Gundemxeber.az » Ölkə » Cəmiyyət » Babək Kiyumərsi və Səid Sultani cərimə cəzasına məhkum edilib
İran Azərbaycanının Culfa şəhərinin sakini olan milli fəallar Babək Kiyumərsi və Səid Sultani Apellyasiya Məhkəməsi tərəfindən cərimə cəzasına məhkum edilib.
Daha öncə hər biri 2 il həbsə məhkum olan milli fəallara Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 11 saylı şöbəsi tərəfindən 3 ay həbs cəzasının əvəzinə 24 milyon tümən pul cəzası kəsilib.
Bölgədə fəaliyyət göstərən insan hüquqları müdafiəçilərinin yaydığı məlumata görə, Apellyasiya Məhkəməsinin hökmü fəalların vəkili olan Əsgər Məhəmmədiyə şifahi şəkildə çatdırılıb.
Bundan əvvəl Təbriz İnqilab Məhkəməsi milli fəalları "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara üzv olmaq" ittihamından günahkar tanıyıb, iki il həbsə məhkum etmişdi.
Səid Sultani və Babək Kiyumərsi 2020-ci ilin oktyabrında Culfa şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq dindirilmək üçün təcridxanaya köçürülmüşdü. Yayımlanan məlumata görə, kəşfiyyat agentləri milli fəal Babək Kiyumərsini həbs etdikləri zaman onun həyat yoldaşını döymüşdü.
Culfa şəhərinin sakini olan türk fəallar kəşfiyyat idarəsinin təcridxanasında təxminən 2 ay saxlanılaraq dindirildikdən sonra Təbriz Mərkəzi həbsxanasına köçürülüb, daha sonra dekabrın 1-də müvəqqəti azadlığa buraxılmışdı.
Babək Kiyumərsi və Səid Sultani 2020-ci il İkinci Qarabağ Müharibəsi zamanı İran Azərbaycanında vətəndaşların Azərbaycan Respublikasına dəstək mitinqləri keçirildiyi zaman həbs edilmişdi. Həmin vaxt İran Azərbaycanı və İranın digər türkdilli bölgələrində bir çox vətəndaş həbs edilmişdi. Amnesty International İran Azərbaycanında vətəndaşların və milli fəalların geniş miqyasda həbsinə dair narahatlığını bildirərək, onların qeyd-şərtsiz azad edilmələrini tələb etmişdi.
Gundemxeber.Az
15-03-2021, 16:11
26-08-2020, 09:15
19-12-2019, 15:24
21-05-2020, 16:29
19-03-2020, 12:09
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?