Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əfqanıstandakı bomba hücumları azı 6 nəfərin ölümünə səbəb olub
Polisin bildirdiyinə görə, çərşənbə axşamı Kabilin qərbində, əsasən Hazara şiələrinin yaşadığı ərazidəki məktəbin qarşısında iki bombanın partlaması nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.
Kabil polisinin sözçüsü Xalid Zədran tvitter səhifəsində bir-birinin ardınca baş verdiyi partlayışların Dəşti-Bərçidəki Əbdül Rəhim Şəhid liseyinin əsas girişi qarşısında baş verdiyini və qurbanların “şiə həmvətənlərimiz” olduğunu bildirib. Təxminən 16 min şagirdi olan məktəb Əfqanıstanın ən böyük təhsil ocaqlarından biridir.
Zədran Taliban təhlükəsizlik qüvvələrinin hadisə yerində araşdırma apardığını yazıb.
Yerli məlumatlara görə, daha bir bomba yaxınlıqdakı təhsil mərkəzində partladılıb. Etilaatroz qəzetinin məktəb rəsmilərinə istinadən xəbər verdiyinə görə, partlayış nəticəsində bir şagird ağır, altı nəfər isə yüngül yaralanıb.
Qəzet ölənlərin sayının rəsmi məlumatlardan çox olduğunu bildirib.
Hücum ABŞ, Birləşmiş Millətlər Təşkilatı və insan haqları təşkilatları da daxil olmaqla, beynəlxalq ictimaiyyətin qınağına səbəb olub.
Dövlət Departamentinin sözçüsü Ned Prays verdiyi açıqlamada "Birləşmiş Ştatlar Əfqanıstanın Kabil şəhərindəki Mümtaz Təhsil Mərkəzi və Əbdül Rəhim Şəhid məktəbindəki iyrənc hücumları qınayan beynəlxalq ictimaiyyətə qoşulur" deyib.
BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi tvitter səhifəsində yayımladığı bəyanatında "məktəbləri və uşaqları hədəf alan cinayətlərdə əli olanların məsuliyyətə cəlb edilməli olduğunu" yazıb.
Partlayışları dini və etnik azlıqlara qarşı "qınanmalı hücum" adlandıran Beynəlxalq Amnistiya Təşkilatı bunun Talibanın mülki vətəndaşları qoruya bilmədiyi demək olduğunu deyib.
Bomba partlayışlarına görə məsuliyyəti öz üzərinə götürən olmasa da, İslam Dövlətinin İŞİD-K kimi tanınan Əfqanıstan qolu Kabilin qərbində və Əfqanıstanın başqa bölgələrində şiələrə qarşı oxşar hücumlar təşkil edir.
20-09-2019, 12:10
19-10-2019, 11:09
7-08-2019, 16:13
1-05-2018, 12:34
6-09-2018, 12:18
Sorğu
Yeni dizaynımız necədir?