GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » MTK-ların əlində əsir-yesir qalan vətəndaşımız... - AKTUAL

MTK-ların əlində əsir-yesir qalan vətəndaşımız... - AKTUAL

Tarix: 7-03-2022, 15:56 Bölmə :Cəmiyyət Baxış: 308


“Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına əsasən, “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin sədri Alaverdiyev Taley Şamil oğlunun digərləri ilə əlbir olaraq MTK-nın paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa etdiyi yaşayış binasında eyni mənzili bir neçə şəxsə satmalarına dair vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət daxil olub.

Müraciətlər əsasında Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zərər çəkmiş şəxslərin dindirilməsi, cinayəti törətmiş bütün təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir. Baş Prokurorluq “Sahil-S İnşaat” MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində zərər çəkmiş şəxslərə müraciət edərək, 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə dərhal məlumat verilməsini xahiş edir.

Qeyd edək ki, ölkəmizdə bu cinayət əməli dəfələrlə baş verib ki, nəticədə vətəndaşlar maddi və mənəvi zərərə uğrayıblar. Belə ki, vətəndaşlar həm xeyli məbləğdə vəsait ödəmələrinə baxmayaraq, nəticədə mənzil sahibi ola bilməyiblər, həm də illərlə həmin mənzili gözləməli olurlar. GUNDEMXEBER.AZ xəbər verir ki, bu sahədə mövcud problemlərlə bağlı Cebhe.info-nun müsahibi hüquuqşunas Əsabəli Mustafayevdir:

-Bir neçə il öncə tikinti şirkətlərinin vətəndaşları aldatması ilə bağlı çoxsaylı cinayət əməlləri baş versə də,son zamanlar bir qədər səngimə müşahidə edilirdi. Son günlər yenə belə faktların olduğu bildirilir. Belə hadisələrin qarşısının tamamilə alınması mümkündürmü?

- Bu istiqamətdə törədilən hərəkətlər Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən dələduzluq əməlləridir və etibardan sui-istifadə edərək törədilib. Əvvəllər belə hərəkətlər dələduzluq, mənimsəmə maddələri ilə cəzalandırılırdı. Bir neçə il bundan qabaq tikinti aparan şirkətlər bir neçə qrupa bölünürdü. Bu sahədə hökmranlıq edən bir qrup tikinti şirkəti var ki, başlarında da ölkədə tanınmış insanlar dayanır. Onlar tikinti üçün razılığı alıb digər, daha kiçik tikinti şirkətlərinə verirdilər. Həbs edilənlər də həmin kiçik şirkətlərin rəhbəri idi. Baxmayaraq ki, böyük şirkətlərlə əlbir tikmişdilər. İri şirkətlərin rəhbərlərinə toxunulmamışdı. Ona görə də bu ehtimal qalırdı ki, gələcəkdə belə hadisələr baş verə bilər. Buna görə də müəyyən qaydalar, normativ aktlar işlənib hazırlandı.

- Bir vaxtlar binalar tikildikdən sonra satışa çıxarılırdı. Son illər isə bu sahədə dəyişikliklər müşahidə edildi. Yəni tikinti davam edərkən mənzilin satışı başlayır. Bu proses də alıcının aldadılmasına səbəb ola bilərmi?

- Tikinti şirkəti boş torpağı alıbsa, heç fundamentini qoymadan satmağa başlayır. Bu, əvvəllər daha çox yayılmışdı. Yaxud 1-ci, 2-ci mərtəbəsini tikib, tikintisi getdiyi halda artıq 9-10-cu mərtəbədə olan mənzilləri satırdı. Vətəndaşlar da gəlib pulunu ödəyirdi, mənzili də görmürdü. Pulu ödədikdən bir neçə il sonra məlum olurdu ki, tikinti başa çatıb, ancaq mənzillər digərlərinə satılıb. İndi tətbiq edilən normalara görə tikintini həmin tikinti idarəsi öz maliyyə hesabına başlamalıdır. Yəni vətəndaşlardan yığılan pul hesabına deyil. İndi gedib kredit götürməli, haradansa pul tapmalı və tikintini başlamalıdır. Ancaq tikilmiş mərtəbəni satmaq icazəsi var. Sahibkar, məsələn, 1-ci mərtəbəni tikibsə, hazırdırsa, ancaq onu sata bilər. Beləliklə, mənzili hissəylə, eyni zamanda ancaq notarius vasitəsilə sata bilər. Vətəndaş notariusa getməli, müqavilə bağlanmalıdır, hər tikinti dövrü üçün öz faizi var.

-Yəni alıcı neçə faiz ödəməlidir?

-Məsələn, 1-ci mərtəbə başlanılıbsa, ola bilər 20 faiz, yaxud 7-8-ci mərtəbə tikilirsə, bu, 40-60 faiz ola bilər. Bu kimi limitlər var. Yəni sahibkara qadağan olunub ki, ümumi pulu dərhal alsın. Ancaq hissə-hissə ala bilər. Çox təəssüf ki, bu normalara riayət olunmasına nəzarət yoxdur. Yenə də həmin sahibkarlar istədikləri kimi, fundamenti qoyulmamış evləri satırlar.

Notariusda satılanda artıq o sistemə düşür ki, filan binada, tikinti idarəsi hansı mənzili tikib və o mənzil də satılıb. Bu, artıq sistemə düşür. Həmin mənzil üçün ikinci satış ola bilməz. Çünki artıq sistem ona icazə verməyəcək. Ancaq sahibkarlar buna riayət eləmirlər. Müvafiq dövlət orqanları da buna nəzarət etmir. Ona görə də belə dələduzluq hallarının sayının artması gözləniləndir.

-Həmin çıxarışlar Dövlət Reyestri Xidməti tərəfindən verildiyi təqdirdə necə olur ki, bir mənzili neçə nəfər əldə edə bilir?

-Bəli, sistemə yerləşdiriləndən sonra baxmayaraq ki, bina hələ yarımçıqdır, onlara həmin binadan belə bir mənzil alması haqda çıxarış verilir. Burada vətəndaşları da qınamaq lazımdır. Ola bilsin ki, bu, hüququ, qaydaları bilməməkdən qaynaqlanır. Yəni gedib pulu sahibkara verirlər. Əslində sahibkara pul verməməlidirlər. Onlar tələb eləməlidirlər ki, notarius vasitəsilə bu rəsmiləşdirilsin, depozitinə yerləşdirilsin. İnsanlarda məlumatsızlıq var. Yaxşı olardı ki, KİV də vətəndaşları bu barədə maarifləndirsin. Çünki kütləvi aldatma, dələduzluq olur. Vətəndaşlar 100 minlərlə manat zərərə düşür. Bunun qarşısını almaq üçün insanları məlumatlandırmaq lazımdır ki, gedib hansısa MTK-ya, tikinti müəssisəsinə pul ödəməsinlər, çünki sizi aldadacaqlar. Əhalini xəbərdar eləmək lazımdır.

Reyestrdən çıxarış bir neçə şəxsin adına verilə bilməz. Bu proses belə ola bilər ki, bina hazırdır və mənzilin nömrələri fərqli olur. Məsələn, binanı tikən şəxs hər hansı mənzilə bir nömrə qoyur. Sonra başqa nömrə qoyur və həmin mənzili fərqli nömrə ilə başqa adama satır. Həmin şəxs də gedib reyestrdən çıxarış alır. Sonra gəlib görür ki, eyni mənzildir. Bu, tikinti şirkətinin dələduzluğudur. Fikrimcə, Reyestr Xidmətinin bunu yoxlamağa texniki imkanı yoxdur. Sistem imkan verməməlidir ki, bir mənzilə iki vətəndaşın adına çıxarış verilsin. Bu,texniki baxımdan mümkün olmamaldır.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Karat” MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərildi

    “Karat” MTK-nın vəzifəli şəxsləri barəsində ...

    25-12-2014, 23:16

  • 
  • Tikinti kooperativinin rəhbərinin qanunsuz  əməlləri ifşa edilmişdir

    Tikinti kooperativinin rəhbərinin qanunsuz ...

    4-03-2015, 12:15

  • 
  • Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ

    Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi ...

    3-06-2020, 12:40

  • 
  • Tikinti şirkətinin təsisçisi həbs edildi

    Tikinti şirkətinin təsisçisi həbs edildi ...

    24-10-2013, 17:37

  • 
  • Tikinti kooperativinin rəhbəri barəsində cinayət işi başlanmışdır

    Tikinti kooperativinin rəhbəri barəsində cinayət ...

    21-12-2015, 15:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu