Ukraynanın üç bölgəsini işğal edən Rusiya artıq bütövlükdə Ukraynanı işğal etmək niyyətindədir və niyyətini gizlətmir. Bu məqsədlə Ukrayna sərhədlərinə Rusiyanın bütün qoşun növlərini əhatə edən 150 mindən çox hərbiçisini toplayıb. 5-10 min kilometrlik məsafələrdə yerləşən müxtəlif qoşun növlərini: quru qoşunlarını, hərbi-hava qüvvələrini, hərbi donanmaları Ukrayna sərhədlərinə toplayaraq mühasirəni daraldır, Ukrayna ərazisində təxribatlar törədir. Ukraynaya qarşı müxtəlif kiber hücumlar təşkil edir, diplomatik təzyiqləri davam etdirir. Dünyanın Demokratik qüvvələri, Amerika Birləşmiş Ştatları, Avropa ölkələri, Avropa Birliyi kimi beynəlxalq təşkilatları Rusiyanı işğalçı niyyətindən çəkindirməyə çalışır. Lakin Rusiya nəinki işğalçı niyyətindən çəkinmir, əksinə dünyanı nüvə müharibəsi ilə hədələyir. Ukrayna ərazisinə yerləşdirdiyi separatçılar vasitəsilə müxtəlif təxribatlar törədir. Rusiyanın sərhəd tanımayan işğalçı siyasəti yüz illərdir davam edir. Rusiyanın bu işğalçı siyasəti təkcə Ukrayna ilə bitmir. Azərbaycan, Gürcüstan və Moldova ərazilərinin əhəmiyyətli hissəsi faktiki Rusiya qoşunlarının nəzarətindədir. Suriyada, Liviyada, İraqda Rusiyanın işğalçı siyasəti davam edir.
Artıq Rusiya dünya üçün çox ciddi təhlükə mənbəyinə çevrilib. Avropa Birliyi Amerika Birləşmiş Ştatları Rusiya işğalını dayandırması üçün həmrəylik göstərir, hərbi və digər yardımlar göstərir, Rusiyaya müxtəlif sanksiyalar tətbiq edirlər. Lakin edilən cəhdlər Rusiyanı işğalçı niyyətindən çəkindirmir.
KXCP hesab edir ki:
-Rusiya Ukraynaya qarşı işğalçı siyasətini durdurmalı, silahlı qüvvələrini Ukrayna sərhədlərindən geri çəkməlidir.
-Ukraynanın Rusiya işğalından müdafiəsi üçün bəşəriyyətin bütün mütərəqqi qüvvələri birlikdə fəaliyyət göstərməli və daha qətiyyətli addımlar atmalıdırlardir.
-Azərbaycan Respublikası Ukraynanın Rusiya işğalından müdafiə olunması üçün Dünyanın mütərəqqi qüvvələri ilə birgə fəaliyyət göstərməlidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?