Urmiyə Cəza Məhkəməsi fevralın 23-dən bəri Təbrizin mərkəzi həbsxanasında saxlanılan türk fəal Əli Əzizini qiyabi olaraq mühakimə edib.
Keçən ilin noyabr ayında Urmiyədə təşkil olunan etirazlar zamanı nəzarət altına alına fəal təhlükəsizlik həbsxanasında bir müddət sorğu-sual edildikdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Qərbi Azərbaycan Ədliyyəsinin Əli Əziziyə göndərdiyi çağırış vərəqəsində yazılanlara əsasən, məhkəmə onu “etiraz aksiyalarına qatılıb və etirazlarla bağlı sosial mediada məlumat paylaşdığı” üçün “ümumi intizam və asayişi pozmaq”-da günahlandirir.
Çağırış vərəqəsinin surəti Güney Azərbaycan Televiziyasının (Günaz TV) saytında nəşr edlib.
Türk fəalın məhkəmə iclası martın 7-də Urmiyə Cəza Məhkəməsinin 101-ci şöbəsində keçirilib. Əli Əzizi başqa bir ittihamla əlaqədar Təbriz həbsxanasında saxlanıldığı üçün iclasa qatıla bilməyib.
Təbriz Məhkəməsi isə Əzizini “rejimə qarşı təbliğat” və “Gamac adlı təşkilata üzv olmaq” ittihamı ilə mühakimə edir. O, fevral ayının 23-də Urmiyədəki evində nəzarət altına alındıqdan sonra Təbrizə köçrülüb.
Məhkəmə gənc fəalın müvəqqəti azadlığı üçün bir milyard tümənlik mülki zəmanət istəyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?