Bakı Şəhər Baş Polis İdarəsi Şirvan sakininin itkin düşməsi xəbərinə münasibət bildirib.
Baş İdarədən Trend-ə verilən məlumata görə, oktyabrın 26-da Şirvan şəhər sakini Nadirli İsmayıl İslam oğlunun itkin düşməsi ilə bağlı Yasamal rayon Polis İdarəsi 28-ci Polis bölməsinə müraciət daxil olub. N.İsmayılın nişanlısı Lamiyə Orucova müraciətində vurğulayıb ki, N.İsmayıl oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı ilə çıxaraq ünvana çatmayıb. Daxil olan müraciət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmüş kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis bölməsinə təhvil verilib. Sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində N.İsmayılın polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir.
Sorğu
Yeni dizaynımız necədir?