Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda 18 yaşadək əmək müqaviləsi ilə işləyən neçə nəfər var? - ÖZƏL
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində 15 yaşdan 18 yaşınadək olan şəxslərlə bağlanılmış 2130 aktiv əmək müqaviləsi mövcuddur.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir:
“On beş yaşına çatmış hər bir fiziki şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır”.
Məlumatda qeyd edilib ki, qanunvericilik yaşı 18-dən az olan şəxslərin yaşı və fizioloji xüsusiyyətləri nəzərə alınaraq onlar üçün qısaldılmış iş vaxtı müəyyən edir.
Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşınadək işçilər üçün isə 36 saatdan artıq ola bilməz. 18 yaşına çatmamış işçilərin qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir.
15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən Əmək Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir.
İnzibati Xətalar Məcəlləsinin 192.8 maddəsinə əsasən, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Gundemxeber.Az
4-07-2013, 16:59
7-04-2020, 21:13
27-02-2014, 14:15
4-08-2018, 16:32
18-11-2013, 14:47
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?