GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Elmira Axundovanı yenidən Ukraynaya səfir qaytarmaq...” - partiya sədrindən ŞOK AÇIQLAMA

“Elmira Axundovanı yenidən Ukraynaya səfir qaytarmaq...” - partiya sədrindən ŞOK AÇIQLAMA

Tarix: 7-04-2022, 10:44 Bölmə :Cəmiyyət Baxış: 211


Türkiyənin Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib. Anadolu Agentliyi yazır ki, səfirlik sosial şəbəkə hesabından paylaşım edərək vətəndaşlara müraciət ünvanlayıb. Rusiya-Ukrayna müharibəsi səbəbindən Kiyev ətrafında yaranmış təhlükə ilə bağlı riskləri nəzərə alaraq Türkiyənin bu ölkədəki səfirliyi martın 11-dən işini müvəqqəti olaraq Çernivtsi şəhərinə köçürmüşdü.

Bəs Azərbaycanın Ukraynadakı səfirliyi fəaliyyətini nə vaxt bərpa edəcək? 

Müharibənin ilk günlərində postunu qoyub Bakıya gələn, “mən qadınam” deyib gəlişinə haqq qazandırmağa çalışan Elmira Axundova yenidən Kiyevə qaytarılmalıdırmı?

Yada salaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu dövlətin ərazisində olan əcnəbilər öz səfirliklərinin xətti ilə ölkələrinə təxliyə olunurdular. Həmin günlərdə Ukraynada yaşayan minlərlə  azərbaycanlı Kiyevdəki səfirliyimizdən dəstək görmədilər. Əvəzində həmyerlilərimizin Ukraynadan geri dönmək üçün arayışları səfirlikdə 200-300 dollar qarşılığında ala bilmələri xəbərləri yayıldı.

“Ukrayna paytaxtında, Kiyev şəhərindəki səfirliyimiz Bakıdakı Xocahəsən qəsəbəsində yerləşən ”Sədərək", “Binə” ticarət mərkəzlərini xatırladır. Arayışların qiyməti 200-300 dollardan başlayır. Deyirlər ki, raket atəşi altında işləyirlər, ona görə də arayış bahadır". Bu sözləri azərbaycanlı baş redaktor Ramiz Mikayılov Youtube platforması üzərindən yayınladığı müəllif verilişində demişdi...

Qeyd edək ki, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində Rusiya-Ukrayna müharibəsi zamanı Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın davranışları da müzakirə edilərkən deputat Fəzail Ağamalı kəskin mövqe sərgiləmişdi.

Fəzail Ağamalı deyib ki, bu fraqment Elmira Axundovanın yerində olan səfir olmadığını üzə çıxarıb.

Sitat: “Doğrudan da o, heç diplomat deyil. Fərarilik etdi. Zamanında Milli Məclisdə olub, sonra hansısa yüksək səviyyəli məmurun, Ramiz Mehdiyevin himayəsi ilə səfir olub. Rusiyaya meylli idi. Diplomatiyadan təsəvvürü yox idi. Parlamentdə də hər zaman populist çıxışları ilə yadda qalmışdı. Qayıdıb gələndən sonra isə dedi ki, unutmayın ki, mən qadınam. Qadınsansa sənin o diplomatik missiyada nə işin var? Həm də orda artıq fiziki gücə ehtiyac yox idi. Orada iradəyə, düşüncəyə, ağla, insanlığa, sədaqət hissi olan bir insana ehtiyac var idi. Nə edəcəkdi ki? Sənin əlinə ağır yük verəcəkdilər ki, apar daşı?”         

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a deyib ki, Azərbaycanın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa etməlidir:

“Düşünürəm ki, qadınlıq heç bir rol oynamır. Söhbət peşəkarlıqdan gedir. Peşəkar diplomat istənilən durumda özünün yüksək keyfiyyətlərini göstərməyi bacarmalıdır. Postu qoyub gəlməyi səhhətlə əlaqələndirmək ola bilsin ki, qəbul oluna bilər. Amma qadınlıqla bağlamaq düşünürəm ki, doğru deyil. Çünki Azərbaycanda ən kritik situasiyalarda doğru qərar verməyi bacaran, peşəkarlıq nümayiş etdirən, vəzifəsinin öhdəsindən layiqincə gələn qadınlar var.

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli: “Azərbaycanı Ukraynada təmsil edəcək şəxs siyasi biliklərə, kifayət qədər təcrübəyə malik olmalıdır”

Politoloq deyir ki, müharibə başlayandan sonra Ukraynada yeni situasiya, yeni reallıqlar yaranıb: “Düşünürəm ki, Azərbaycanı Ukraynada təmsil edəcək şəxs siyasi biliklərə, kifayət qədər təcrübəyə malik olmalıdır. Ukraynada mürəkkəb bir situasiyadır, orada Azərbaycanın maraqlarını mürəkkəb şəkildə qorumağı bacaran bir şəxs ölkəmizi təmsil etsə, məncə, daha doğru olardı”.

Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA - Günün Səsi

Tural Abbaslı: “Qüdsi Osmanovun Ukraynaya səfir göndərilməsi çox yaxşı olardı”

AG Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a deyib ki, səfirliyin fəaliyyəti iki aspektdə olur: “Yerləşdiyi ölkənin ərazisində yaşayan həmyerlilərimizə xidmət edir. İkinci aspekt isə dövlətin mövqeyini sərgiləyir. Məsələn, Amerika səfirliyini Qüds ərazisinə keçirməklə mövqeyini sərgilədi. Türkiyə səfirliyini Çernivtsi şəhərindən Kiyevə qaytarmaqla Kiyevin mühasirəsi, işğalının artıq geridə qalması mesajını verir. Azərbaycan da eyni addımı atmalıdır. Amma indiki səfirin özünü Kiyevə qaytarmağın mənası yoxdur. Fərqli situasiyada qadınlığını önə çəkib vəzifəsinin icrasından yayınan səfirin daha başqa şərtlər çərçivəsində hansı addımları atacağını proqnozlaşdırmaq elə də çətin deyil. Azərbaycan da Türkiyə kimi addım atmalıdır. Elmira Axundovanın yenidən Kiyevə göndərilməsinin tərəfdarı deyiləm. Ukraynada müharibə bitməyib və onun oradan növbəti dəfə qaçışı da əvvəlki biabırçılıqdan daha ötə olar. Bu baxımdan yeni səfir təyinatı Azərbaycanın maraqlarına uyğun olardı. Moldovadakı səfirimiz Qüdsi Osmanov Ukraynada müharibə başlayan gündən faktiki olaraq Ukraynadakı səfirin də vəzifəsini şərəflə icra etdi. Qüdsi Osmanovun Ukraynaya səfir göndərilməsi çox yaxşı olardı. Elmira Axundovanı təqaüdə göndərsinlər. Bakıda nəvələri ilə oynasın”.

Partiya sədri deyib ki, diplomat ölkəni təmsil edir və onun qorxu hissini büruzə verməsi yolverilməzdir: “Bu adamlar dərk etmirlər ki, qorxu hissi diplomata yad olmalıdır. Öz maraqlarını dövlətin maraqlarından üstün tutan birinin nəinki səfir postunda, adi dövlət işində olması da doğru deyil. Elmira Axundovanın parlamentdə də fəaliyyəti o qədər uğurlu deyildi, diplomat kimi də ümumiyyətlə yararsızlığını təsdiq etdi. Bu baxımdan Elmira Axundovanın siyasi fəaliyyətini yekunlaşdırması daha doğru olardı”.


GUNDEMXEBER.AZ



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukraynadakı Rusiya səfirliyi yumurta və daş atəşinə tutuldu

    Ukraynadakı Rusiya səfirliyi yumurta və daş ...

    6-03-2016, 19:02

  • 
  • Elmira Axundova haradadır?

    Elmira Axundova haradadır? ...

    3-03-2022, 18:46

  • 
  • XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara başladı - 2,4 milyonluq təftiş

    XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara ...

    6-11-2018, 11:57

  • 
  • Səfir Elmira Axundovadan növbəti biabırçı qalmaqal - Bu ölkədəki səfirliyin diplomatları "harın padşahlar" adlandırıldı

    Səfir Elmira Axundovadan növbəti biabırçı ...

    9-04-2021, 19:02

  • 
  • Azərbaycanın Ukraynadakı səfirliyində audit yoxlamaları başladı – Qanun pozuntuları var

    Azərbaycanın Ukraynadakı səfirliyində audit ...

    11-12-2018, 19:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu