Ukraynada “Azov” könüllülər polkunun döyüşçüləri tərəfindən məhv edilən və ötən gün meyitinin fotosu yayılan Rusiya generalının kimliyi məlum olub.
Gundemxeber.Az xəbər verir ki, sosial şəbəkələrdə həmin generalın Rusiya ordusunun elitar 15-ci motoatıcı diviziyasının komandiri Oleq Mityayev olduğu haqda məlumat yayılıb. Və həmin generalın fotosu da paylaşılıb.
Ukraynalı hərbi jurnalist Andrey Sapliyenko həmin diviziyanın Ukraynaya hərbi təcavüz üçün yeni formalaşdırıldığını bildirir. Onun formalaşdırılması 2014-cü ildə Cənub Hərbi Dairəsində başlayıb, 2018-ci ildə diviziya artıq hücum fəaliyyətlərinə hazır idi.
Oleq Mityayev Rusiya ordusunun Ukraynada məhv edilən və öldürüldüyü rəsmən təsdiqlənən sayca 4-cü generalıdır. Daha bir generalın - “kadırovçuların” komandiri olan Maqomed Tuşayevin də Kiyev ətrafında məhv edildiyi bildirilir, amma hələlik bu haqda təsdiqecidi fakt məlum deyil. O cümlədən Rusiya ordusu bir neçə polkovniki və çoxsaylı digər yüksək rütbəli zabitlərini də itirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?