GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yol polisinin nömrə inhisarçılığı korrupsiyaya yol açır

Yol polisinin nömrə inhisarçılığı korrupsiyaya yol açır

Tarix: 25-04-2022, 09:09 Bölmə :Cəmiyyət Baxış: 395


Baş DYP İdarəsinin istehlaçı hüquqlarının pozmasına qiymət verilmir 


“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.1 maddəsi 001-009, 100-900, 111-999 rəqəmləri ilə ifadə olunan avtomobil nömrələrinin verilməsinə görə 1000 manatdan 3000 manata qədər dövlət rüsumunun ödənilməsini doğrulayır. Di gəl, vətəndaş, istehlakçı  istədiyi nömrəni almaqda xidmət qurumunun – Baş Dövlət Yol Polisi İdarəsinin inhisarçı mövqeyi ilə qarşılaşır və hüququndan yararlana bilmir . Niyə? Ən geniş yayılmış metod nömrənin sərfiyyatda olmaması, olanda isə anında satılmasıdır. Təsəvvür edin, 15 ildir yol polisi 001 nömrələrinin ümumiyyətlə mövcud olmadığını bildirir! (?) Belə çıxır, nömrələr 2-dən başlanır? Eyni zamanda, nömrə mövcud deyilsə, niyə qanuna salınıb? Açıq-aşkar istehlakçı hüquqlarının pozulması, nömrələrin gizlədilməsi, sərfiyyata çıxarılmadan qıtlıq yaradılıb şişirtmə qiymətə “şişirdilmiş” şəxslərə satılması inhisarçılığı hökm sürür. Bu inhisarçı özbaşınalığından dövlət büdcəsi də ziyan çəksə də, nə Hesablama Palatası, nə Maliyyə Nazirliyi büdcə gəlirlərinin süni şəkildə azaldılmasına hüquqi qiymət verilməsini təmin edir. Təkcə 001 nömrəsinin sərfiyyatdan gizlədilməsi ilə büdcənin 2 milyon manata yaxın vəsaitdən məhrum olmasını hesablamaq çətin olmaz yəqin. 

Fikrimizcə, nömrə verilməsində hüquq və  azadlığı xarici ölkələrdəki kimi təmin etmək olar. Deyəsən, qonşu Gürcüstan da bu sistemə keçib. Yəni hər bir avtomobil yiyəsi öz daşınar əmlakına istədiyi adı verməkdə sərbəstdir. Necə deyərlər, kasıb itinin adını “Gümüş” qoymaqda tam azaddır, bircə başqa kasıbın itinin ad hüququnu pozmasın.  Yoxsa, bizdəki kimi ?Hansı nömrəni istəyirsən, sərfiyyatda olmur, ya da anında satılır. Bu necə ola bilər? 77 ilə başlayan nömrələr sərfiyyata çıxan kimi 777 nömrəsinin verilməsini istəyən Qarabağ qazisinə xidmətdən hələ də imtina edilir. Belə çıxır 800 civarında nömrə anında satıldı? Axı bu fiziki yöndən də mümkün deyil. Ümumiyyətlə, xidmət sahəsində inhisarçı mövqeyindən yararlanılması, kiməsə üstünlük verilməsi, ayrı-seçkilik edilməsi yolverilməzdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19. 09.1995 tarixli qanun mal seçilməsində, xidmət göstərilməsində ayrı-seçkiliyi qadağan edir. Qanun yalnız SOSİAL MÜDAFİƏYƏ EHTİYACI OLAN ŞƏXSLƏRƏ müəyyən güzəştlər tətbiq edilməsinə yol verir. Yol polisi isə, əksinə, Qarabağ qazilərinə qarşı qərəzli ayrı-seçkiliyə yol verir, hətta xidmətdən imtina edir. “Qocaman” oxucular sovet dönəmində “bərkgedən” nömrələrin müharibə iştirakçılarının “Zapı”larına verilməsindən bilgilidirlər. Qarabağ qazilərinin “nazlifan”larının “bəxtinə” isə “nazsız” nömrələr düşür. 

Yol polisinin avtomobil nömrələrini sərfiyyatdan gizlətməsi, “piştaxta altından” nominal dəyərindən qat-qat bahasına satması korrupsiya faktıdır. Prezidentin 04.04.2022 -ci il tarixli sərəncamı ilə doğrulanan “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nında nəzərdə tutulmuş kompleks tədbirlər başlıca olaraq  ŞƏFFAFLIĞIN ARTIRILMASINA, DÖVLƏT ORQANLARI  (QURUMLARI) tərəfindən göstərilən XİDMƏTLƏRİN KEYFİYYƏTİNİN YAXŞILAŞDIRILMASINA xidmət edir. Baş Dövlət Yol Polisi İdarəsinin avtomobil nömrələrini sərfiyyatdan gizlətməsi, hətta xidmətdən imtina etməsi isə nə dövlətə, nə onun başçısına, nə də vətəndaşa xidmət sayılır. Belə “xidmət”in bir adı var : (ÖZÜNƏ)RÜŞVƏT XİDMƏTİ! 


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda avtomobil nömrələrinin açıq alveri gedir - FOTOLAR

    Azərbaycanda avtomobil nömrələrinin açıq alveri ...

    4-03-2015, 23:42

  • 
  • BAKIDA 25 MIN MANATA MAŞIN NÖMRƏSINI KIM SATIR - SİYAHI

    BAKIDA 25 MIN MANATA MAŞIN NÖMRƏSINI KIM SATIR - ...

    3-11-2014, 22:25

  • 
  • Büdcə üçün yeni mənbə - DİQQƏTDƏN QAÇAN YARIM MİLYARD MANAT

    Büdcə üçün yeni mənbə - DİQQƏTDƏN QAÇAN YARIM ...

    3-12-2017, 12:51

  • 
  • Polis 230 min manata avtomobil nömrəsi satanları həbs etdi

    Polis 230 min manata avtomobil nömrəsi satanları ...

    16-01-2015, 21:20

  • 
  • 500-2500 manatlıq avtomobil nömrələrinin “qara bazar”da qiyməti

    500-2500 manatlıq avtomobil nömrələrinin “qara ...

    9-08-2021, 08:46


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu