GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ukraynadan sonra növbədə hansı ölkədir? - Solovyovun təhdidlərinə reaksiyalar

Ukraynadan sonra növbədə hansı ölkədir? - Solovyovun təhdidlərinə reaksiyalar

Tarix: 17-03-2022, 12:13 Bölmə :Cəmiyyət Baxış: 258


Rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib ki, heç bir sanksiya Rusiyanı dayandırmayacaq və onları tətbiq edənlər düşünməsinlər ki, Rusiya Ukrayna ilə kifayətlənəcək.

“Ukrayna Rusiya üçün yalnız keçiddir” - deyə Solovyov əlavə edib. Bu, blefdi, yoxsa Putinin hədəfi gerçəkdən başqa ölkədir?

Məsələn, son vaxtlar bir sıra təhlilçilər deyir ki, Putin Polşaya qədər qoşunların irəliləməsinə çalışacaq. Düzdür, Polşaya hücum 3-cü dünya müharibəsinin başlaması olardı, orası bir NATO ölkəsidir. Amma nəzərə alaq ki, bu Putindir, yəni hər ağlasığmaz hərəkəti ondan gözləmək olar. Polşa sərhədinə çatıb, dünyanı nüvə müharibəsi, yaxud 3-cü dünya savaşı ilə təhdid edə bilər. Nəzəri baxımdan bu da mümkündür.

Bir də onu da qeyd edək ki, Rusiya Qara dənizə çıxış üçün var gücü ilə çalışır. Şimal qonşumuz həm Ukraynanın qərb sərhədinə, həm Qara dənizə - cənub sərhədinə irəliləyə biləcəkmi? Buna gücü, zamanı çatacaqmı?

Bir daha xatırladaq ki, Rusiyanın Polşaya qədər gedib çıxmaq planını indiyədək bir sıra Qərb, o cümlədən Türkiyə təhlilçiləri istisna etmir...

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, Rusiya bundan sonra digər bölgələrə diqqət yetirəcək: “Solovyovun açıqlaması, məncə, demarş məqsədi daşıyır. Amma Rusiyanın indiki potensialda planları heç də həmin ölkələri işğal etməkdən ibarət ola bilməz. Sadəcə, təhdid edə bilər. Bu, daha çox Ukrayna məsələsi ilə əlaqədardır. Çünki Dnepr çayının sağ sahilini tamamən ələ keçirdikdən sonra burada artıq anti-Rusiya mövqeyində olan şəxslərin Qərb zonasına köçürülməsinə çalışılır. Məncə, Rusiya bundan sonra digər bölgələrə diqqət yetirəcək. Bu, Moldova və Orta Asiyada bəzi ölkələr ola bilər. Tam olaraq plan bundan ibarətdir.

Solovyov kimilərin dili ilə Polşa və digər ölkələri təhdid etmək, sadəcə, xəbərdarlıq məqsədi daşıyır. Çünki Rusiya ətrafında bir informasiya blokadası da yaradılıb. Onu da deyim ki, Kreml Polşanın bəzi bazalarını vura da bilər. Amma bu nə dərəcədə Rusiya-NATO münaribəsinə səbəb ola bilər? Bu suala cavabı düşünmək lazımdır. ”Polşaya hücum NATO-ya hücumdur" kimi fikirlərin Türkiyənin sərhəd bölgələri bombalananda şahidi olmuşuq. Biz görmüşük ki, burada elə spesifik davranan tərəf NATO-dur. Heç də bütün ölkələrin arxasında NATO-nun nizamnaməsinin beşinci maddəsi dayanmır".

Siyasi yazar Kənan Rövşənoğlu hər şeyin Ukraynadakı müharibənin nəticəsindən asılı olduğunu söylədi: “Solovyovun sözləri daha çox təhdiddir. Əlbəttə, Rusiyada bu cür düşünənlər var, onlar köhnə imperiya xəritəsi arzusu ilə yaşayırlar. Ümumiyyətlə, bütün keçmiş imperiyalarda bu cür siyasətçilər və mühafizəkar kütlələr olur. Amma reallıq başqa şeyləri diktə edir. Bəli, SSRİ Şərqi Avropanın bir çox ölkəsində sosialist hakimiyyətləri qurmaqla ətrafında ”bufer zona" yaratmışdı. Buraya Polşa da daxil idi. Amma indi Rusiyanın bunu etmək imkanı yoxdur. Əlbəttə, post-sovet respublikalarında situasiya fərqlidir. Ümumiyyətlə, Rusiyanın bir dövlət olaraq nə ideoloji, nə də sosial-iqtisadi cazibəsi yoxdur. Moskvanın əlində hazırda yeganə qlobal ideoloji kart anti-Qərb ritorikadır. Rusiya kapitalist ölkədir, oliqarxiya tərəfindən idarə olunur, korrupsiya və rüşvətxorluq çox dərinə işləyib. Belə bir ölkə Avropa ölkələri, xüsusən də Avropa İttifaqı üzvü olmuş bir ölkə üçün cəlbedici ola bilməz. Dediyim kimi, Rusiyanın yeganə kartı Qərb əleyhdarlığıdır və bundan geninə-boluna istifadə edir. Ancaq Rusiya ölkə və siyasi sistem olaraq cəlbedici deyil ki, hansısa Avropa ölkəsində Rusiyaya meyilli rejim hakimiyyətə gəlsin. Yeganə yol Ukraynada olduğu kimi, birbaşa işğaldır. Bu isə Şərqi Avropanın NATO üzvü olan ölkələrində mümkün deyil. Çünki orada NATO hərbi gücü var. Üstəlik, əhali Rusiyanı sevmir, yumşaq desək. Bu mənada Solovyovun fikirləri daha çox daxili auditoriya və xaricdəki dostlarını ruhlandırmaq üçündür. Ancaq onu da nəzərə almaq lazımdır ki, Ukraynada Rusiya istəyinə çatsa, o zaman digər ölkələrlə bağlı tələbləri olacaq. Bu mənada Ukraynadakı müharibədən çox şey asılıdır".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Putini dayandırmağın mümkün olacağını proqnozlaşdırır: “Dediyiniz kimi, Rusiyanın Polşaya qədər irəliləməsi nəzəri baxımdan mümkündür. Bu cür dəlisov hərəkət Rusiyanın hegemon xarici siyasətinə, dövlət başçısı Vladimir Putinin şəxsi xarakterinə də uyğundur. Kreml rəhbərliyi hazırda ”kamikadzedir": məhv etsə, məhv olacaq. Bunu Rusiya özü də bilir. Moskvada yaxşı başa düşürlər ki, Rusiya hazırkı savaşdan uduşlu çıxa bilməz. Ən azından itkilər uduşlardan çox olacaq. Odur ki, “islanmışın yağışdan qorxusu olmaz” prinsipi ilə üçüncü dünya müharibəsini başlada bilər. Amma mən buna inanmıram. Putin ağılsız siyasətçi deyil. Reallıqları anlayır. Rusiya iqtisadiyyatı getdikcə zəifləyir. Halbuki dövlət hələ sanksiyaların “nəfəsini hiss edir”. Və bu təsirlər, təzyiqlər getdikcə artacaq. Bildiyiniz kimi, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyada səfərdədir. Sonra o, Ukraynaya gedəcək. Türkiyə vasitəçilikdə israrlıdır. Fikrimcə, Antalya Diplomatiya Forumunun uğursuz keçməyinə və Qərbin məkrli planına rəğmən Türkiyə məqsədinə çatacaq, daimi atəşkəsə nail ola biləcək. Bu həftə prezidentlər səviyyəsində görüşün gündəmə gələcəyi istisna deyil. Yəni məncə, Putini dayandırmaq, başqa sözlə, üçüncü dünya müharibəsinin qarşısını almaq mümkün olacaq. Əks halda, planeti çətin dövr gözləyir"./“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Putin dünyanı şantaj edir”

    “Putin dünyanı şantaj edir” ...

    29-04-2014, 10:01

  • 
  • «Putin dünya düzənini dağıdır!»

    «Putin dünya düzənini dağıdır!» ...

    19-02-2017, 19:58

  • 
  • NATO gəmiləri Qara dənizə daxil oldu

    NATO gəmiləri Qara dənizə daxil oldu ...

    2-05-2018, 18:17

  • 
  • Rusiya Belarus sərhədinə iri qoşun qruplaşması yeritdi

    Rusiya Belarus sərhədinə iri qoşun qruplaşması ...

    5-08-2020, 16:10

  • 
  • Ermənistan Rusiya qoşunlarını Azərbaycan sərhədinə çağırır

    Ermənistan Rusiya qoşunlarını Azərbaycan ...

    21-02-2014, 12:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu