Artıq ikinci həftədir ki, dünyada koronavirusa yoluxma və ölüm hallarının sayı nəzərəçarpacaq dərəcədə azalmaqdadır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatı xəbər verir ki, martın 28-dən aprelin 3-dək ölüm halları 43% azalıb. Həmin aralıqda yoluxma halları isə 16% azalıb. Qeyd edək ki, aprelin 3-nə olan məlumata görə, dünyada 489 milyon koronavirusa yoluxma halı və 6 milyondan çox ölüm faktı qeydə alınıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?