Metronun “20 Yanvar” stansiyasında qatar yoluna qızların düşməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, hadisənin təfərrüatı araşdırmalardan sonra məlum olacaq.
13:30
İki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən altı dəqiqə yubanma yaranıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?