GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bu savadsız “alimlər” Novruza fars ünsürləri saldı - ARAŞDIRMA

Bu savadsız “alimlər” Novruza fars ünsürləri saldı - ARAŞDIRMA

Tarix: 9-03-2022, 11:04 Bölmə :Cəmiyyət Baxış: 245

Gundemxeber.Az  kult.az-a istinadən filologiya elmləri doktoru, professor Kamil Hüseynoğlunun Novruz bayramı ilə bağlı araşdırma yazısını təqdim edir:

Novruz bayramının mənşəyi və ənənələri

Xalqımızın ən sevimli bayramı sayılan Novruzun özünəməxsus tarixi və ənənələri olmuşdur. Bu ənənələrin çoxunu biz indi də formal olaraq qeyd edirik, ancaq qədim əcdadlarımızın onlara verdikləri mənaları isə artıq unutmuşuq. Ona görə də burada biz əsasən Novruzun tarixi və onun mərasimlərinin qədim mənaları üzərində dayanacağıq.

Novruz ənənələri ilkin olaraq qədim sak tayfaları arasında yaranıbdır. Mənşəcə sak olan Zərdüşt də öz həmtayfalarının dini inanclarında islahatlar aparmaq məqsədilə onlara yeni mənalar verərək, öz təliminə daxil etmişdir. Həmyerliləri Zərdüştü əcdadların etiqadına müxalif çıxmış bir adam kimi Baykalyanı ərazilərdən qovduqdan sonra o, indiki Əfqanıstan ərazisinə gəlir və Həxamənişi dövlətinin buradakı canişini Viştaspa (I Daranın atası) onun təlimini qəbul edir. Elə həmin zaman (e.ə. 6-cı əsrdə) Zərdüştün yaxın köməkçilərindən olan Cəmaspa (sonrakı rəvayətlərdə – Cəmşid) zərdüştliyi təbliğ etmək məqsədilə Midiyaya gəlir və əvvəlki dinləri I Dara tərəfindən qadağan edilmiş Azərbaycan muğları Zərdüştün təlimini qəbul edirlər. Farslar isə, Daranın bütün səylərinə baxmayaraq, özlərinin qədim Mitra dininə sadiq qalaraq, Zərdüştün təlimini qəbul etmirlər.

Zərdüştilik dini İranda təqribən 1000 il sonra – Sasanilər dövründə yayılmaqda olan xristian dininə qarşı mübarizə vasitəsi kimi qəbul edilir və bu zaman Mitra dininin ayinləri də Zərdüştün dininə qarışdırılaraq, “Avesta” adlanan kitab halına salınır (çünki xristian dininin kitabı var idi). Bunu da təəssüflə qeyd etmək lazımdır ki, indi bizim qeyd etdiyimiz dörd çərşənbə ünsürü də Novruzun yox, həmin Mitra bayramının ünsürləridir. Halbuki 1970-ci illərədək farslardan fərqli olaraq, bizdə Novruzdan əvvəl altı çərşənbə mərasimi və ya ünsürü qeyd edilirdi. O zaman bir neçə il Novruz bizdə rəsmi səviyyədə qeyd edilməyə başlandı. Çərşənbə günləri isə xalq yaddaşında müxtəlif bölgələrdə fərqli adlar daşıyırdı. Əsasən isə “yalançı çərşənbə”, “əzəl çərşənbə”, “müjdəçi çərşənbə”, “gül çərşənbə”, “kül çərşənbə” və “ilaxır çərşənbə” adlarından istifadə edilirdi. Buna görə də bizim folklorşünaslara bu adları sistemləşdirmək barədə göstəriş verildi. Onlar isə Novruzun tarixini və sistemini bilmədiklərinə görə mexaniki surətdə fars çərşənbə günlərini və ünsürlərini (su, od, yel və torpaq) götürdülər. Bu ünsürlər Mitra dininin yaranış ünsürləridir. Zərdüştiliyin yaranış əfsanəsinə əsasən isə Ahura Məzda dünyanı yeddi ünsürdən ibarət yaratmışdır: əvvəlcə bütün digər ünsürləri öz əhatəsinə alan və yumurta qabığı formasında olan səmanı, sonra qabığıın aşağı hissəsini dolduran suyu, sonra suyun üzərindəki yastı yeri, yerin üzərində isə bir bitkini, bir buğanı və Kiya Mərtan adlı bir insanı, nəhayət, Günəşin simasında görünən odu (atəşi). Bu ünsürlərdən ibarət olan dünya əvvəllər sabit halda səmanın ortasında dayanırdı. Ancaq sonra qaranlıqda yatmış şər tanrısı Əhrimən Günəş işığından oyanıb qəzəblənir və Ahura Məzdanın yaratdığı dünya üzərinə hücuma keçir. O, səmanı yarır, suyu bulandırır, yerin hamar səthini kələ-kötür edir, bitkini susuz qoyaraq qurudur, buğanı və insanı öldürür, odu tüstüyə yoluxdurur. Bunu görən Ahura Məzda dünyanı hərəkətə gətirir: Günəş dövr etməyə, gecə ilə gündüz əvəzlənməyə, sular axmağa, bitki, buğa və insan da canlanmağa başlayırlar. Öz yaratdıqlarını Əhrimənin gələcək hücumlarından qorumaq üçün Ahura Məzda yeddi “ölməz mələk” (“ameşa spentə”) yaradır ki, onlardan hər biri bir ünsürün qoruyucusu olsun.

Məlumdur ki, Zərdüştilik təliminin əsasında xeyirlə şərin əbədi mübarizəsi dayanır. Bu mübarizə sonda xeyir qüvvələrin qələbəsi ilə nəticələnməlidir. Ancaq hələlik gah xeyir qüvvələri, gah də şər qüvvələri üstün gəlirlər. Bu təlimdə il iki fəslə bölünür və belə hesab edilir ki, yayda xeyir, qışda isə şər qüvvələri üstünlük təşkil edirlər. Məhz bu səbəbdən də qışda insanlar, heyvanlar və bütün təbiət soyuq, xəstəlik və aclıqdan əziyyət çəkirlər. Qışın ortalarında şər qüvvələri o qədər güclənirlər ki, insanlar qoruyucu mələkləri köməyə çağırmağa məcbur olurlar. Hər çərşənbə günü onlar mərasimlər keçirərək, qoruyucu mələklərdən birinə müraciət etməyə başlayırlar. Nəhayət, axır çərşənbə axşamı qoruyucu mələklər və insanların ölmüş qohumlarının ruhları yerə yaxınlaşmağa başlayırlar. Novruz ərəfəsində evlərin, həyət-bacaların təmizlənməsi, yeni paltarlar alınması və s. də məhz bu “qonaqların” qarşılanması üçündür. Axır çərşənbə axşamı isə hətta kasıb adamlar belə öz qohumlarının ruhları və mələklərin şərəfinə bacardıqları səviyyədə bol süfrə açmalıdırlar. Həmçinin bu günü küsənlər barışmalı, hamı yaxşı sözlər danışmalı, mehriban olmalıdırlar ki, ruhlar və mələklər onlardan razı qalsınlar. Eləcə də ölmüş qohumların qəbri ziyarət edilməli, onların ruhuna ehsan verilməlidir. Bu səbəbdən də Cənubi Azərbaycanda axır çərşənbəyə “Ölülər bayramı” da deyilir. Axşam qaranlıq düşəndən sonra ruhlar öz evlərini və qohumlarını işıqda tanıyıb, evə tez çatsınlar deyə damların üstündə və digər hündür yerlərdə tonqal qalayıb, onun üstündən tullanırlar. Ancaq Novruz mərasimlərinin qədim mənaları unudulduğuna görə indi insanlar elə bilirlər ki, xəstəlik və azarlardan təmizlənmək üçün tonqalın üzərindən tullanırlar, halbuki zərdüştilikdə od çox müqəddəs sayılır və onu çirkləndirmək günah hesab edilir.

Ruhlar və mələklər “gəlib çıxandan” sonra onların şərəfinə qonaqlıq başlayır. Ruhlar öz paylarını almaq üçün qapı və bacalardan torba sallayırlar. Ev sahibləri isə bu torbalara ən yaxşı yeməklərdən qoymalıdırlar.

Axır çərşənbə axşamının səhəri isə insanlar onlara köməyə gəlmiş ruhlar və mələklərin yardımı ilə şər qüvvələrlə mübarizəyə başlayırlar, yəni bu mübarizəni təcəssüm etdirən mərasimlər keçirirlər. Bizdə bu mərasimlərdən ən çox tanınanı keçəllə kosa arasındakı tamaşadır. Burada keçəl təbiəti keçəlləşdirmiş qışın, kosa isə xeyir-bərəkət rəmzi olan keçinin və baharın simvoludur. Bu mübarizədə kosa keçələ, yəni bahar qışa qalib gəlir. Bəzi rayonlarda (məsələn, Ordubadda) qışda ağalıq edən Əhrimən “xan” kimi geyindirilir və sonda onu götürüb suya atırlar. Gürcüstanın Muğanlı kəndində isə son zamanlara qədər şər qüvvələr rolunu “keçəpapaqlar” adlanan insanlar oynayırmışlar. Onlar adamlara əziyyət verir, onları “döyüb, pullarını alırmışlar”. Sakinlər isə onları yumurta ilə vururmuşlar (S.Rzasoy. Muğanlıda Novruz karnavalı. Tbilisi. 2014. s. 35).

Beləliklə, bu mübarizə Novruz gününə qədər davam edirmiş, Novruz günü isə (20 və ya 21 mart) xeyir qüvvələri şər qüvvələrə qalib gələrək, öz qələbələrini bayram etməyə başlayırmışlar. Zərdüştilikdə od ünsürü də məhz bu gün qeyd edilirdi. Bu isə mahiyyətcə qışın yola salınıb, baharın qarşılanması anlamına gəlir, çünki həmin gün Günəşin ekvator xəttinin cənubundan Şimal yarımkürəsinə keçməsi nəticəsində gecə ilə gündüz bərabərləşir və onun səhəri günündən etibarən isə gündüzlər uzanmağa başlayır. Təbiidir ki, daha qədim dövrlərdə insanlar gecə ilə gündüzün bərabərləşdiyi günü dəqiq surətdə müəyyənləşdirə bilməzdilər və ona görə də Novruz bayramı da baharın müxtəlif günlərində qeyd edilirdi. Novruzun dəqiq günü yalnız XI əsrdə Səlcuq sultanı Məlikşahın göstərişi ilə məşhur astronom və şair Ömər Xəyyamın başçılıq etdiyi alimlər qrupu tərəfindən hazırlanmış yeni Günəş təqvimində təsbit edildi.

Sonda Novruzda “həft sin (7 “se”) süfrəsi” adlanan anlayış haqqında da qısa məlumat verməyi lazım bilirik. Bu ifadə əsasən fars Novruzunda geniş yayılmışdır və buna görə də çoxları elə bilir ki, bu ənənə bizdə yoxdur. Ancaq bu doğru deyil, sadəcə biz bu ifadəni işlətmirik. Əvvəlcə bu anlayışın mənşəyinə və mahiyyətinə nəzər salaq.

Zərdüştün dövründə Novruz bayramına “Ahura Məzda bayramı” deyilirdi, ancaq Sasanilər dövründə bu addakı iki söz artıq birləşərək, “Hörmüzd” forması almışdı. Yuxarıda deyildiyi kimi, zərdüştilik təliminə əsasən, Ahura Məzdanın yaratdığı dünya yeddi ünsürdən ibarət idi və onlardan hər biri bir “ölməz mələk” (ameşa spentə) tərəfindən qorunurdu. Ərəb işğalından və islamın qəbulundan sonra isə zərdüştilik dini ilə birlikdə onun bayramları və mələkləri də (spentələr) qadağan edilmişdi. Xəlifə Müaviyyə hər il ona “hədiyyə” adı altında verilən böyük bac müqabilində “Hörmüzd” bayramının keçirilməsinə icazə verdi, ancaq bu şərtlə ki, bayram dini yox, yalnız təqvim bayramı səciyyəsi daşımalı və Hörmüzd yox, Novruz (Yeni gün) adı altında keçirilməli idi.

Ahura Məzda bayramının ənənələrindən biri də bu idi ki, bayram süfrəsində həmin 7 spentəni (mələyi) və onların himayəsi altında olan 7 ünsürü simvolizə edən 7 məmulat olmalı idi. Farslar “həft spentə” (7 mələk) ifadəsini müsəlman ruhanilərinin nəzərindən yayındırmaq üçün bu ənənəyə “həft sin” adı verdilər. Bu ənənənin mənası unudulduqdan sonra isə sonrakı nəsillər həmin ifadəni “se” hərfi ilə başlayan 7 nemət mənasında başa düşərək, süfrəyə səbzə (bizim səməniyə deyilir), səmənu (cöcərmiş buğda dənindən hazırlanan xörək), senced (iydə), sir (sarımsaq), sib (alma), sumaq və sirkə qoymağa başladılar. Halbuki bu məmulatlar spentələrin qoruduqları ünsürlərin heç də hamısını əhatə etmirlər və onlardan bəziləri heç bayram süfrəsi üçün münasib də sayıla bilməz. Həm də başqa dillərdə onların adları başqa hərflərlə başlayır.

Bizim Novruz süfrəsində isə bu adətə xüsusi bir ad verilməsə də, süfrəyə qeyd edilən qədim ənənənin mahiyyətinə daha çox uyğun olan məmulatlar qoyulur: səmanın (göy qübbəsinin) şərəfinə boyanmış yumurta, su ünsürünü simvolizə edən şərab (islamdan sonra – şərbət), Yeri (torpağı) simvolizə edən külçələr, bitkiləri bildirən səməni, heyvan ünsürünü bildirən ət və süd məhsulları, insanları təmsil edən iştirakçılar, odun (atəşin) təcəssümü kimi isə şam və ya çıraq. Bu deyilənlər elə indi də bizim Novruz süfrəmizin ayrılmaz atributlarıdır.

Orta əsr müəlliflərinin də qeyd etdikləri kimi, hələ qədim zamanlardan Novruz ənənələri ən dolğun və düzgün şəkildə məhz Azərbaycanda saxlanılmışdır.

Nəhayət, bunu da demək yerinə düşər ki, “həft sin” ənənəsinin özü də bir daha təsdiq edir ki, Novruzun yaranış sistemində dünya 4 yox, 7 ünsürdən ibarətdir. Hələ ki, Novruz çərşənbələrinin qədim adları xalqımızın yaddaşından silinməyibdir, onları yenidən sistemləşdirərək bərpa etmək, fikrimizcə, düzgün addım olardı.

Elmi mahiyyəti etibarilə Novruz təbiət təqviminə (astronomik Günəş təqviminə) əsaslanan Yeni il bayramıdır. Başqa sözlə, Novruz Yer planetinin Şimal yarımkürəsində məskunlaşmış canlı varlıqlara təbiətin özünün bəxş etdiyi təqvim bayramıdır. Şaxtalı qış fəslindən sonra tədricən istiləşən hava, mülayim Günəş şüaları donmuş təbiətdəki bütün canlı varlıqları sanki yenidən canlandırır. Təbiətin yenilənməsi, suların şırıltısı, gül-çiçəklərin ətri, quşların nəğməsi insanlara xoş ovqat, yeni ruh, təravət bəxş edir, onlarda yeni həyat eşqi, yeni ümid və arzular doğurur. Görünür, elə bu səbəbdən də BMT-nin keçmiş baş katibi Pan Gi Mun Novruz haqqında belə demişdir: “Mən inanıram ki, gələcəkdə bizim planetin bütün sakinləri fikir ayrılıqlarını, inciklikləri kənara qoyub, stereotiplərdən azad olacaqlar və işıqlı Novruz hamının bayramı olacaqdır”.

Novruz elə indi də bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda, İranda, Əfqanıstanda, Pakistanda, Özbəkistanda, Tacikistanda, Qırğızıstanda, Qazaxıstanda və Türkmənistanda dövlət səviyyəsində keçirilir. Bu ölkələrdə Novruzun milli bayram kimi keçirilməsi isə vaxtilə bu ərazilərdə zərdüştilik dininin yayılması ilə bağlıdır. Novruz həqiqətən də öz fəlsəfəsi və ideologiyası ilə insanlar arasında dostluq, sülh və əmin-amanlıq yaradır.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Novruz bayramının qeyri-iş günləri AÇIQLANDI

    Novruz bayramının qeyri-iş günləri AÇIQLANDI ...

    30-01-2019, 23:21

  • 
  • Prezident İlham Əliyev və xanımı Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak ediblər

    Prezident İlham Əliyev və xanımı Novruz bayramı ...

    18-03-2017, 12:11

  • 
  • Prezidentdən Novruz təbriki

    Prezidentdən Novruz təbriki ...

    18-03-2017, 00:00

  • 
  • İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

    İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı ...

    18-03-2015, 23:25

  • 
  • KXCP sədri Mirmahmud Mirəlioğlu Novruz Bayramı münasibəti ilə Azərbaycan Xalqını təbrik edib.

    KXCP sədri Mirmahmud Mirəlioğlu Novruz Bayramı ...

    17-03-2017, 22:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu