Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fevralda havanın temperaturu çoxillik normadan yüksək olub
Respublikanın əksər bölgələrində fevral ayının birinci ongünlüyündə havanın orta temperaturu çoxillik iqlim normasından 2-6 dərəcə yüksək, yağıntısız və qeyri-sabit hava şəraiti müşahidə olunub.
Bu barədə fevral ayının 1-ci dekadası üzrə aqrometeoroloji bülletendə qeyd olunub.
Bildirilib ki, havanın dekadalıq orta temperaturu Maştağada 6, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 6-8, Lənkəran-Astara bölgəsində 7-10, Quba- Xaçmazda 2-4, Şəki-Zaqatalada 5-8, Dağlıq Şirvan bölgəsində 3-4, Gəncə-Daşkəsəndə 0-8, Qazax-Tovuzda 2-6, Qarabağ bölgəsində 8-9 və Naxçıvanda 2,5 dərəcə təşkil edib.
Havanın minimum temperaturu Acınohurda 2, Astarada 1, Maştağa və Lənkəranda 0, Cəfərxan, Gəncə, Ceyrançöldə -2, Göyçay, Zərdab, Şəki və Bərdə -3,Qəbələdə -5, Şamaxı, İsmayıllıda -6, Gədəbəydə -7, Daşkəsən, Quba və Naxçıvanda -8, Mərəzədə -10 dərəcə qeydə alınıb.
Yağıntının dekadalıq miqdarı Quba-Xaçmazda 4-16 mm, Lənkəran-Astara bölgəsində Astarada 9 mm, Maştağa və Mərəzədə 2 mm qeydə alınıb.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 56-86 %, Gəncə-Daşkəsəndə 36-87 %, Qazax-Tovuz bölgəsində 58-75 %, Qarabağda 56-61 %, Naxçıvan 71 %, Maştağada 80 %, Lənkəran-Astara bölgəsində 46-66 %, Mil-Muğanda 55-71 %, Şəki-Zaqatalada 41-64 %, Quba-Xaçmaz bölgəsində 74-85 %, Mərkəzi Aranda 54-59 % təşkil edib.
24-02-2021, 09:56
23-08-2016, 22:47
19-01-2021, 12:41
1-06-2017, 01:30
25-12-2019, 16:14
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?