Gundemxeber.az » Ölkə » Cəmiyyət » Təbriz və Urmiyədə hava yenidən təhlükəli elan edilib
Şərqi Azərbaycan Meteorologiya İdarəsi Təbrizin havasının həssas yaş qrupları və ürək və ya ağciyər xəstəliyi olan insanlar və hamilə qadınlar üçün təhlükəli vəziyyətə çatdığını bildirib.
Rəsmilərin İRNA xəbər agentliyinə verdiyi açıqlamaya görə, Təbrizdə havanın çirklənməsinin səbəbi xaricdən gələn yerli toz-torpaqdır.
Təbrizin hava çirklənməsi indeksinin son 24 saat ərzində 103-ə yüksəldiyi bildirilir. Bu rəqəm isə həssas yaş qrupları üçün təhlükəli hesab olunur.
İran Azərbaycanının digər vilayəti olan Qərbi Azərbaycanın mərkəzi Urmiyə şəhərində də havanın çirklənməsi səbəbilə həssas yaş qrupları üçün təhlükəli həddə çatdığı bildirilib.
Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb. Hazırda Urmiyədə hava vəziyyəti həssas qruplar üçün 118 indeksi ilə qeyri-sağlam bir vəziyyətdədir. Beləliklə, Urmiyədə havanın çirklənməsinin Təbrizdə daha da ağır vəziyyətə olduğu müşahidə edilir.
Urmiyədə rəsmilər ürək və ağciyər xəstələrinin açıq havada fiziki fəaliyyətlərini azaltmalarını və vətəndaşlardan lüzumsuz olaraq evdən çıxmamalarını tələb edib.
Qərbi Azərbaycan vilayətinin digər şəhərlərində də havanın çirklənməsi təhlükəli həddədir. Rəsmilər xaricdən gələn lokal toz-torpağın mənbəyinin İraqın şimal hissəsinin olduğunu bildirirlər.
Son illər ərzində İran Azərbaycanın böyük şəhərləri, o cümlədən Təbriz və Urmiyədə, havanın çirklənməsinin səviyyəsi yüksəlib, təhlükəli hala gələrək vətəndaşlar üçün qeyri-sağlam bir şərait yaradıb və onların sağlamlığını ciddi təhlükələrə məruz qoyub.
Təbrizdə elektrik stansiyası ilə neft emalı zavodunun fəaliyyəti, Urmiyə gölünün quruması, bir çox sayda avtomobilin köhnə olması və bunlar kimi bir sıra digər səbəblərə görə ilin bir çox günlərində İran Azərbaycanının böyük şəhərlərində hava çirkliliyi qeyri-sağlam bir hal alır./amerikaninsesi.org/
10-03-2020, 11:33
24-02-2020, 10:56
18-12-2018, 10:38
15-11-2018, 15:44
4-04-2022, 18:35
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?