"Azərsun Holdinq" MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki "Azərsun Sənaye Parkı”nda baş vermiş yanğına görə sığorta ödənişi veriləcək.
Bunu holdinqə məxsus, Parkın sığorta olunduğu "Azərbaycan Sənaye Sığorta" ASC-nin İdarə Heyətinin sədr müavini Samir Məmmədov bildirib.
Bununla belə, o, sığorta ödənişinin məbləği barədə konkret açıqlama verməyib və bu rəqəmin dəymiş ziyan hesablandıqdan sonra məlum olacağını deyib.
Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında baş verib. Alov təxminən 5 000 kv.m sahəni əhatə edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü tədbirlər nəticəsində onun 4 000 kv.m-lik hissəsində yanğın söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?