Ukraynanın Kiyev vilayətinin qərbində yerləşən kəndlərin birində rus əsgərlərinin ukraynalı qadınlara qarşı zorakılıq etməsi faktı ortaya çıxıb.
GundemXeber.Az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə “BBC”nin jurnalistlərinə zorakılığa məruz qalmış adı çəkilməyən ukraynalı qadın danışıb. “Evə bir əsgər girdi. Həyat yoldaşım da yanımda idi. Silahla təhdid edərək məni yaxınlıqdakı evə apardı. Daha sonra mənə təcavüz etməyə başladı. Bu ərəfədə içəriyə daha 4 əsgər daxil oldu. Onların məni öldürəcəklərini düşündüm, amma həmin əsgəri məndən uzaqlaşdırdılar”, - təcavüzə məruz qalan qadın bildirib. Qadın geri dönəndə həyat yoldaşını qarnından vurulmuş halda tapıb. Həyat yoldaşı iki gün sonra dünyasını dəyişib. Onu evinin arxa tərəfində dəfn edib: “İşğalçı əsgərlərin çoxu təcavüzkar, talançı və qatildir. Sadəcə bir neçəsi yaxşıdır. Putindən soruşmaq istəyirəm. Bütün bunların səbəbi nədir? Anlamıram. Daş dövründə yaşamırıq”. Sözügedən reportajda bu və digər yaşayış məntəqələrində qeydə alınan daha bir neçə təcavüz hadisəsindən də bəhs edilib. Reportajı təqdim edirik:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?