GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nahid Cəfəri: Təbrizdə məktəb illərində yaşadığım acı təcrübələr məndə dil öyrənməklə bağlı fobiya yaratmışdı

Nahid Cəfəri: Təbrizdə məktəb illərində yaşadığım acı təcrübələr məndə dil öyrənməklə bağlı fobiya yaratmışdı

Tarix: 23-02-2022, 14:56 Bölmə :Cəmiyyət Baxış: 283

Nyu-Yorkda Farminqdeyl Dövlət Kollecinin professoru Nahid Cəfəri öz doğma şəhəri Təbrizdə yazıb oxumağı öyrənməyə imkan tapmadığı ana dilini bir müddətdir sosial media vasitəsilə öyrənməyə başlayıb. O, Amerikanın Səsi ilə söhbətdə Clubhouse sosial şəbəkəsində idarə etdiyi “Gündəm Danışıq” adlı türkcə kitab qiraət klubu haqqında danışıb.


Nahid Cəfəri məktəbin ilk illərində farsca bilmədiyi üçün çox əziyyət çəkdiyini deyir. O, dördüncü sinifdə inşa (kompozisiya) dərsində aşağı qiymət aldığı üçün yuxarı sinifə keçə bilməyib. Dördüncü sinifi iki dəfə oxuyub.

O təqribən bir il əvvəl Clubhouse sosial şəbəkəsində türk dilində söhbət otaqlarına qatıldıqdan sonra ana dilində yazıb oxumağı öyrənməyə qərar verdiyini söyləyir.


Mən məktəb illərində farsca öyrənməkdə çox əzab çəkmişdim. Bu həmişə məndə dilə görə bir fobiya yaratmışdı. Universiteti bitirdikdən sonra ki İrandan çıxmaq istədim və ingiliscəyə başladım, yenə bu qorxu məndə var idi ki, mən dil öyrənməkdə yaxşı deyiləm.

Clubhouse sosial şəbəkəsində türkcə söhbət otaqları

“Pandemiya dönəmində ki, evdə otururduq, qoşuldum Clubhouse-a. Gördüm ki, bizim dilimizdə otaqlar var, öz türk dostlarımızdır danışırlar. Mən də onlara qoşuldum. Çünki burada (ABŞ-da) daha çox ailəmlə danışanda türkcə danışardım. Amma bir anda Clubhouse-da özümü bir çox türk dostla bərabər gördüm. Bunun gözəlliyi buradaydı ki, dünyanın hər tərəfindən buraya qatılırdılar. İranda türklərin yaşadığı müxtəlif şəhərlərdən gələnlər var idi. Mən ömrümdə heç fürsət tapmamışdım ki, ayrı şəhərlərdən bu qədər türk dostum olsun. Bunların içində fəallar da var idi,” Nahid Cəfəri qeyd edir.

SEE ALSO:

İran rəsmiləri sosial mediada #Manofarsi kampaniyasına sərt reaksiya göstərir

O həmin otaqlarda bəzi istifadəçilərin türk dilini fərqli bir üslubda danışdıqlarını müşahidə edir:

Onlara dedik ki, sizin danışdığınız türkcə bizimkinə oxşamır

“Bu otaqlarda maraqlı bir şey var idi. Bəzi dostlarımız elə türkcə danışırdılar ki, təəssüflə mən özüm də bir-iki dəfə dillənmişdim ki, axı sizin danışdığınız türkcə bizim türkcəyə oxşamır. Biz bunu başa düşmürük. Siz niyə Bakı dilində danışırsız? Niyə Türkiyə dilində danışırsız? Bizim aramızda bu mübahisələr çox olurdu. Bəzi vaxtlar da onlar bizə deyirdi ki, axı siz heç türkcə danışmırsız ki, siz farsca danışırsız. Bu məni biraz fikrə saldı. Baxdım təəssüf ki, mən öz ana dilimi düz-əməlli danışa bilmirəm. Yazıb pozmağı ki qoymayıblar öyrənək, danışmağımız da düzgün deyil.”

Bəzi dostlarımız elə türkcə danışırdılar ki, təəssüflə mən özüm də bir-iki dəfə dillənmişdim ki, axı sizin danışdığınız türkcə bizim türkcəyə oxşamır. Biz bunu başa düşmürük. Siz niyə Bakı dilində danışırsız? Niyə Türkiyə dilində danışırsız?

Nahid Cəfəri əlavə edir, “bu məni fikrə saldı ki, dilimi öyrənib və səhvlərimi düzəldə bilərəm. Clubhouse-dakı dostlar məni zövqə gətirdilər ki, türk dilinə, öz ana dilimə bir az əhəmiyyət verib və onu yaxşı öyrənəm. Sonra elə oradakı dostlardan öyrəndim ki, Toronto Universitetindən Lalə müəllim (Lalə Cavanşir) onlayn türkcə öyrədir. Dostlar mənim də adımı verdilər və belə oldu ki, mən başladım türkcə öyrənməyə.”

Təbrizdə məktəbin ilk illərində farsca öyrənməkdə çox əziyyət çəkmişdim

Farminqdeyl Kollecinin professoru ibtidai məktəb illərində fars dilini öyrənərkən çəkdiyi əziyyətlərə işarə edərək deyir: “Məndə bu fobiya var ki, mən dili çətin öyrənirəm. Mən məktəb illərində farsca öyrənməkdə çox əzab çəkmişdim. Bu həmişə məndə dilə görə bir fobiya yaratmışdı. Universiteti bitirdikdən sonra ki İrandan çıxmaq istədim və ingiliscəyə başladım, bu qorxu həmişə məndə var idi ki, mən dil öyrənməkdə yaxşı deyiləm.”

Rizvan Həkimzadə
SEE ALSO:

Qeyri-fars uşaqlar ‘farsca yetərlilik testi’-ndən keçəcəklər

Nahid Cəfəri keçən həftələrdə sosial mediada başladılan (Mən və Farsca) kampaniyasına qatılaraq məktəbin ilk illərində yaşadığı təcrübələr haqqında yazı paylaşıb. O həmin dönəm yaşadıqlarını Amerikanın Səsinə daha ətraflı anladıb:

Bu məni fikrə saldı ki, dilimi öyrənib və səhvlərimi düzəldə bilərəm. Clubhouse-dakı dostlar məni zövqə gətirdilər ki, türk dilinə, öz ana dilimə biraz əhəmiyyət verib və onu yaxşı öyrənəm.

“Mən məktəbə gedəndə heç bilmirdim ki, farsca nədir. Ailəmizdə də bir nəfər farsca danışmırdı. Bizim televiziya da yox idi ki, orada fars dilində film, ya cizgi film görəm. Mən məktəbdə heç danışmazdım. Bir dilsiz uşaq kimi orada sakit oturardım. Sadəcə riyaziyyat dərsində çox yaxşı idim. Çünki riyaziyyatın özünün ayrı dili var. Düzdü, müəllimlərimiz türk olurdu, sinifdə türkcə danışardılar. Amma farsca dərs verərdilər. Dördüncü sinifə keçəndə gərək inşa (kompozisiya ) yazaydıq. İctimai Təlim dərsində suallara cavab verməli idik. Yəni, farsca danışmaq lazim olurdu. Şansımdan dördüncü siniff müəllimim də mehriban biri deyildi. Ona görə, mən artıq yetişə bilmədim və dördüncü sinifdə inşa və ictimai təlim dərsindən aşağı qiymət aldım. Sonra inşa dərsi üzündən mən rədd oldum və dördüncü sinifi keçə bilmədim.”

Onlayn türkcə kursu və kitab oxuma klubu

Cəfəri illər sonra öz ana dilində yazıb oxumağa başladığında da dil öyrənməklə bağlı o qorxuları xatırladığını deyir.

“Doğrusu, heç vaxt zehnimə gəlməmişdi ki, mənə lazimdir ki, türk dilini yəni öz ana dilini də öyrənəm. Amma həmişə ürəyimdən keçərdi ki, niyə uşaqlıqda məktəbdə bizə ana dilimizi öyrətməyiblər,” o deyir.

Cəfəri ana dilini öyrənmək üçün onlayn kursa qatıldıqdan sonra türk dilində mətn oxumaqda çətinlik çəkdiyini anlayıb. Kitab oxuma klubu fikri də belə yaranıb.

Bu klub mənim özümə çox faydalı olub. Mən türk dilini öyrənirəm. Kitab oxuyuram. Roman oxuyuram. Dostların dediyinə görə danışmağım biraz düzəlib. Hələ yetərli deyil, amma yaxşı bir formaya gəlib. Ancaq oxumağım çox dəyişib. Bunu özüm görürəm.

“Mən o türk dili kursuna qatıldım, amma səviyyəm çox aşağı idi. Gördüm ki, mən çox öyrənə bilmirəm. Lalə müəllim mənə mətn verirdi oxumaq üçün. Mən hərf-hərf, kəlmə-kəlmə oxumağa çalışırdım. Bir an zehnimə gəldi ki, bu kurs bitməkdədir və mən heç nə öyrənməmişəm. Bir az əlifba ilə tanış oldum, bir az da qrammatika. Onun üçün, elə o sinifdə müəllimə dedim ki, mən bir kitab oxuma klubu açmaq istəyirəm. Bizim Gündəm Danışıq adında bir söhbət klubumuz var idi ki, biz orada ümumi söhbətlər edirdik. Onu bir kitab oxuma klubuna çevirdik.”

Mən və dostlarım artıq türk dilində 300-400 səhifəlik romanlar oxuyuruq

Nahid Cəfəri və Gündəm Danışıq klubunun digər üzvləri keçən 8 ayda hər həftə üç dəfə bir araya gələrək “Əli və Nino” və “Dumanlı Təbriz” kimi romanlar və bəzi hekayələri birlikdə oxuyub və bitiriblər. Onlar hazırda İsmail Şıxlının “Dəli Kür” romanını oxuyurlar.

“Bu klub mənim özümə çox faydalı olub. Mən türk dilini, öz ana dilimi öyrənirəm. Kitab oxuyuram. Roman oxuyuram. Dostların dediyinə görə danışmağım bir az düzəlib. Hələ yetərli deyil, amma yaxşı bir formaya gəlib. Ancaq oxumağım çox dəyişib. Bunu özüm görürəm. Mən və dostlarım indi 300-400 səhifəlik romanlar oxuyuruq. Amma təkcə oxumaqda qalmadıq. Dostlarla birlikdə yazmağa başladıq. Kitab icmalı yazmışam. Xatirə yazardım farsca, indi onu türkcə yazıram,” Cəfəri əlavə edir./amerikanınsəsi.org/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nahid Emiloğlu saxlanıldı - “Bandotdel”dədir/ YENİLƏNİB

    Nahid Emiloğlu saxlanıldı - “Bandotdel”dədir/ ...

    7-07-2017, 17:25

  • 
  • Təbrizdə daha bir azərbaycanlı bəhai tutulub

    Təbrizdə daha bir azərbaycanlı bəhai tutulub ...

    19-07-2014, 14:20

  • 
  • Məryəm Sultan: Bu pandemiya dönəmində sahibsiz uyğur türklərini düşünən yoxdur

    Məryəm Sultan: Bu pandemiya dönəmində sahibsiz ...

    25-04-2020, 15:00

  • 
  • "Rüşvətxor məmurlardan yazmaq haçandan dövlət əleyhinə çıxmaqdır? Buna son qoyulmalıdır!" - Şirin Cəfəri

    "Rüşvətxor məmurlardan yazmaq haçandan ...

    3-09-2018, 22:24

  • 
  • "Gündəm xəbər" qəzeti həftədə bir dəfə 5 ci günləri satışda olacaq

    "Gündəm xəbər" qəzeti həftədə bir dəfə ...

    13-04-2015, 21:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu