməli deyil, həm də qanunsuz pul – rüşvət tələb etməyə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Vəkilin bu sualını ünvanladığımız DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidovun cavabı da diqqətçəkən oldu: “Onlara qarşı niyə cinayət işi başlanmalıdır ki?!”.

Polisin hədə-qorxu ilə rüşvət almaq istəməsini xatırladılanda, Zahidov bildirdi ki, yayılmış rəsmi məlumatlara onun da əlavə edəcəyi heç nə yoxdur.

Heykəltəraş Rəşid Məhərrəmov özü əməkdaşımızla söhbətində qeyd edib ki, yol polislərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib-etməməsi ilə bağlı hələ yekun qərar verməyib.

Xatırladaq ki, 2021-ci il aprelin 23-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri Fazil Əliyev COVID-19 xəstəsinin xəstəxanaya yerləşdirilməsi üçün qohumundan 1000 ABŞ dolları məbləğində rüşvət alarkən həbs edilib.

Qeyd etmək istərdik ki, Konstitusiyaya görə, vəzifəsindən asılı olmayaraq bütün ölkə vətəndaşları qanun qarşısında bərabərdirlər. Onda rüşvət alan həkim niyə həbsxanaya düşməli, rüşvət tələb edən polislər isə ancaq intizam məsuliyyətinə cəlb olunmalıdırlar?

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yol polisi DTX-nın anti-terror əməliyyatına mane oldu, işdən qovuldu

    Yol polisi DTX-nın anti-terror əməliyyatına mane ...

    19-02-2018, 23:39

  • 
  • Bakıda 23 yol polisi xidmətdən qovulub...

    Bakıda 23 yol polisi xidmətdən qovulub... ...

    14-01-2015, 14:19

  • 
  • Bakıda yol polisinə silahlı hücum olub

    Bakıda yol polisinə silahlı hücum olub ...

    31-01-2020, 16:30

  • 
  • DYP sürücülərə müraciət edib

    DYP sürücülərə müraciət edib ...

    12-01-2019, 20:23

  • 
  • Ramil Usubov rəisi və 7 işçisini işdən çıxartdı

    Ramil Usubov rəisi və 7 işçisini işdən çıxartdı ...

    12-05-2016, 16:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu