GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Avropa Şurası Azərbaycanı jurnalistləri həbsxanada saxlayan ölkələr sırasında göstərib - ekspertin şərhi

Avropa Şurası Azərbaycanı jurnalistləri həbsxanada saxlayan ölkələr sırasında göstərib - ekspertin şərhi

Tarix: 27-04-2022, 22:42 Bölmə :Cəmiyyət Baxış: 265

Avropa Şurasının Jurnalistikanın müdafiəsinə və jurnalistlərin təhlükəsizliyinə yardım Platforması aprelin 26-da Strasburqda illik məruzəsini açıqlayıb.

Araşdırmada Avropa Şurasının iştirakçısı olan ölkələrdə jurnalistlərin və medianın problemləri, KİV nümayəndələrinin peşə fəaliyyətlərinə görə təqibi faktları əksini tapıb.

Araşdırmanın müəllifləri Avropa Şurasının tərəfdaşı olan, KİV azadlığı məsələləri ilə məşğul olan 15 QHT-dir. Məruzədə Avropa Şurasına üzv ölkələrdə KİV azadlığının vəziyyəti qiymətləndirilir.

Platforma 2015-ci ildə Avropa Şurası tərəfindən KİV azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdid haqqında məlumatların toplanması və yayılması, media azadlığının müdafiəsi sahəsində işləyən beynəlxalq QHT-lərlə birlikdə yaradılıb.


Platformada müntəzəm olaraq Avropa Şurasına üzv ölkələrdə jurnalistlərə və mətbuata qarşı təhdidlər, ölkələrin bu faktlara cavabları işıqlandırılır.

Hazırkı araşdırma 2021-ci ili əhatə etsə də, sənəddə 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması da əksini tapıb.

Məruzədə Azərbaycandakı vəziyyətə də diqqət yetirilib. Xüsusən, Azərbaycan jurnalistlərin (ümumilikdə 56 nəfər) həbsxanalarda saxlanıldığı ölkələr sırasında göstərilib.

Azərbaycanda Əfqan Sadıqov, Aslan Qurbanov (bloger), Elçin Məmməd və Polad Aslanov həbsdə saxlanılır.Rusiya tərəfindən ilhaq olunmuş Krımda həbsxanada olan 11 jurnalistdən 10-u Krım tatarıdır.Azərbaycan, Rusiya, Türkiyə və Ukraynada (Krım) dövlət qulluqçularını təhqir etməkdə, icazəsiz etiraz aksiyalarında iştirakda, hökuməti tənqid etməkdə, polisə tabe olmaqdan imtina etməkdə, məxfi məlumatı yaymaqda və ya terror təşkilatını dəstəkləməkdə ittiham olunan jurnalistlər barəsində 11 hökm çıxarılıb.Bundan başqa, Azərbaycan hökuməti təzyiq və dövlət resurslarından - subsidiyalardan, reklamdan və s. istifadə etməklə özəl KİV-lər üzərində nəzarət qurduğu ölkələr qrupuna daxil edilib.Bunun nəticəsində ictimai rəyi formalaşdıran, müxalifətin fikrini və fərqli düşüncəni istisna edən hökumətyönümlü KİV-lər formalaşıb.Azərbaycan Türkiyə və Rusiya ilə birlikdə bu qrupa daxildir. Macarıstan və Polşada da eyni model tətbiq edilməyə başlayır, bu ölkələr hazırda Avropa Şurasının diqqət mərkəzindədir. Sloveniya da bu yolla gedir.Məruzə müəllifləri Azərbaycan, Polşa və Macarıstanda jurnalistlərin izlənməsində casus proqramlarından istifadə edildiyini qeyd edibXalid Ağaliyev


Xalid Ağaliyev


Araşdırmada Azərbaycanda AzərTAc dövlət informasiya agentliyinin müxbiri Məhərrəm İbrahimovun və AzTV dövlət telekanalının operatoru Sirac Abışovun 4 iyun 2021-ci ildə Azərbaycanın azad olunmuş Kəlbəcər rayonunda ermənilər tərəfindən dağıdılan ərazilərlə bağlı material hazırlayarkən minaya düşərək həlak olduğu qeyd edilir.

Azərbaycanın hökumət qurumlarından bu hesabata müasibət almaq mümkün olmayıb. Bununla yanaşı, rəsmi Bakı bir qayda olaraq beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri ölkədə bütün fundamental azadlıqların, o cümlədən mətbuat azadlığının tam təmin edildiyini bəyan edir.

Media hüquqları qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, sənəd bir təşkilatın apardığı monitorinqin nəticəsinə deyil, media azadlığı sahəsində çalışan əsas beynəlxalq təşkilatların araşdırmalarının nəticələrinə söykənir.

Hesabat reallığı aydın ifadə edən sənəddir.

Xalid Ağaliyev, ekspert

"Sənəd il boyunca ayrı-ayrı ölkələrdə baş vermis, mediada geniş ifadəsini tapmış, təkzib edilməmiş xəbərlərin, açıqlamaların analizi əsasında hazırlanıb. Ona görə, orada ifadəsini tapan xüsusatları təkzib etmək demək olar ki, mümkün deyil. Fikrimcə, reallığı aydın ifadə edən sənəddir."

Onun fikrincə, sənəddə faktlara əsaslan nəticələr də əsaslıdır.

"Azad medianın var olması üçün əsas məsələlərdən olan müstəqil maliyyə qaynaqlarına sahib olmaq Azərbaycanda on illərdir ki, əsas problem olaraq qarşımıza çıxmaqdadır. Reklam bazarı yoxdur, rəsmi bilgilərə görə, medianın reklam bazarının ümumi həcmi qonşu Gürcüstan, Ermənistanla müqayəsədə 10 dəfələrlə azdır. Bu ölkədə yürüdülən media siyasətinin nəticəsidir, hökumət, bu yolla median nəzarət altında saxlayır. Bütün bunlar yekun nəticədə medianın öz gerçək funksiyalarını yerinə yetirməsini əngəlləyir, media ictimai nəzarətçi funksiyasını itirir və fərqli rəyləri ehtiva etməyən, qeyri-plüralist informasiya axını yanlış ictimai rəy formalaşdırır. Bütün bu məsələlərlə bağlı sənəddə gəlinmiş nəticələri də bölüşməyə bilmərik" - deyə, o, Amerikanın Səsinə bildirib.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səməd Seyidov: “Hazırda Avropa Şurası böhran yaşayır”

    Səməd Seyidov: “Hazırda Avropa Şurası böhran ...

    10-10-2018, 22:53

  • 
  • ATƏT jurnalistlərin təhlükəsizliyi mövzusunda konfrans keçirir [Video]

    ATƏT jurnalistlərin təhlükəsizliyi mövzusunda ...

    28-10-2016, 22:26

  • 
  • Avropa Şurası və Avropa İttifaqı edam cəzasının ləğvinə çağırır

    Avropa Şurası və Avropa İttifaqı edam cəzasının ...

    10-10-2014, 14:10

  • 
  • Avropa Şurasının komissiyası: Azərbaycan öhdəliklərini yerinə yetirməyib

    Avropa Şurasının komissiyası: Azərbaycan ...

    13-06-2019, 16:37

  • 
  • Cəmil Həsənli Avropa Şurasını “yıxıb-sürüdü”

    Cəmil Həsənli Avropa Şurasını “yıxıb-sürüdü” ...

    23-12-2013, 12:16


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu