GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Övladları itə kabab yedirdən iş adamı həbsdəki MTN generalının şəriki imiş - İLGİNC FAKTLAR

Övladları itə kabab yedirdən iş adamı həbsdəki MTN generalının şəriki imiş - İLGİNC FAKTLAR

Tarix: 26-04-2022, 10:00 Bölmə :Cəmiyyət Baxış: 275

İş adamı Yaşar Cabbarovun övladlarının öz geniş imkanları və dəbdəbəli həyatları ilə “Tik-tok” sosial şəbəkəsinin “ulduzuna” çevrilmələri onları mətbuatın da gündəminə gətirib.

Boynunda qızıl zənciri olan it qucağında, qiyməti bir neçə yüz min manat olan 5.7 mühərrik “Land Cruiser” yüksək sürətlə hərəkətdə olarkən paylaşdıqları videolar isə heç də birmənalı qarşılanmır. Cabbarov qardaşları “Shila zakon tanımır” adlı bir videoda boynu qızıl zəncirli itə quzu qabırğasından kabab - antrikot yedizdirirlər. Qardaşların birinin bunun ardınca paylaşdığı videoda isə əlindəki qızıl suyuna çəkilmiş “Vertu” telefonla timsah dərisindən olan ayaqqabısını təmizləyir. Qulağına 2 “Vertu”nu birdən tutub videoya çəkdirən Cabbarov duzsuz fon musiqini “bi dəə belə, bidənə elə, eliyə bilərsən belə” ürəkbulandırıcı sözlərlə zənginləşdirir. Başqa bir video isə “Shtrafnoya gedirik” adlanır.

“Sədərək” və “Binə”də böyük mağazaları olan məşhur iş adamı Yaşar Cabbarovun övladlarının “Tik-tok”da bu sayaq videoları bir deyil, iki deyil, onlarladır.

Başqa bir video “Niva” da aldılar" adlanır. Maşının yük yeri videoda xüsusi olaraq diqqətə çatdırılır. Orada 2 iri, 10 nisbətən kiçik ölçülü səsgücləndiricilər quraşdırılıb. Yaşar Cabbarovun övladları bu səsgücləndiriciləri işə salıb Bakının bir tərəfində musiqi dinləmək fikrinə düşsələr, şəhərin o biri tərəfində əllərini qulaqlarına tutanlar olar. Diqqətçəkən daha bir məqam isə Az 90 XY 890 nömrə nişanlı “Niva”nın “avtoşsayağı” dizayn olunmasıdır. Pia.az-ın yaydığı videodan da görünür ki, “papalarının gül balaları” “Niva”nı Bakıda sürürlər.

Digər bir video “Qalik də aldılar” haştaqı ilə paylaşılıb. “Gelenvagen Brabus”da Yaşar Cabbarovun övladları öz bahalı həyatlarını nümayiş etdirirlər.

Bəs bu Yaşar Cabbarov kimdir?

Apardığımız araşdırma zamanı öyrəndik ki, Yaşar Cabbarov hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunan general Mövlam Şıxəliyevin şərikidir. Bu haqda “Yeni Müsavat”ın 17.02.2022-ci il tarixli sayında, “Mövlam Şıxəliyevin də öz ”akula"ları olub" - sensasion gəlişmə" sərlövhəli yazıda (https://musavat.com/news/movlam-sixeliyevin-de-oz-akula-lari-olub-sensasion-gelisme_868239.html) olduqca ilginc məlumatlar yer alıb. Yazıda Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə zərərçəkən Sərdar İsmayılov ölkə rəhbərliyinə həmçinin Yaşar Cabbarovun kimliyi ilə əlaqəli məlumat verib.

Həmin yazıdan sitat:
“Əgər Eldar Mahmudov sahibkarları çökdürmək üçün ”Akula Akif" ləqəbi ilə tanınan, hazırda iş üzrə axtarışda olan Akif Mustafayevin xidmətlərindən istifadə edirdisə, Mövlam Şıxəliyevin də özünün “akula Akif”ləri vardı. Bu adamların işi “Binə” və “Sədərək” bazarlarında sahibkarlar haqda məlumat toplamaq, həmin məlumatları MTN əməliyyatçıları Elşən və Mehman vasitəsilə Mövlam Şıxəliyevə ötürməkdən ibarət idi. Mənim Çinlə ticari əlaqələrim vardı. “Sədərək” bazarında Mövlam Şıxəliyevin “akulaları” Çingiz Yəhya oğlu Ağayev və Yaşar Ülvü oğlu Cabbarov haradansa bizim Gürcüstandan İrana mal apardığımızı öyrənmişdilər. Bu məlumatı Mövlam Şıxəliyevə çatdırandan sonra qərara gəliblər ki, bizi tutdursunlar, malımızı əlimizdən alıb satsınlar və özümüzdən də pul qoparsınlar. Belə də etdilər".
Zərərçəkən yazırdı ki, həbsdən azad ediləndən sonra ondan zorla alınan mallarının harada olmasını araşdırıb: “Öyrəndim ki, bizləri qanunsuz olaraq həbs edəndən sonra qanunsuz, qaçaqmal elan etdikləri 650 min manat dəyərində olan mallarımızı özləri aparıb satıblar!
MTN-çilər malı qaçaqmal elan edib ələ keçirdi və satdı! Pirotexnik malları aparıb əvvəlcə Yasamal rayonu ərazisindəki “Range-Rover” avtosalonunun arxasındakı MTN-in anbarına yerləşdirmişdilər. Bundan sonra Mövlam Şixəliyev pirotexnik mallarımızı satış üçün Çingiz Yəhya oğlu Ağayevə, Yaşar Ülvü oğlu Cabbarova ötürmüşdü. Bu adamlar da malların MTN anbarından daşınmasını öz tabeliklərində işləyən Söhrab Abdulla oğlu Mehdiyevə tapşırıblar. O da pirotexnik malları MTN-in əməkdaşlarından, sonradan satılması üçün qəbul edib. Söhrab Mehdiyev bu işə yanında fəhlə qismində işləyən qardaşı oğlu, 2 dekabr 1988-ci ildə Masallı rayonu, Tiyaqani kəndində anadan olmuş Camal Beytulla oğlu Mehtiyevi də cəlb edib. Ona həmin pirotexnik malları gətirməsi üçün 2 yük maşını kirayələməyi və həmin ünvana getməyi tapşırır. Camal Mehtiyev dərhal bu göstərişin icrasına başlayır və əvvəlcə Xırdalan dairəsində 2 “Ateko-Mersedes” (Az 90 TL 457 və Az 90 TX 254) markalı yük avtomaşınlarını kirayələyərək, pirotexnik malların dalınca həmin anbara - MTN-in xüsusi təyinatlılarına məxsus idarənin həyətinə gəlir. Orada onu həyətə buraxmadıqda, Çingizlə əlaqə saxlayır və Çingiz telefonda Camala bildirir ki, de ki, mən Adil müəllim dediyi adamam. Camal Adil müəllimin adını çəkəndən sonra onu kirayələnmiş avtomaşınlarla birlikdə, giriş-çıxışda qeydiyyatlar aparılmaqla içəri - MTN-ə məxsus idarənin həyətinə buraxırlar. Camal Mehtiyev içəri keçərkən şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün Söhrab Mehtiyevin şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçir. Bundan sonra Söhrab Mehtiyev özü də anbarın ərazisinə gəlir. Orada MTN əməkdaşları “KAMaz” markalı avtomaşını onlara göstərərək bildirirlər ki, qapını açıb malı götürə bilərlər. Onlar avtomaşının arxa qapısının üzərində olan asma qıfılı MTN əməkdaşlarının icazəsi və göstərişi ilə qırıb qopararaq, malları gətirdikləri avtomaşınlara yükləməyə başlayırlar. Mal çox olduğundan Söhrab Mehtiyev gələrkən qardaşı Beydullanı, qayınları Xalid, Alxas Nuriyevləri, Alxasın oğlu Ramal Nuriyevi, Alxasın yeznəsi Elxanı özü ilə gətirib. Onlar birlikdə malları kirayələnmiş maşınlara yükləyiblər. Bu gün də bizə qarşı cinayətdə iştirak etmiş Çingiz Ağayev və onun şəriki Yaşar Cabbarov cinayət məsuliyyətindən kənarda saxlanılırlar. Satılan malların pulu 400 min dollardan yuxarı olub. Çingiz Ağayev və onun şəriki Yaşar Cabbarovun əli ilə həmin pul şəxsən Mövlam Şixəliyevə çatdırılıb. Çingiz Ağayevlə Ülvi Cabbarov şəxsən Mövlam Şıxəliyevin bazardakı 1 nömrəli adamları olub".
Ümumiyyətlə, “MTN işi” üzrə zərərçəkənlər Yaşar Cabbarovun və qardaşı Vüqar Cabbarovun Mövlam Şıxəliyevin geniş biznes şəbəkəsini idarə edən şəxslər olduqlarını iddia edirlər. Deyirlər ki, Bakıxanov qəsəbəsində, Muxtar Fətəliyev 90 ünvanında Mövlam Şıxəliyevə məxsus olan, Yaşar Cabbarovun qardaşı Vüqar Cabbarovun adına rəsmiləşdirilən 3 mərtəbəli “Lava” hamam kompleksi var. Elə həmin binada “Mini Sədərək” adlı bir, “Elit Cehizlik” adlı ikinci böyük mağaza da var. Həmin ünvandan Mövlam Şıxəliyevgil adamlara işgəncə vermək üçün də istifadə ediblər. Bundan başqa, Çingiz Ağayev, Yaşar və Vüqar qardaşları üzərindən baş ofisi Dərnəgüldə olmaqla santexnika alveri ilə məşğuldurlar. “BAXİ” mağazalar şəbəkəsi ilə Mövlam Şıxəliyevin əlaqəsi var. Bu gün ölkəyə gətirilən telefon aksesuarlarının biznesi də Mövlam Şıxəliyevin inhisarında olub. Telefon aksesuarlarını Bakıda “Velotrek” ərazisində, 28 May, Neftçilər, Əhmədli, Sumqayıtda və respublikanın digər ünvanlarında “Zone 1" mağazalar şəbəkəsi üzərindən reallaşdırıblar./“Yeni Müsavat”/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 70 min manat dəyərində qızıl-zinət əşyaları oğurlandı

    Bakıda 70 min manat dəyərində qızıl-zinət ...

    11-06-2013, 12:34

  • 
  • Pərvin Abıyeva canlı yayımda əsəbiləşdi: "Hamınız zənciri qırılmış itə oxşayırsız" - VİDEO

    Pərvin Abıyeva canlı yayımda əsəbiləşdi: ...

    3-08-2017, 19:03

  • 
  • Timsah şəkil çəkdirən qızı yedi - VİDEO

    Timsah şəkil çəkdirən qızı yedi - VİDEO ...

    7-10-2013, 13:17

  • 
  • "Qızıl Məryəm"i öldürən qızı ilə bağlı ilginc fakt

    "Qızıl Məryəm"i öldürən qızı ilə bağlı ...

    13-01-2016, 12:45

  • 
  • Oğlan itə döndü (VİDEO)

    Oğlan itə döndü (VİDEO) ...

    1-07-2013, 19:36


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu