Xəbər verdiyimiz kimi, aprelin 25-də Mətbuat dairəsində “LEXUS GX460” markalı avtomobilin sürücüsü ilə motosiklet sürücüsü arasında insident vaş verib. Belə ki, avtomobildən düşən şəxs motosiklet sürücüsünü təhqir edərək onu başından vurub. Ötən gün mətbuatda yayılan xəbərlərə görə, məhkəmənin qərarı ilə Sultan Dadaşov barəsində 25 sutka inzibati qaydada həbs qərarı verilib. Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KİV-ə verilən açıqlamada bu barədə heç bir məlumat olmadığı bildirilib. Bəs, görəsən, hadisəni törədən şəxsi hansı cəzalar gözləyir? Gundemxeber.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə məsələ ilə bağlı Yeniavaz.com-a danışıb: “Bir vəkil, uzun illər hüquqşünas kimi iş stajına malik bir Azərbaycan vətəndaşı kimi subyektiv fikrim bundan ibarətdir ki, ilk baxışda şəxsin əməllərində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə, 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 2 ayadək müddətə inzibati həbs tətbiq olunur), 327-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-128-ci (Sağlamlığa yüngül və az ağır zərər vurma, 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 360 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır), habelə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq, 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələrinin tərkib əlamətləri müşahidə olunmaqdadır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?