Rusiya Ukrayna separatçılarının pasportlarını tanıdı!
Bu gün Rusiya Ukraynanın şərqindəki tanınmamış Donbas Xalq Respubllikası (DXR) və Luqansk Xalq Respublikası (LXR) «hakimiyyət»ləri tərəfindən əhaliyə verilmiş pasportları tanıyıb. Bu barədə Prezident Vladimir Putin uyğun fərman imzalayıb. Bu qərar insan hüqunqları və azadlıqlarına qayğı kimi izah olunur. Ukraynanın Prezidenti Pyotr Poroşenko Vladimir Putinin bu fərmanından sonra Kremli beynəlxalq huququ pozmaqda günahlandırıb. O, Kremlin bu addımını Ukraynanın Donbas və Luqansk vilayətlərinin Rusiya tərəfindən işğal olunduğunun sübutu adlandırıb. Ukraynanın Donbas vilayətinin hərbi-mülki administrasiyasının sədri Pavel Jebrovski isə öz növbəsində, belə bir fikir səsləndirib ki, Rusiya hakimiyyəti öz fərmanı ilə Donbasda münaqişənin tənzimlənməsinə dair Minsk razılaşmasını «torpedo atəşinə tutub». Onun sözlərinə görə, Vladimir Putin dünya düzənini dağıtmaq üçün şantaj və təzyiqdən isttfadə edir. Bu barədə Jebrovski «112 Ukrayna» telekanalına bəyan edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?