GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Büdcə üçün yeni mənbə - DİQQƏTDƏN QAÇAN YARIM MİLYARD MANAT

Büdcə üçün yeni mənbə - DİQQƏTDƏN QAÇAN YARIM MİLYARD MANAT

Tarix: 3-12-2017, 12:51 Bölmə :Cəmiyyət Baxış: 497
Büdcə üçün yeni mənbə - DİQQƏTDƏN QAÇAN YARIM MİLYARD MANAT


Bu gün Azərbaycanın Milli Məclisinin plenar iclasında 2018-ci ilin dövlət büdcəsi müzakirə ediləcək. Deputatlar gələn ilin büdcə zərfinə daxil olan məsələləri, o cümlədən «2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini qəbul etməlidirlər.

Gələn ilki büdcə ilə bağlı hökumətdə, sonra isə Milli Məclisdə əsas müzakirə mövzuları büdcənin xərclərini optimallaşdırmaq, gəlirlərini isə artırmaq, yəni yeni büdcə üçün yeni gəlir mənbələri tapılmasıdır.

Hər il 50-100 milyon manat əlavə gəlir

gundemxeber.az FED.az-a istinadla xəbər verir ki, bu mənbələrdən biri də, indiyədək diqqətdən kənarda qalan və xeyli vəsaitlərin büdcə üçün itirildiyi avtomobillərin qeydiyyat nişanlarının satışıdır. Təqribi hesablamalara görə, qeydiyyat nişanlarının satışının düzgün və şəffaf təşkil edilməsi büdcəyə ildə 50-100 milyon manat arasında vəsait gətirə bilər.

Məsələ bundadır ki, Azərbaycanda avtomobillərin qeydiyyat nişanlarının (sadə desək nömrələrin) verilməsi üçün rüsumlar «Dövlət rüsumu haqqında» qanunda göstərilib. Bu qanuna görə, adi nömrələr, yəni seriyası və rəqəmləri fərqli olanların qiyməti cəmi 22 manatdır. Rəqəmləri və seriyaları müəyyən kombinasiya ilə olan nömrələr isə nisbətən bahadır. Onların qiyməti 500-2500 manat arasındadır. Yəni kobud desək, qanuna görə, ölkədə ən bahalı avtomobil nömrəsinin dövlət qiyməi 2500 manatdır.


Bazar qiymətləri rəsmi qiymətdən 100 dəfə bahadır

Bazarda real qiyməğlər isə qanundakı rəqəmləri 20-100 dəfə üstələyir. Satış saytlarındakı elanlardan görünür ki, nəinki «Dövlət rüsumu haqqında» qanunla «diqqət çəkən» sayılan, hətta bir sıra digər nömrələrin qiyməiləri də rəsmi qiymətləri 10 dəfələrlə, hətta 100 dəfə üstələyir.

Məsələn, 10-cx-100 nömrəsinin bazar qiyməti 30 min manat, 10-bx-100 nömrəsinin qiyməti isə 25 min manatdır. Halbuki, qanuna görə, belə nömrənin dövlətdən alış qiyməti cəmi 1000 manat təşkil edir.

Başqa bir kombinasiyalı nömrələrə nəzər salaq: 99-lc-999 nömrəsinin bazar qiyməti 15 500 manat, 99-ln-999 nömrəsinin qiyməti isə 13 900 manat təşkil edir. Halbuki, belə nömrələrin dövlətdən alış qiyməti, qanuna görə cəmi 500 manatdır.

Bazarda satışda olarsa 22-zz-222 və ya 55-SS-555 nömrəsinin qiyməti 100 min manat ətrafındadır. Amma qanuna görə, bu nömrənin dövlət qiyməti cəmi 1000 manatdır. 100 dəfə fərq var!

99-**-999 nömrələri (yəni seriyası da eyni hərflərdən ibarət olan) üzrə də vəziyyət eynidir. Qanuna görə belə nömrələrin rəsmi qiyməti 1000 manat olduğu halda, bazar qiyməti 50-60 min, bəzən daha yüksək olur.

Nəhayət, «OO» və «DD» seriyalı nömrələr. Hazırda bazarda belə seriyalı nömrələrin qiymətləri 10 min manatdan aşağı deyil. Amma rəsmi qiymət cəmi 22 manatdır. «Dövlət rüsumu haqqında» qanunda belə seriyalar haqqında heç nə deyilmir.

LX 470 neçəyədir?

Avtomobillərin markasındakı rəqəmləri təkrarlayan qeydiyyat nişanları da bazarda yüksək qiymətə satılır. Bura BMV-də 735-740-745-750-760, Leksus-da LS460, LX 470, LX 570, RX350, Mersedes-də 180, 220, 240, 350 və sair kimi seriyalar aiddir. Rəsmi sənədlərə görə, belə nömrələrin, məsələn 99-LX-570 qeydiyyat nömrəsinin dövlət qiyməti cəmi 22 manatdır. Qara bazarda isə belə nömrələr bir neçə min manata satılır. Qiymət fərqi 500 dəfəyə çatır.

«010» nömrəsinin həvəskarları

Amma avtomobil nömrələrinin tamamilə başqa, qanunda nəzərdə tutulmayan (bilərəkdənmi, yoxsa bilməyərəkdənmi) variantları da var ki, onlar da bazarda yüksək qiymətə dövr edir. Söhbət, məsələn, 10-cl-010 və ya 10-nr-010 kimi nömrələrdən gedir. Onların da bazar qiyməti 11 500-12 500 manat olduğu halda rəsmi qiyməti 22 manatdır.

İtirilən məbləğ – yarım milyard manata çatır

Başqa sözlə, rəsmi qiymətlərlə bazar qiymətləri arasındakı 100 qat fərq nəticəsində və bu sahədəki qeyri-şəffaflıq və vahid qaydaların olmaması səbəbindən dövlət büdcəsi böyük məbləğlər itirir.

Bunu təqribən hesablamaq üçün ölkəmizdə avtomobillərin sayına nəzər salaq. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son 10 ildə, yəni 2007-ci ildən 2016-cı ilədək Azərbaycanda şəxsi minik avtomobillərinin sayı 500 min ədəd artıb. Bunların cəmi 5 faizinin, yəni 25 mini «yaxşı» nömrə kimi qəbul edib orta yüksək qiymətlə (1500 manatdan), qalan 475 min nömrəni 22 manatdan hesablasaq son 10 ildə nömrə satışından büdcəyə təqribən 50 milyon manat (37,5 milyon manat + 10,45 milyon manat) vəsait daxil olmalıdır. Nömrə satışından büdcəyə nə qədər vəsait daxil olduğu hələlik açıqlanmayıb.

Amma bu hələ dövlət qiymətləri ilə toplana bilən məbləğdir. Bazar qiymətlərini nəzərə aldıqda isə nömrə satışından büdcəyə daxil olan vəsaitlər bundan qat-qat artıq olar.

Bazar qiymətləri ilə götürdükdə 500 min avtomobil nömrəsinin 10 faizinin «diqqəti çəkən» nömrə olduğunu və onların bazar qiymətinin orta hesabla 10 min manat olduğunu götürsək, nömrələrin satışı azı 510 milyon manat gəlir gətirə bilərdi.
Başqa sözlə, qeydiyat nişanlarının dövlət və bazar qiymətləri arasındakı fərq nəticəsində dövlət büdcəsi yarım milyard manağdan artıq vəsait itirib.

Bu pullar büdcəyə getməlidir

Azərbaycanda dövlət büdcəsi üçün mənbələrin axtarıldığı və büdcənin hər qəpiyinin qənaət və səmərəli istifadə olunması ilə bağlı müzakirələrin getdiyi bir vaxtda, bu qədər vəsaitin büdcədən kənarda qalaraq ciblərə axması inanılmazdır.

Bu məsələyə son qoymağın və avtomobilnömrələrinin daha şəffaf satışının təşkil edilməsi yolu ilə bu sahəyə gələn vəsaitlərin artırılmasının vaxtı çatıb. Amma necə?

Bu mənbələrdən biri də məhz avtomobil qeydiyyatı nişanlarının şəffaf şəkildə, bazar qiyməti ilə satışı ola bilər. Əgər avtomobil sahibi diqqətini çəkən nömrəyə 20-30 min manat verməyə hazırdırsa, nəyə görə bu vəsait dövlət büdcəsinə deyil, hansısa möhtəkirin cibinə axmalıdır?

Boş nömrələr «görünməlidir»

Hazırda hansı nömrənin tutulduğu və ya boş olması ilə bağlı məlumatı heç bir mənbədən almaq mümkün deyil. Dəfələrdə bəyan edilməsinə baxmayaraq indiyədək DYP qeydiyyat nişanları ilə bağlı məlumatları açıq mənbələrdə yerləşdirməyib və bununla bağlı planlarını açıqlamayıb. Maraqlıdır ki, yol polisi sistemində bütün xidmətlərin elektronlaşdığı halda qeydiyyat nişanlarının internetə yerləşdirilməsi və elektron şəkildə seçilib-satılması məsələsi uzun illərdir həll edilmir. Bu məsələ təcili həll edilməlidir.

Məsələyə ASAN Xidmət qarışmalıdır
Uzun illərdir ki, DYP özü bu məsələni həll etmədiyinə görə, məsələyə daha şəffaf və əhalinin daha etimad etdiyi qurum qarışmalıdır. Bu – ASAN Xidmətdir.

Sürücülük vəsiqələrinin dəyişdiriləməsi prosedurları ASAN Xidmət və Yol Polisinin göstərdiyi xidmətlər arasında fərqin nə qədər böyük olduğunu göstərdi.

Eyni üsulu avtomobil nömrələrinin satışında da tətbiq etmək olar. İlk növbədə satılmayan nömrələr heç bir məhdudiyyət qoyulmadan Yol Polisinin və ASAN Xidmətin internet səhifəsində yerləşdirilməlidir. ASAN Xidmətin bu prosesə cəlb edilməsi bu sahədəki mənfi halları tamamilə aradan qaldıra bilər.

«Nömrə hərrac»ları başlayacaq?

Bundan başqa, xüsusi kombinasiyaya malik olan nömrələrin hərrac yolu ilə satışları təşkil edilməlidir. Şərq və ərəb ölkələrində keçirilən belə hərraclarda diqqəti çəkən nömrələrin qiymətləri bir neçə milyon dollaradək artır. Oxşar nəticəni Azərbaycanda da əldə etmək mümkündür.
Digər tərəfdən diqqəti çəkən qeydiyyat nömrələrinn siyahısı bir də nəzərdən keçirilməli və bazarda daha yükək qiymətə satıla bilən nömrələr müəyyn edilərək onlara ilkin qiymət qoyulmalıdır.

Büdcə üçün 50 milyon manatlıq mənbə – nömrə satışı

Bu tədbirlərin həyata keçirilməsi büdcəyə nömrə satışından gələn vəsaitlərin həcmini qat-qat yüksəldə bilər. Belə ki, statistikaya görə, 2016-cı ildə Azərbaycanda şəxsi minik avtomobillərinin sayında cəmi 7,4 minlik artım var. İqtisadi vəziyyəti nəzərə alaraq 2018-ci ildə də avtomobillərin artımının təqribən bu qədər – 7 min ədəd olacağını güman etmək olar. Bunlardan

100 avtomobilin 50 min manatlıq,
100 avtomobilin 30 min manatlıq,
200 avtomobilin 20 min manatlıq,
200 avtomobilin 10 min manatlıq,
300 avtomobilin 5 min manatlıq,
300 avtomobilin 2 min manatlıq,


Nömrə alacağını qəbul etsək, gələn il büdcə qeydiyyat nişanı satışından 16,1 milyon manat qazana bilər. Nömrələrin 22 manata satılacağı təqdirdə isə bu məbləğ cəmi 154 min manat olacaqdı. Avtomobil idxalının artacağı təqdirdə isə gəlirlər daha yüksək ola bilər. Belə ki, 20 min avtomobilin satışı nəticəsinə qeydiyat nişanlarından gələn gəlirlər ildə 50 milyon manata çata bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün parlament büdcə müzakirələrinə start verir

    Bu gün parlament büdcə müzakirələrinə start verir ...

    12-11-2013, 11:02

  • 
  • Milli Məclis 2018-ci ilin dövlət büdcəsini təsdiq edib

    Milli Məclis 2018-ci ilin dövlət büdcəsini təsdiq ...

    2-12-2017, 11:35

  • 
  • Parlament 2014-cü ilin büdcəsini qəbul etdi

    Parlament 2014-cü ilin büdcəsini qəbul etdi ...

    22-11-2013, 12:42

  • 
  • Milli Məclis büdcə müzakirələrinə başladı

    Milli Məclis büdcə müzakirələrinə başladı ...

    2-10-2015, 12:20

  • 
  • Dövlət büdcəsi təqdim EDİLDİ: Neftin kölgəsindən çıxırıq

    Dövlət büdcəsi təqdim EDİLDİ: Neftin kölgəsindən ...

    12-11-2013, 13:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu