Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fitrə zəkatı nə qədər verilməlidir?
Orucluq ayının bitdiyi gün Fitr bayramı adlanır.
Gundemxeber.az-ın məlumatına görə, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - bayram axşamı şam namazından sonradır.
Hər kəs öz himayəsində olan şəxslərin adından kasıblar üçün fitrə zəkatı verməlidir.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Əgər bir şəxsin imkanı çoxdursa, adam başına 50 manat da fitrə çıxara bilər.
Bir insan adam başına 10-15 manat fitrə verə bilmirsə, üç kiloqram buğdanın pulunu verə bilər. Bu da adam başına təxminən üç manat edir.
Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
Gundemxeber.Az
11-06-2018, 16:30
3-06-2019, 16:40
4-05-2021, 10:33
2-07-2016, 15:28
23-05-2020, 12:34
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?