GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakının ən böyük prospektini TIR-lar niyə bağladı?

Bakının ən böyük prospektini TIR-lar niyə bağladı?

Tarix: 17-02-2022, 15:35 Bölmə :Cəmiyyət Baxış: 274

Nazirlik bir, iş adamları başqa söz deyir

Fevralın 17-də Bakının Heydər Əliyev prospektində 4 yük maşını ilə yolu bağlayan sürücülər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə(DANX) etirazlarını bildirib. Onlar Xidmətin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyevi onlara beynəlxalq yükdaşımalar üçün zəruri olan icazə sənədini verməməkdə ittiham ediblər.

Etiraz aksiyası dayandırıldıqdan bir neçə saat sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsələ iləbağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, ötən ilin iyun ayından DANX beynəlxalq daşıma icazələrinin bölüşdürülməsini yeni, şəffaf mexanizmin tətbiqi ilə həyata keçirir: “İcazələrin bölgüsündə daşıyıcıların özləri də iştirak edir. Bölgünün nəticələri daşıyıcıların assosiasiyasının saytında ictimailəşdirilir. Əvvəlllər mövcud olmuş mənfi hallar tam və birmənalı dayandırılıb. Daşıyıcılar onlara ayrılan icazə blanklarını DANX-dan tam maneəsiz əldə edirlər. Blankların sayı məhdud olduğundan onların qabaqcadan real tələbatdan artıq alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, beynəlxalq daşımalar həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur.
Bu istiqamətdə nazirlik Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edir, daşıyıcıların real tələbatı haqqında məlumatlar mübadilə edilir”.

Nazirlik iddia edir ki, yalnız bir daşıyıcı - Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxıb və guya özünə əlavə imtiyazlar tələb edib: “DANX-ın məsul əməkdaşlarının dəfələrlə qəbul edərək qanunvericilik barədə müvafiq izahatlar verməsinə baxmayaraq, R.Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda “İcazə” blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozaraq qanunsuz əməllərə yol verib, hərəkətləri ilə Xidmətin normal iş ahəngini pozub. Sonuncu dəfə 27 dekabr 2021-ci il tarixində R.Cəfərov növbəti bir qanunsuz əmələ yol verərək Xidmətin normal iş ahəngini pozub. Nəticədə xidmət Nərimanov rayon Polis İdarəsinə müraciət edib və polis əməkdaşlarının müdaxiləsindən sonra yük avtonəqliyyat vasitəsi Xidmətin inzibati binasının qarşısından götürülüb, R.Cəfərov barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılıb.

R.Cəfərov əvvəllər də bir sıra qanun pozuntularına yol verib. Belə ki, Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsi DANX-a ünvanladığı 17 yanvar 2018-ci il tarixli məktubla lizinq müqaviləsi əsasında əldə etdiyi avtonəqliyyat vasitəsini qanunsuz yolla ölkədən çıxartdığına görə ona avtomobil nəqliyyatı ilə daşımalar üçün müvafiq icazələrin verilməsinin dayandırılmasını və verilmiş icazələrin etibarsız hesab edilməsinin təmin olunmasını xahiş edib.

Digər bir daşıyıcının 17 yanvar 2019-cu il tarixli məktubuna əsasən R.Cəfərov ona məxsus 99XE844/99ZA042 nömrəli nəqliyyat vasitəsi ilə 1 avqust 2018-ci il tarixində Türkiyə-Qazaxıstan marşrutunda beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində şirkətin kustar üsulla hazırlanmış saxta ştampından istifadə edərək Türkiyədən Qazaxıstana daşıdığı yaş salfetka yükünü Gürcüstanda tütün məhsulları ilə əvəz edərək Rusiya ərazisinə keçib və orada yükü naməlum şəxslərə təhvil verib, nəticədə baş vermiş hadisəyə görə bu şirkətə Rusiyanın gömrük orqanları yükün ünvana çatdırılmaması və qara siyahıya salınması barədə xəbərdarlıq edib, onun işgüzar nüfuzuna xələl gətirilib.

Bu il R.Cəfərov DANX-dan müvafiq icazələr almayıb. O, xarici ölkədən yüklənmiş nəqliyyat vasitəsi olduğunu bildirdikdə icazəsiz bunu necə etdiyi sorğulanıb. Məsələyə aydınlıq gətirmək və dövlət orqanı ilə əməkdaşlıq etmək əvəzinə R.Cəfərov nəqliyyat vasitələrini şəhərin mərkəzi prospektinin 2-ci zolağında saxlayıb.


R.Cəfərovun beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meylli daşıyıcı olduğunu və Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə alaraq, 10 yanvar 2022-ci il tarixindən etibarən “R Group Azerbaijan” MMC ABADA üzvlüyündən çıxarılıb. Yəni milli daşıyıcılar onu öz sıralarından görmək istəmədiklərini açıq nümayiş etidiriblər”.

R Group Logistics Trucks Convoy in Baku Azerbaijan - YouTube

Beləliklə, aydın olur ki, DANX daşıyıcılara icazə blanklarını onların real tələbinə əsasən deyil, özlərinin “ehtimal” etdikləri daşıma imkanlarına əsaslanaraq verir. Bunun səbəbi nədir? Xidmət nədən daşıyıcılara bu blankları məhdud sayda verməkdə maraqlıdır? Tanınmış iş adamı Şahin Nəcəfovun dediyinə görə, beynəlxalq daşıyıcılara icazə blankının verilməsi son illərdə qanunsuz gəlir mənbəyinə çevrilib: “TIR maşınlarının beynəlxalq daşımalara çıxması üçün yol vərəqi lazımdır. DANX adlı dövlət qurumu isə nəqliyyat şirkətlərinin qanuni yolla bu sənədi əldə etmələrinə yüz cür problem yaradır. İlin əvvəlindən icaze vərəqini özünə yaxın şirkətlərin adına sənədləşdirir. Digər nəqliyyatcılar müraciət edəndə isə bildirirlər ki, DANX icazə blankı limitini satıb qurtarıb. Bəs nə etmək lazımdır? 10-15 dollarlıq sənədi özlərinə yaxın şirkətlər vasitəsilə tələbata görə 300-600 dollar arası satışa çıxarırlar. Ziya Məmmədovun vaxtında bu idarənin Cingiz Baxşəliyev adlı rəisi 15 dollarlıq icazə blankını 2000 dollara kimi qaldırmışdı”.
Ş.Nəcəfov bildirir ki, hazırda İrandan Rusiyaya yük daşımaçılığında qiymətlər baha olduğuna görə bu sahədə problemlər daha çoxdur: “Dağıstan-Rus TIR-larına daşımaçılıq ücün hər cür şərait yaradırlar. Amma Azərbaycan TIR-larına üçüncü ölkə icazə blankı verilmədiyinə görə pərişan durumdadırlar. Maşınlar İrandan yük alsa da Rusiyaya giriş edə bilmirlər”.

İş adamının sözlərinə görə, son 2 ildə icazə blankı ilə bağlı məsələ xüsusilə kəskinləşib: “Etiraz edən sürücüləri kim qəbul etdi? Problemi nə vaxt araşdırdılar? Niyə həmişə dövlət qurumundan etiraz edən tərəf haqsız olur axı”?

Qeyd edək ki, son aylarda bir neçə şirkət tərəfinsən Rusiya vətəndaşlığı olan yük maşınlarının sürücülərinin işə qəbulu elanları sürətlə artmaqdadır. Belə şəxslərə yüksək maaşla İrandan Rusiyaya yükdaşımalarda işləmək təklif olunur.

Onu da qeyd edək ki, Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətə başlaması üçün üzərinə düşən öhdəlikləri demək olar ki, tamamilə icra edib. Birbaşa Prezident İlham Əliyevin nəzarəti altında bu dəhlizlə yükdaşımaların maneəsiz reallaşması üçün yüz milyonlarla manat sərmayə yatırılaraq bütün infrastruktur yaradılıb. Prezident özü dəfələrlə Azərbaycanın beynəlxalq yükdaşımaların tranzit ölkəsinə çevrilməsində, belə yükdaşımaların artmasında maraqlı olduğunu bəyan edib. Bu isə o deməkdir ki, əlaqədar dövlət qurumları yükdaşımaları artırmaq üçün maksimum şərtlər müəyyənləşdirib, əlverişli şərait formalaşdırmalıdılar. Bu gün Bakıda yaşanan hadisə göstərdi ki, belə şərt və şərait heç də hamıya yaradılmır. Bu isə xeyli suallar doğurur. Hansı ki, DANX-nın açıqlamasında onların cavabı yoxdur: Niyə daşımaçılıqla məşğul olan şirkətlərə, şəxslərə icazə blankı limitlə verilməlidir? Bir daşımaçının keçən ilki daşıma gücü bu il icazə blankı verilməsi üçün necə əsas kimi qəbul edilə bilər – daşıyıcı öz potensialını artıra bilməzmi bir il ərzində?

Ümid edirik ki, həm nazirlik, həm də DANX Ş.Nəcəfovun səsləndirdiyi məqamlara, həmçinin bu suallara da aydınlıq gətirəcəklər./müsavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​DANX Ərdəbildə yanan avtobus haqqında açıqlama verdi

    ​DANX Ərdəbildə yanan avtobus haqqında açıqlama ...

    1-07-2019, 15:43

  • 
  • Etiraz aksiyasına görə heç bir məmur cəzalandırılmayıb - RƏSMİ

    Etiraz aksiyasına görə heç bir məmur ...

    17-02-2022, 17:25

  • 
  • Ziya Məmmədov pullarını ölkədən çıxarır

    Ziya Məmmədov pullarını ölkədən çıxarır ...

    20-04-2018, 14:06

  • 
  • 38 VİLLA, QOHUMLARA VERİLƏN “PAKETLƏR”…- Məmmədovlarla bağlı yeni İDDİALAR

    38 VİLLA, QOHUMLARA VERİLƏN “PAKETLƏR”…- ...

    13-10-2015, 13:46

  • 
  • Sumqayıta sərnişin daşıyan sürücünü maşına basıb apardılar - VİDEO

    Sumqayıta sərnişin daşıyan sürücünü maşına basıb ...

    17-09-2015, 15:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu