Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qarabağda əməliyyatlar başlayacaq - İrəvanla sülh danışıqları nəticə vermir
"Paşinyanın bəyanatı daxili auditoriyaya hesablanıb". Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.
O bildirib ki, Ermənistan-Azərbaycan sərhədində və rus sülhməramlıların müvəqqəti nəzarətindəki Azərbaycan kəndləri istiqamətində hərbi əməliyyatlara ehtiyac var: "Müharibə şəraitində olan dövlətin rəhbərindən bu çıxış gözləniləndir. Hesab edirəm ki, Azərbaycan yaranmış qaz böhranında mövqeyini dəyişməyəcək. Qanunsuz erməni silahlı birləşmələrinin olduğu ərazidə hərbi əməliyyatların başlanmasını gözləmirəm. Çünki o zona sülhməramlıların məsuliyyət zonasıdır və Azərbaycan rəhbərliyi, Moskva ilə münasibətləri gərginləşdirə biləcək addımları atmayacaq.
Ermənilərin sülhməramlılar tərəfindən tərksilah edilməsi də hazırki durumda Rusiyaya sərf etmir, çünki Ukrayna ilə müharibədə Ermənistan Kremlin arxasında yer alıb. Ancaq Ermənistan XİN ilə Azərbaycan XİN arasındakı yüksəliş traektoriyası üzrə inkişaf edən gərginliyin məntiqi nəticəsi də olmalıdır. Başqa sözlə, Ermənistan Azərbaycan sərhədi boyunca yayda lokal silahlı toqquşmaların baş verəcəyini hesab edirəm. Ermənistanla sülh danışıqları dinc yolla mümkün deyil, İrəvan məcburiyyət dilini başa düşür. Bunun üçün psixoloji təzyiqə, demarkasiya edilməmiş Ermənistan-Azərbaycan sərhədində və işğalda olan Azərbaycan kəndləri istiqamətində hərbi əməliyyatlara ehtiyac var".
Gundemxeber,Az
2-07-2018, 09:14
20-12-2017, 11:19
11-12-2019, 11:46
29-07-2021, 12:51
6-11-2020, 12:59
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?