“Media haqqında” Qanunda müəlliflik hüquqları ilə bağlı məsələlərə aydınlıq gətirilib. Bizim MEDİA Agentliyi bu məsələyə çox diqqətlə yanaşır”.
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov APA-ya müsahibəsində istinad sahəsində problemlərin aradan qaldırılmasına dair suala cavabında deyib.
Bu günlərdə biz peşə etika qaydaları ilə bağlı da hər bir media subyektinin peşə kodeksinin hazırlanması üçün köməklik göstərmək məqsədilə nümunəvi formanı media subyektlərinə təqdim etmişik. Hazırda media subyektlərində həmin nümunəvi formaya əsasən, müzakirələr aparılır və media subyektlərinin özləri tərəfindən onların təkmilləşdirilməsi və hər bir media subyektinin özünə uyğun redaksiya siyasəti çərçivəsində həmin peşə etikası kodekslərinin təsdiq olunması prosesinə başlanıb”, - o vurğulayıb.
Əhməd İsmayılov vurğulayıb ki, media subyektlərinin saytlarında, öz informasiya ehtiyatlarında həmin qaydaların yerləşdirilməsi həyata keçiriləcək: “Düşünürük ki, bu kodekslərin tətbiq olunması, hər bir media subyektində bunun rəhbər tutulması özü də müəlliflik hüquqlarının qorunmasına təkan verəcək. Lakin bu elə məsələdir ki, müəlliflik hüququ ilə bağlı hər bir şəxs özü müraciətlər etməlidir və özü də öz hüquqlarının qorunması ilə bağlı digər media subyektlərinə öz fikrini bildirməlidir. Media Agentliyi olaraq biz bu hallara çox ciddi yanaşırıq. Monitorinqlərdə də belə hallara rast gəldikdə, media subyektlərinə belə halların aradan qaldırılması ilə bağlı tövsiyələr verməkdəyik.
Hər bir jurnalistimizin və media subyektimizin hüquqlarını “Media haqqında” Qanun təmin edir. Bu hüquqların qorunmasında hər hansı köməkliyə ehtiyac olarsa və Media Agentliyinə müraciət etdikləri təqdirdə bizim tərəfimizdən səlahiyyətlərimiz çərçivəsində, normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq köməklik göstəriləcək”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?