Gundemxeber.az » Ölkə » Cəmiyyət » Təbriz Universitetinin müəllimləri piket keçirib
Təbriz Universitetinin müəllimləri maaşlarının azalmasına etiraz olaraq keçən bir neçə həftə ərzində azı iki dəfə piket keçiriblər.
İSNA agentliyinə istinadən, Təbriz Universiteti müəllimlərinin növbəti mitinqi fevralın 22-də 250-dən artıq müəllimin iştirakı ilə universitetin kampusunda təşkil olunub.
Təbriz Universiteti müəllimlər ittifaqının sədri Məsud Hacıəlili maaşların 2 ay öncədən bəri 30 faiz azaldığını bildirib.
Hacıəlili İSNA agentliyinə müsahibədə deyib ki, “keçən il tibb universtetləri professorlarının maaşları iki qat artdı. Sonra digər universitetlərin professorlarının etirazı nəticəsində İran Parlamentində universitet müəllimlərinin maaşlarının bərabərləşdirilməsinə dair qanun qəbul edildi və Elmlər Nazirliyinə bağlı professorların maaşı 60 faiz artdı. Maaşlar bir neçə ay öncəyə qədər verilirdi. Ancaq, iki ay öncə yetərli büdcə olmadığından maaşların 30 faiz azalacağını bildirdilər.”
Hacıəlili əlavə edib ki, “universitet müəllimləri, xüsusilə gənc olanlar həyatlarını bu maaşa güvənərək planlaşdırıblar və azalması ilə təşvişə düşüblər. Bu xüsusda dövlət məsulları və millət vəkillərinə məktublar yazdıq. Amma, hələ heç bir nəticə almamışıq.”
Gundemxeber.az
14-12-2012, 11:47
24-02-2016, 12:41
18-12-2018, 10:38
13-07-2020, 14:00
26-12-2015, 15:49
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?