Bakının Xətai rayonu ərazisində taksi sürücüsü ilə Nəqliyyat Nazirliyinin əməkdaşı arasında qanlı dava baş verib. Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsinin müstəntiqi Həsən Səfərovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə iyul ayının 23-də saat 18:00-da Məmməd Hadi küçəsində qeydə alınıb.
Belə ki, taksi fəaliyyətilə məşğul olan “Chrysler” markalı avtomobilin sürücüsü 1965-ci il təvəllüdlü Sumqayıt sakini Valeh Məmişov ilə Nəqliyyat Nazirliyinin əməkdaşı, 1991-ci il təvəllüdlü Elnur Məmmədov arasında mübahisə yaranıb. Mübahisəyə nəqliyyat işçisinin sürücüdən sənəd tələb etməsi səbəb olub. Nəqliyyat işçisinin əmrinə tabe olmayan sürücü onu təhqir edib. Nəticədə əlbəyaxa dava düşüb.
Dava zamanı Elnur Məmmədova gücü çatmayan sürücü onu dəmir parçası ilə vurub. Ağır yaralanan Elnur Məmmədov xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən Valeh Məmişov qaçaraq gizlənib. Onun barəsində 221.3 maddəsi ilə cinayət işi başlanıb. Hazırda hüquq-mühafizə orqanları onun axtarışı ilə məşğuldurlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?