Rəsmilərin bildirdiyinə görə, Əfqanıstanın şərqində cümə namazı zamanı məsciddə parladılan bomba azı 29 nəfərin ölümünə səbəb olub.
Nangarhar Vilayət Şurasının üzvü Zöhrab Qaderi 100-dən çox adamın da yaralandığını bildirib.
“Xilasetmə işlər davam edir və hazırda dağıntılar altında qalanlar çıxarılır. Buna görə də ölənlərin sayı daha çox ola bilər,” Qaderi deyib.
Nangarhar vilayəti qubernatorunun sözçüsü Ataulla Xoqyani partlayış zamanı məscidin tavanının uçduğunu və insanların onun altında qaldığını deyib.
Hücumun məsiliyyətini öz üzərinə götürən olmayıb.
Keçən ay da Nangarharda törədilən intiharçı hücumu zamanı azı 68 nəfər ölmüş, 165 nəfər yaralanmışdı.
Əfqanıstanda fəaliyyət göstərən Xorasan Vilayətində İslam Dövləti və Taliban qrupları Pakistanla sərhəddə yerləşən Nangarharda hücumlar həyata keçirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?