GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Pandemiyanın iki ili: Azərbaycan bu dövrü necə keçirib? - ARAŞDIRMA

Pandemiyanın iki ili: Azərbaycan bu dövrü necə keçirib? - ARAŞDIRMA

Tarix: 28-02-2022, 15:00 Bölmə :Cəmiyyət Baxış: 293

Ölkəmizdə koronavirus infeksiyasına yoluxma faktının qeydə alındığı tarixdən iki il keçdi. Artıq iki ildir ki, pandemiya həyatımıza daxil olub. Gundemxeber.Az Sputnik Azərbaycan-a istinadla bu müddətdə ölkəmizdə nələrin yaşandığını, pandemiya dövründə hansı GĞməhdudiyyətlərin qoyulduğunu təqdim edir:

İlk yoluxma
Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də isə ölkəmizdə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Daha sonra ölkədə iki yoluxma halı təsdiqləndi. Beləcə ölkəmizdə pandemiya əleyhinə ilk məhdudiyyətlərin tətbiqinə başlandı.

Sərhədlər qapadıldı
Virusa yoluxmuş şəxs İrandan gəldiyindən Azərbaycan İranla sərhədləri 2 həftə müddətinə bağladı. Martın 4-də Azərbaycan İrandan gələn yük maşınlarının və idxal məhsullarının ölkəyə daxil olmasına qadağa qoyuldu. 3-9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı. Daha sonra bu qadağanın tarixi martın 27-nə qədər uzadıldı.

Virusun ilk qurbanı
Martın 5-də İrandan Azərbaycana gələn daha üç nəfərdə COVID-19 aşkarlandı. Onlardan biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digərləri isə İranın Qum şəhərində oxuyan 1994 və 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşları idi. Martın 12-də bir gün əvvəl COVID-19 diaqnozu qoyulmuş qadın öldü. Bu, Azərbaycanda koronavirusdan ilk ölüm halı idi. Ölkəmizdə koronavirusdan ölüm halının baş verməsi COVID-19-la mübarizə tədbirlərinin bir qədər də sərtləşdirilməsinə zərurət yaratdı. Azərbaycan Gürcüstanla sərhədləri 10 gün müddətinə bağladı. Martın 14-dən Azərbaycan Türkiyə ilə quru və hava sərhədlərini də müvəqqəti olaraq bağladı.

Qadağalar başladı
Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, xəstələrin bütün tibb müəssisələrində qohumlarının ziyarətinin qadağan edilməsi və s. daxil edildi. Martın 21-də Azərbaycanda 9 yeni koronavirus infeksiyası faktı qeydə alındığından qadağalar daha da sərtləşdirildi. Martın 22-dən etibarən Azərbaycan ərazisində fəaliyyət göstərən kafe, restoran, çay evi, internet klub və digər ictimai iaşə müəssisələrinin iş saatları 09:00-dan 15:00-a qədər müəyyən edildi. Martın 22-də 12 yeni COVID-19 yoluxma hadisəsi aşkar edildi. Elə həmin gün Moskvadakı Şeremetyevo Beynəlxalq Hava limanından 34 Azərbaycan vətəndaşı təxliyə edildi. Martın 23-dən etibarən ölkədə bütün mallar və böyük ticarət mərkəzləri bağlandı. İranla sərhədlərin bağlanma tarixi 20 aprelədək uzadıldı.

Təcrid dövrü başladı
31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək isə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət dayandırıldı. Koronavirus pandemiyası səbəbindən ölkəmizdə hərəkət məhdudiyyətləri müəyyən olundu. Şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə icazə verildi. Bunun üçün "icaze.e-gov.az" portalı yaradıldı. Aprelin 2-dən həyati xidmətlər (təcili tibbi yardım, ərzaq və digər mallar və ya dərmanlar) almaq üçün yaşayış yerini tərk etmək üçün icazə sistemi işə düşdü. Bunun üçün SMS icazə sistemi tətbiq edildi.

Qadağaların bir qismi yumşaldıldı
24 aprel tarixində Operativ Qərargah məlumat yayaraq 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verdi. Beləcə kitab, qəzet, dəftərxana malları satışı, çap və sürətçıxarma fəaliyyəti, fotostudiyalar, fərdi mənzillərdə təmizlik və dərzi xidmətləri, kosmetika və ətriyyat, geyim, ayaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının, kompüter avadanlıqlarının satışı və təmiri, mebel, elektronika və məişət texnikasının, avtomobil, kimyəvi məhsulların, gül və bitki məhsullarının satışı, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının, gübrə və aqrokimyəvi məhsulların satışı, fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə icazə verildi.

Qadağaların bir qismi yumşaldıldı
24 aprel tarixində Operativ Qərargah məlumat yayaraq 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verdi. Beləcə kitab, qəzet, dəftərxana malları satışı, çap və sürətçıxarma fəaliyyəti, fotostudiyalar, fərdi mənzillərdə təmizlik və dərzi xidmətləri, kosmetika və ətriyyat, geyim, ayaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının, kompüter avadanlıqlarının satışı və təmiri, mebel, elektronika və məişət texnikasının, avtomobil, kimyəvi məhsulların, gül və bitki məhsullarının satışı, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının, gübrə və aqrokimyəvi məhsulların satışı, fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə icazə verildi.

Karantin qaydalarında növbəti yumşalmalar 4 may tarixinə təsadüf etdi. Xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılsa da, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələli yumşalmalara start verildi. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən - dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olundu. Bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olundu. Bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyətə başladı. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olundu.

Kafelərin fəaliyyətinə yaşıl işıq
Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edildi. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olundu (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla). Bütün ölkə üzrə muzey və sərgi zallarının fəaliyyəti bərpa olundu. 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürüldü. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olundu. Ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall"arın fəaliyyəti bərpa olundu (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla). Açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verildi. Az keçmədi ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmətin saat 08:00-dan 22:00-dək həyata keçirilməsinə icazə verildi.

Maska həyatımıza daxil oldu
29 may 2020-ci il tarixdən Azərbaycanda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) qapalı məkanlarda istifadə edilməsi məcburi oldu. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbinin pozulmasının qarşısının alınmamasına görə cərimə məbləği artırılaraq fiziki şəxslər üçün 100 manat, vəzifəli şəxslər üçün 300, hüquqi şəxslər üçün 600 manat məbləğində müəyyənləşdi.

Yenidən SMS dövrü başladı
2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı. Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi. Sakinlər yaşayış yerini Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bildilər. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol verildi.
2020-ci ildə metro bir neçə dəfə bağlanıb-açıldı. Aprelin 1-dən mayın 9-dək, iyulun 4-dən sentyabrın 14-dək sərnişinlər metro xidmətlərindən istifadə edə bilmədilər. Sonuncu dəfəki qapanma isə aylarla uzandı - oktyabrın 19-da bağlanan metro 2021-ci il mayın 31-də qapılarını sərnişinlərin üzünə açdı.

Həftəsonları ictimai nəqliyyat işləmədi
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırıldı. Eyni zamanda ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edildi. Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin bir sıra iş və xidmət sahələri üzrə fəaliyyətə icazəyə qadağa tətbiq edildi. İri ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin, muzey və sərgi zallarının, bərbərxanaların, gözəllik salonlarının və kosmetik xidmətlərin, təhsil müəssisələrinin fəaliyyətinə, eləcə də açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə yenidən qadağa tətbiq edildi. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazə yenidən işə düşdü.

Bərbərxana və çimərliklərə icazə verildi
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən etibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verildi. Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırıldı. 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olundu.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verildi. Çimərliklərə giriş üçün portal yaradıldı. 2020-ci il 31 avqustdan sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər, muzey və sərgi zallarının fəaliyyəti, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti, açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsi dayandırıldı.

Açıq havada maska məcburi oldu
2020-ci ilin noyabrın 19-dan isə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi oldu.
Azərbaycanda təhsilin mərhələli hibrid tədrisinə 2020-ci ilin oktyabrın 1-dən başlansa da, bu, uzun çəkmədi. Müharibə səbəbindən dayandırılan təhsilə 2021-ci il fevralın 2-dən hibrid formada start verilsə də, məktəblərdə yoluxma səbəbindən üç həftədən sonra dərslər Bakı, Abşeron, Sumqayıtda onlayn rejimə keçirildi. Mayın 17-dən isə yenidən sadalanan şəhərlər üzrə həftədə iki və üç dəfə olmaqla dərslər əyani davam etdirildi.

Əhalinin vaksinasiyasına başlandı
2021-ci ilin yanvarından Azərbaycanda əhalinin risk qrupuna aid təbəqəsinin vaksinasiyasına başlanıldı. Yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanıldı və 70%-dən yuxarı tibb işçisi vaksinasiya olundu. 8 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanıldı. Bundan sonra 18 yaşdan yuxarı əhalinin peyvəndlənməsinə start verildi. Ölkədə artıq 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası da aparılır. Ancaq bu zaman müəyyən şərtlər irəli sürülür. Azyaşlılar COVID-19-a qarşı yalnız RNT texnologiyası əsasında hazırlanmış "Pfizer" peyvəndi ilə vaksinasiya oluna bilərlər. Bundan başqa, bu barədə müvafiq tibbi göstəriş və hər iki valideynin razılığı tələb olunur. Hazırda ölkəmizdə koronavirus əleyhinə peyvəndin 3-cü qüvvətləndirici dozası tətbiq edilir.
İndiyədək ölkəmizdə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilirdi. Bunlar "Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V" vaksinləridir. Azərbaycanda COVID-19 əleyhinə "AstraZeneca" peyvəndinin istifadəsi dayandırıldı.

Əyani təhsilə davam
2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkilinə başlanılması barədə qərar verildi. 2021-ci ilin may ayında Operativ Qərargah "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar"da dəyişiklik etdi. Uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinləri reysə qəbul edilməsi barədə qərar verildi. 2021-ci il 31 may saat 06:00-dan açıq havada maska qadağası aradan qaldırıldı. 2021-ci il 1 iyul tarixindən toylara məhdud sayla və COVID pasportu ilə icazə verildi. 2021-ci il 17 iyul tarixindən etibarən İran ilə əldə olunmuş müvafiq razılaşmanın tələblərinə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun ərazisindən keçməklə həyata keçirilməsinə başlandı. 2021-ci il 1 sentyabr tarixindən etibarən dövlət orqanlarının əməkdaşlarının, bir sıra müəssisələrin işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələbi qüvvəyə mindi. 2021-ci il oktyabrın 1-dən etibarən istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının, mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, ümumi tutumunun 50 faizindən çox olmamaqla, kinoteatrların fəaliyyəti bərpa olundu.

Ötən ilin 27 noyabrında verilən qərarla "Peyvənd Sertifikatı", Əks göstəriş sertifikatı", "İmmunitet Sertifikatı"nın tanınması barədə qərar imzalandı. 2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edildi. İctimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verildi. 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin, iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya 2 COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edildi.

"Buster" doza tələbi qüvvəyə mindi
Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixində "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında etdiyi dəyişikliklə fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilmir. "Buster" doza vaksin olunmayanlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.) mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə buraxılmır.

Pandemiya dövründən xatirələr
Pandemiya dövrü insanlarda müəyyən gərginlik yaratmaqla yanaşı gülməli hadisələrlə də yadda qaldı. SMS icazə dövründə vətəndaşlarla polis sözün əsl mənasında qaçdı-tutdu oynadı. SMS icazə almadan evdən çıxanlar polisdən yayınmaq üçün ayaqlarına qüvvət verirdilər. İndi də polislə vətəndaş arasında bu gizlənqaç oyunu maska üstündə gedir. Qəflətən avtobusa, metroya daxil olan polislər tibbi maskası olmayanları cərimələyirlər. Bundan yayınmaq istəyənlər polisin gəldiyini görən kimi maskasını taxırlar. Bəzən bu polislə vətəndaşlar arasında mübahisəyə, əlbəyaxa davaya belə gətirib çıxarır.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda daha 6 nəfərdə COVİD-19 təsdiqləndi

    Azərbaycanda daha 6 nəfərdə COVİD-19 təsdiqləndi ...

    18-03-2020, 12:12

  • 
  • Azərbaycanda daha iki nəfərdə "koronavirus aşkarlanıb", 3 nəfər isə "sağalıb"

    Azərbaycanda daha iki nəfərdə "koronavirus ...

    11-03-2020, 14:38

  • 
  • Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlanıb

    Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlanıb ...

    5-03-2020, 15:48

  • 
  • Azərbaycanda daha iki nəfərdə koronovirus aşkarlanılb

    Azərbaycanda daha iki nəfərdə koronovirus ...

    10-03-2020, 11:57

  • 
  • Ölkəmizdə daha 43 nəfər koronadan öldü

    Ölkəmizdə daha 43 nəfər koronadan öldü ...

    16-12-2020, 15:07


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu