Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanlılara buster dozada seçim kimi Türkiyə vaksini təqdim olunacaq
“Turkovac” vaksininin üçüncü faza sınaqlarının sırf buster doza kimi istifadəsi nəzərdə tutulub. Təbii olaraq, uğurlu olduqdan sonra o da bizim vətəndaşlarımıza seçim kimi təqdim olunacaq.
Bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev məlumat verib.
O bildirib ki, hazırda Türkiyənin koronavirusa qarşı vaksini olan “Turkovac”ın Azərbaycanda üçüncü faza sınaqları keçirilir.
“Əldə olunan sazişə əsasən, sınaqlar Bakı Sağlamlıq Mərkəzində baş tutur. Könüllü olmaq üçün müraciət edənlər var. Ümumi nəticələr əldə olunduqdan sonra Türkiyə tərəfinə təqdim olunacaq. Ondan sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək”.
Nazir bildirib ki, Azərbaycan pandemiya dövründə vaksinasiya kampaniyasına ilk başlayan ölkələrdən biridir.
“Həm Azərbaycan vətəndaşları, həm də ölkəmizdə daimi və müvəqqəti yaşayış icazəsi olan xarici vətəndaşların bütün platformalarda hazırlanmış vaksinlərə əlçatanlığı təmin edilib. İstər inaktivləşdirilmiş platformadan olan “Coronovac”, istər mRnt “Pfizer”, istərsə də vektor platforması üzrə “Astra Zeneca” və ”Sputnik”in istifadəsi uğurla həyata keçirilib”, - deyə nazir əlavə edib.
Gundemxeber.Az
10-12-2020, 11:37
22-12-2020, 15:44
7-06-2021, 12:41
28-01-2022, 12:56
25-11-2021, 14:00
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?