GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Atamız ayrı-seçkiliyə, ədalətsizliyə, qanunsuzluğa məruz qalıb - Eldar Həsənovun övladlarından İlham Əliyevə müraciət

Atamız ayrı-seçkiliyə, ədalətsizliyə, qanunsuzluğa məruz qalıb - Eldar Həsənovun övladlarından İlham Əliyevə müraciət

Tarix: 2-03-2022, 09:50 Bölmə :Cəmiyyət Baxış: 276


Hazırda həbsdə olan Azərbaycanın sabiq baş prokuroru , sabiq səfir Eldar Həsənovun övladları Prezident İlham Əliyevə müraciət edib. GundemXeber.Az Gununsesi.info-ya təqdim edilən müraciəti diqqətinizə çatdırır:


Həsənov Eldar Hümbət oğlunun övladları
Hüseynova Səbinə Eldar qızı
Qurbanova Emilya Eldar qızı
Həsənov Anar Eldar oğlu tərəfindən
MÜRACİƏT
Çox hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan!
Bu müraciəti Sizə 28 il yaxından tanıdığınız, Sizə sadiq olan Eldar Həsənovun övladları olaraq göz yaşları içində yazmağa məcburuq. Allah heç bir kimsəyə bizim çəkdiyimiz əzabları, iztirabları, göz yaşlarını, ah-naləni qismət etməsin.
Atamızın 28 ildə heç vaxt heç bir tərəddüd etmədən etdiyi xidmətlər, gördüyü işlər, hamıdan çox Sizə daha yaxşı məlumdur. Məruz qaldığı ədalətsizliklərə, zülmlərə, təqiblərə, ayrı-seçkiliyə baxmayaraq məhkəmədə son sözündə ömrünün sonuna qədər sədaqətli qalacağını bildirən insana ağlımıza, yuxumuza belə gəlməyən, layiq olmadığı ən ağır cəza verildi.
Əgər həqiqətən atamız milyonlar mənimsəmişdisə, niyə biz 3 övladdan 2-si gəldiyimiz gündən bəri Türkiyədə kirayədə yaşayır? Niyə heç birimizin bir dənə də olsun şəxsi maşınımız yoxdur? Niyə illərdir ki, biz övladlar və ailə üzvlərimiz 2 yerdə, bəzilərimiz isə 3 yerdə çalışırıq? Niyə Bakıda müsadirə olunan 2-3 otaqlı mənzillərimizdən illərdir ki, heç birində təmir belə olunmayıb, hamısı uçub-dağılmış vəziyyətdədir. Bunların hamısını baxış keçirən istintaq işçiləri öz gözləri ilə görəndə təəccüblərini, mənəvi əzab çəkdiklərini açıq dilə gətirdilər. Əgər milyonlar mənimsənilirdirsə, nədən ailəmizin Azərbaycanda, çalışdığımız Türkiyədə bir ticarət obyekti yoxdur ?! Yeri gəlmişkən, bildiririk ki, atamızın Səfir kimi fəaliyyəti ilə heç bir əlaqəsi olmayan, 20-30 il bundan əvvəl vicdanlı vətəndaş kimi öz adımıza aldığımız hər 3 övladın əmlaklarının üzərinə qanunsuz həbs qoyuldu, müsadirə olundu.
Amma biz övladlar bundan məyus deyilik, dünya malı dünyada qalır, biz heç vaxt ərkəsöyün böyüməmişik. Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! Onun məsləhəti, təşəbbüs və xeyir-duası ilə Bakıda, Böyük Britaniyada, İsveçrədə təhsil almışıq. 3 övladdan- ikimiz elmlər doktoru, birimiz isə elmlər namizədiyik (beynəlxalq hüquq, tibb, iqtisad elmləri üzrə).
Möhtərəm, cənab Prezident,
Sizə çox məlumatlar verə bilərlər, hətta Sizi qəzəbləndirən məlumatları da qisas almaq üçün xüsusi olaraq hazırlayıb, təqdim edə bilərlər. Amma Siz çox təcrübəli, müdrik insansınız, böyük siyasətçisiniz, dərin təhlil qabiliyyətiniz var. 2-ci Qarabağ müharibəsində bizim də doğma yurdumuz Kəlbəcər rayonu daxil olmaqla 30 il işğal altında olan əzəli torpaqlarımızı qəhrəmancasına azad edərkən bunun əyani şahidi olduq. Bu gün də bu uğurlara söykənərək yeni Azərbaycan qurursunuz. Buna görə Sizə dünyalar qədər minnətdarıq. Əfsuslar olsun, 1-ci Qarabağ müharibəsində Qazaxdan- Naxçıvanadək var gücü ilə çalışan, müharibədə iştirak edən atamız bu sevinci həbsdə yaşadı. Hətta saxlanıldığı həbs yerindən Sizə təbrik və minnətdarlıq məktubları göndərdi.
Biz övladlar olaraq gənc yaşlarımızdan bu günə qədər atamızın bizə aşıladığı Heydər Əliyev siyasi xəttinə sadiq olmuşuq. Bu gün də bu düşüncədə, bu əqidədəyik.
Möhətərəm cənab Prezident,
Atamız haqqında Sizə qisas almaq məqsədilə yalan, uydurma, şər-böhtan xarakterli məlumatı verməklə həbsinə nail olanlar bizə məlumdur. Baxmayaraq ki, onlar hər vasitə ilə bizə çatdırırlar ki, onlarlıq bir məsələ yoxdur, ən yüksək səviyyədə verilmiş göstərişdir, biz sadəcə icraçıyıq və elə düşünürlər ki, biz də bu nağıllara inanırıq. Yeri gəlmişkən son 15 ildə Azərbaycanda həbs olunan, tanınan hər kəslə bağlı bu standart ifadələri elə Sizin rəhbərliyiniz altında çalışan bəzi insanlar bilərəkdən yayır. Bunu da bilməyinizdə fayda var. Nəticədə 13.08.2020-ci il tarixdə atamız XİN ilə bağlı başlanmış cinayət işi üzrə həbs olundu. Az bir müddət sonra XİN-dən bütün həbs olunanlar azadlığa buraxıldı (Allah hamısının qapısını açıq etsin), buna baxmayaraq yaşça onlardan 8 il fərqlə ən yaşlısı 67 yaşında olan atamız bu günə qədər həbsdədir. Azərbaycanın xarici ölkələrdə 78 səfirlik və diplomatik nümayəndəliyi olsa da, yalnız Avropada ən az büdcəsi olan atamızın çalışdığı Səfirliyin 20 illik fəaliyyəti yoxlanıldı.
Ailəmizin, qohum-əqrəbalarımızın, yaxınlarımızın hamısının evlərində Prokurorluq və məhkəmə qərarları ilə axtarışlar aparılır, 38 nəfərin barədə İnterpola, Beynəlxalq Maliyyə Kəşfiyyatına, atamızın çalışdığı 4 ölkənin və bizim yaşadığımız ölkələrin müvafiq dövlət orqanlarına məktublar, sorğular göndərildi. Nəticədə istər atamız, istərsə də biz, ailə üzvləri, qohum-əqrəba ilə bağlı bir dənə də olsun qanunazidd əməl, fakt aşkar olunmadı. Heç bir müqavilə-kontrakda, bank-maliyyə sənədlərində imzası olmayan, əleyhinə heç bir şahid ifadəsi olmayan bir insan barəsində günahsız olduğuna baxmayaraq hansısa möhtəbər sübutlara yox, ehtimal və mülahizələrə əsasən çox amansız bir hökm oxundu.
Əminik ki, bütün bunları qorxularından Sizdən gizlədirlər. Məhz buna görə də Atamız ayrı-seçkiliyə, ədalətsizliyə, qanunsuzluğa məruz qalaraq bu gün də həbsdədir.
Möhtərəm, cənab Prezident!
Yüksək diqqətinizə çatdırırıq ki, atamız son 5 ildə 7 ağır cərrahi əməliyyat keçirib. Həbsdə olduğu müddətdə sağalması mümkün olmayan paroksizmal vertiqo xəstəliyinə düçar oldu. O, 3 dəfə DTX hospitalına aparıldı və orada əməliyyat olunmasına baxmayaraq müayinə və müalicəsi prokurorluğun göstərişinə əsasən yarımçıq saxlanılaraq istintaq təcridxanasına qaytarıldı. Son 5 aydır ki, qoyulmuş qadağalara görə heç bir həkim müayinə və müalicə üçün yanına buraxılmır. 67 yaşında ağır xəstəlikləri, şiddətli ağrıları olan, gündəlik 31 dərman qəbul edən bir insana belə qeyri-insani, qeyri-humanist, amansız, qəddar münasibət olarmı?! Düşünün, sivil dünyanın hansı ölkəsində belə bir hal ola bilər?! Bunların hamısını Sizdən gizlədirlər.
Anamız Elmira Həsənova 5 aydır ki, ağır xəstəlikdən Türkiyədə xəstəxanadadır. Hər gecə birimiz yanında qalırıq, övladlar olaraq bilmirik kimin yanında olaq, kimə dərmanları tez çatdıraq, kimə hansı köməyi edək?! Bunlar bizim övlad kimi müqəddəs borcumuzdur, amma biz yaşadıqlarımızı Allah heç kimə qismət etməsin.

Ona görə də, Sizə müraciətimizi başlayanda “göz yaşları içində” ifadəsini işlədəndə həqiqəti söyləyirik. Hələ onu demirik ki, bir qardaşımız var, onun toyu, bizim övladların elçiliyi, nişanı hamısı dayandırılıb. İl yarımdır ki, yas içindəyik.
Möhtərəm cənab Prezidentimiz,
Məhkəmədə Atamız son sözündən sonra ailə üzvlərinə, qohum əqrəbasına, yaxınlarına, vəkillərinə KİV-də sosial şəbəkələrdə onunla bağlı hər hansı bir çıxışa, müraciətə, müzakirəyə, müsahibəyə qəti qadağa qoydu. Bu günə qədər də sağ olsunlar hər kəs O, ağsaqqal sözünə riayət edir. Ona görə də bilmirik ki, bizim sifarişli poçtla göndərdiyimiz bu müraciətin Sizə çatmasına imkan verəcəklərmi? Ümid edirik ki, bu dəfə mane olmayacaqlar. 19-cu aydır ki, çoxsaylı ərizə və müraciətlərimizlə bağlı heç bir dövlət qurumundan bir kəlmə də olsun nə yazılı, nə şifahi bir cavab verən olmadı, heç kim qəbul etmədi.
İndi bir anlığa təsəvvür edin bizim düşdüyümüz vəziyyəti, bir vətəndaş kimi bizə olan münasibəti. Ona görə də Allahdan sonra tək ümid yerimiz, inam yerimiz Sizsiz cənab Prezident.
Atamızın Apellyasiya Məhkəməsi mart ayında- Novruz bayramı ərəfəsindədir. Allah qorusun, Sizin də ləyaqətli 3 övladınız var. Uca Tanrımız heç vaxt onlara ağır gün qismət etməsin, həmişə üzləri gülsün.
Biz üç övladın yaşadıqlarını, düşdüyümüz ağır durumu, Ata-Ana ah-naləsini, fəryadını nəzərə alıb ağır xəstə olan 67 yaşlı Atamızı həbsdən azad etməyinizi Sizdən çox xahiş edirik. Bəlkə xəstəxanalarda Onu müalicə etdirməklə həyata qaytara bilərik.

Səbinə Eldar qızı Hüseynova
Emilya Eldar qızı Qurbanova
Anar Eldar oğlu Həsənov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Həsənovun vəkilləri ölkə başçısı cənab İlham Əliyevə müraciət etdilər

    Eldar Həsənovun vəkilləri ölkə başçısı cənab ...

    14-04-2021, 16:45

  • 
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • Sabiq səfirlə bağlı Prezidentə müraciət edildi - MƏTN

    Sabiq səfirlə bağlı Prezidentə müraciət edildi - ...

    2-10-2020, 16:38

  • 
  • DTX Eldar Həsənovun cinayət işini Baş Prokurorluğa göndərdi

    DTX Eldar Həsənovun cinayət işini Baş ...

    25-08-2020, 10:23

  • 
  • Eldar Həsənov Bakıya niyə çağrıldı?

    Eldar Həsənov Bakıya niyə çağrıldı? ...

    31-10-2015, 22:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu