GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » QƏLƏM SAHİBLƏRİ FEYZİYEVİN QƏLƏMİNİ QIRA BİLƏCƏKLƏRMİ? - NƏ BAŞ VERİR?

QƏLƏM SAHİBLƏRİ FEYZİYEVİN QƏLƏMİNİ QIRA BİLƏCƏKLƏRMİ? - NƏ BAŞ VERİR?

Tarix: 15-02-2022, 11:33 Bölmə :Cəmiyyət Baxış: 238


Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edilib. Jurnalistlər onun barəsində xüsusi ittiham qaydasında şikayət verib. GUNDEMXEBER.AZ musavat.com-a istinadla xəbər verir ki, Cavanşir Feyziyev barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (Böhtan) cinayət işinin başlanılması istənilir.

Fevralın 17-də Səbayel Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir neçə gün öncə media və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunurdu. Bundan sonra millət vəkili feysbukda status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir etmişdi. Adıçəkilən jurnalistlərin tənqidindən sonra C.Feyziyev statusunu silmiş, Mətbuat Şurasının İdarə Heyətindən istefa vermişdi.

Musavat.com-un məlumatına görə, Cavanşir Feyziyevin təhqir etdiyi redaktorların böyük əksəriyyəti iddia ərizələrini hazırlayb, məhkəməyə təqdim etmək ərəfəsindədirlər. Onları məhkəmədə tanınmış vəkil Elçin Sadıqov təmsil edəcək.

“Yeni Müsavat” Media Qrupunun 3 əməkdaşı da Cavanşir Feyziyevi məhkəməyə verəcək. Artıq iddia ərizəsi hazırdır. Sevinc Telmanqızı, Rauf Arifoğlu və Xalid Kazımlı heç bir əsas olmadan, deputat Feyziyev tərəfindən təhqir olunub.

Cinayət Məcəlləsinin 147-ci maddəsinin 1-ci bəndində yazılır ki, şəxs yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda 1000 manatdan 1500 manatadək miqdarda cərimə oluna bilər. Həmçinin həmin şəxs 240 saatdan 480 saatadək müddətə ictimai işlərə, bir ilədək müddətə islah işlərinə, 6 ayadək isə azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər.

Həmin maddənin 2-ci bəndinə əsasən isə şəxs ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atarsa, 2 ilədək müddətə islah işləri, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Vəkil Anar Məmişov Musavat.com-a bildirib ki, konstitusiyanın 90-cı maddəsinə görə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlıq hüququ var:

“Deputat olduqları müddətdə onların şəxsiyyəti toxunulmazdır. Həmin müddət ərzində onlar cinayət başında yaxalanmaq istisna olmaqla, heç bir halda cinayət məsuliyyətinə cəlb edilə bilməz, həbs edilə bilməz, məhkəmə qaydasında inzibati qaydada tənbeh tədbiri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz. Yalnız deputat cinayət başında yaxalandığı halda tutula bilər. Belə olan halda da onu tutan orqan baş prokurora məlumat verməlidir. İndiki halda Cavanşir Feyziyevin cinayət başında yaxalanması məsələsi yoxdur”.

Vəkil qeyd edir ki, Milli Məclisin deputatının toxunulmazlığına baş prokurorun təqdimatı əsasında Milli Məclisin qərarı ilə xitam verilə bilər: “Şəxsin toxunulmazlıq hüquqi varsa, onu cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil.

İndiki halda da həmin deputatın toxunulmazlığı olduğu üçün işi məhkəmə icraata qəbul etməkdən imtina edəcək. Amma mülki qaydada şikayət ola bilər. Şərəf və layaqətin müdafiəsi iki formada var. Xüsusi ittiham qaydasında və mülki qaydada. Mülki Məcəllədə normalar var ki, maddi və mənəvi zərərin müdafiəsi ilə bağlı addımlar atıla bilər. Mülki Məcəllədə qeyd edilir ki, hər bir şəxsin şərəf və ləyaqəti qorunur, şəxsin işgüzar nüfuzuna dəymiş zərərin əvəzi ödənilə bilər. Bu məsələ ilə bağlı mülki qaydada iddia verə bilərlər".

Valideynlər övladlarından imtina edə bilər?

Anar Məmişov əlavə edib ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunması üçün baş prokuror Milli Məclis təqdimat verməlidir: “Deputatın toxunulmazlığına xitam verildikdən sonra mümkündür. Necə ki, polis əməkdaşını döyən deputatla bağlı Milli Məclisə təqdimat verilmişdi. Baş prokurorun təqdimatı ilə Milli Məclis polis əməkdaşını döyən Eldəniz Səlimovun toxunulmazlıq hüququnu ləğv etdi. Bundan sonra onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkün oldu”.

Musavat.com saytının baş redaktoru Xalid Kazımlı deputatı məhkəməyə vermələri haqda danışarkən deyib ki, Feyziyev dediklərinə, yazdıqlarına görə cavab verməlidir:

“Cavanşir Feyziyev öz bədnam məqaləsində ünvanımıza elə ciddi ittihamlar və ağır həqarətlər irəli sürüb ki, bunun üstündən sükutla keçmək mümkün deyildi. Üstəlik, o, bu yazını həm özü ictimailəşdirib, həm də başqa saytların onu tirajlamasını təşkil edib. Bu baxımdan cavab verməlidir ki, tanınmış jurnalistləri satqın, agent, cibgir, dələduz adlandırarkən nəyə əsaslanır”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cavanşir Feyziyev jurnalistləri təhqir edən statusunu sildi

    Cavanşir Feyziyev jurnalistləri təhqir edən ...

    7-02-2022, 16:03

  • 
  • Cavanşir Feyziyevin “xeyriyyəçiliyi” – heç kim bilməsə də trolları bilir

    Cavanşir Feyziyevin “xeyriyyəçiliyi” – heç kim ...

    3-03-2020, 22:49

  • 
  • "Azərbaycan imicinə ləkə gətirən DƏLƏDUZ..." - Partiya sədrindən ÇAĞIRIŞ

    "Azərbaycan imicinə ləkə gətirən ...

    7-02-2022, 12:16

  • 
  • Cavanşir Feyziyev nədən ortalıqda görünmür? - Şəkililər deputatlarına görə utanırlar...

    Cavanşir Feyziyev nədən ortalıqda görünmür? - ...

    17-04-2020, 14:15

  • 
  • Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alan Cavanşir Feyziyev haqqında daha bir xəbər - "B" PLANIN TƏFƏRRÜATI

    Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alan ...

    30-09-2019, 15:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu