Ukraynanın könüllülərdən ibarət “Dnepr-1” batalyonunun xüsusi təyinatlı qrupu Telmanovo qəsəbəsi yaxınlığında rus generalını öldürüb.
Virtualaz.org saytı xəbər verir ki, bu əməliyyat barədə “Komsomolskaya pravda” yazıb.
Qəzetin yazdığına görə, əməliyyat zamanı qanusuz silahlı birləşmənin lideri, “Çeçen” ləqəbli Andrey Borisov və üç rus hərbçisi məhv edilib. Onların arasında general Sergey Andreyçenko da var.
Məlumata görə, S.Andreyçenko Rusiya xüsusi xidmət orqanlarının Ukraynanın Azov dənizi hövzəsindəki fəaliyyətini kurasiya edib, onunla birlikdə ölən digər hərbçilər isə desantçılar olub. Onların adlarının Vladimir Lısyakov və Vasili Pratosov olduğu məlumdur.
“Çeçen” ləqəbli Borisov isə Mariupol ətrafındakı silahlı qruplaşmanın komandiri olub. Onun QRU polkovniki, Ukraynada diversiya əməliyyatlarına rəhbərlik etmiş polkovnik Strelkov tərəfindən göndərildiyi bildirilir. İyun ayında Borisov ölümü haqda şayiə buraxaraq Mariopol ətrafından qaçmağa müvəffəq olmuşdu.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?