"İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar".
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat ixmdətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. "Dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb", - B.Məmmədov bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?