İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizdə bəhai dininə mənsub daha bir azərbaycanlının tutulduğu bəlli olub. “Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları iyulun 13-ü sübh saatlarında azərbaycanlı bəhai Şəbnəm İsaxanini evində tutub bilinməz istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, təbrizli bəhaiyə məxsus kompüter, peyk anteni, dini kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb. Şəbnəm İsaxaninin konkret nədə günahlandırıldığı bilinmir. İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?