ABŞ prezidenti Barak Obama Ukraynanın tərkib hissəsi Krıma Rusiyanın əsgəri güc toplamasına cavab olaraq Ağ Evdə mətbuat konfransı keçirib. B.Obama Rusiyanın bu addımının “dərin narahatlıq” yaratdığını nəzərə çatdırıb. “ABŞ Ukraynaya yönələn hər hansı hərbi müdaxiləyə cavab vermək məsələsində beynəlxalq aləmlə bir sırada duracaq”, -Rusiyaya xəbərdarlıq edib. Ukraynanın gələcəyinin necə olacağına qərar verməyi Ukrayna xalqının müstəsna haqqı olmasına inandığını deyən B. Obama Ukraynadakı hadisələrlə bağlı RF prezidenti Vladimir Putinlə bu günlərdə telefon danışığı olduğunu xatırladıb. “Ukrayna daxilində RF tərəfindən atılan hərbi addımlarla bağlı xəbərlər bizi narahat edir. Ruisyanin Ukrayna ilə mədəni, iqtisadi və Krlmdaki hərbi təsisatları da daxil olmaqla tarixi əlaqələri var. Amma Ukraynanın ərazi bütövlüyünə hər hansı şəkildə riayət olunmaması qeyri-sabitlik yaradır ki, bu nə Ukrayna, nə Rusiya, nə də Aropanın xeyrinədir”, - B.Obama qeyd edib. Ukraynanın müstəqilliyinə və sərhədlərinə Rusiyanın hörmət etmək öhdəlikləri olduğunu xatırladan B.Obama bu addımı həm də həmin öhdəliklərə əməl olunmaması kimi dəyərləndirib. ABŞ prezidenti bu addımın Qış olimpiya oyunlarına yenicə ev sahibliyi etmiş Rusiyanın dünyadakı bütün dövlətlər tərəfindən qınanmasına səbəb olacağını vurğulayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?