GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Nanny.az” şirkətinin dayə “fırıldağı” - İLGİNC İDDİALAR...

“Nanny.az” şirkətinin dayə “fırıldağı” - İLGİNC İDDİALAR...

Tarix: 29-04-2022, 18:05 Bölmə :Cəmiyyət Baxış: 374



Səbail rayonu Əhməd Cavad küçəsi 15 ünvanında yerləşən “Nanny.az” dayə şirkəti vətəndaşları aldadıb pulunu mənimsəyərək dələduzluq edir. 


GundemXeber.Az xəbər verir ki, bu barədə Axar.az-a Bakı sakini Azad Əfəndiyevin şikayətində bildirilib.

Vətəndaş deyib ki, həyat yoldaşı aprelin 19-da 1 yaş 9 aylıq körpələrinə dayə axtarmaq məqsədilə sözügedən şirkətə müraciət edib:

“Müraciətimiz telefon vasitəsilə baş tutdu. Özünü şirkətin rəhbəri kimi təqdim edən Xana adlı şəxslə danışdıq. Təcili şəkildə tələbimizə uyğun dayə axtardığımızı dedik. Bizə bildirildi ki, müqavilədən əvvəl 400 manat xidmət haqqı ödəməliyik. Ödənişdən sonra e-mail ünvanımıza müqavilə göndəriləcəyi, bundan sonra dayə axtarışlarına başlanılacağı deyildi. Şirkətin rəhbəri ilə danışdığım zaman ona axtardığımız dayə ilə bağlı şərtlərimizi söyləmişdik. Tələb etdikləri qaydada proses baş tutdu. Müqavilə ilə tanış olduqdan sonra birtərəfli və ədalətsiz tərtib olunduğunu gördük. Bizsə artıq pulu ödəmişdik. Şirkət bunu bilərəkdən etmişdi. Günün sonuna doğru namizəd olaraq 3 dayənin CV-sini göndərdilər. Heç biri tələblərimizə uyğun deyildi. Növbəti gün də eyni hal yaşandı. Şirkət hələ də bizə uyğun namizədi təqdim etməmişdi”.

A.Əfəndiyevin sözlərinə görə, növbəti günlərdə əlaqə saxladıqları dayələr yüksək əmək haqqı tələb ediblər:

“Artıq başa düşdük ki, bu şirkət istənilən müraciət edən adamı dayə adı altında qeydiyyata alır və məsuliyyətdən boyun qaçırır. Şirkət ilk ödənişi mənimsəmək üçün bu oyunları çıxarır. Dayə xidməti üçün müraciət edənlərin hansı şəkildə psixoloji testdən keçirilməsi bela sual altındadır. 23 apreldə son “təcrübəli dayə“ CV-si mənə göndərildi. Xanımla əlaqə saxladıqda heç vaxt dayə işləmədiyi və “Nanny.az”da ev təmizliyi üçün qeydiyyatdan keçdiyi məlum oldu. Şirkətə iradlarımızı bildirdikdə isə e-mail vasitəsilə göndərilən cavab belə oldu: “Biz dayələrin şəxsi keyfiyyətləri haqqında məsuliyyət daşımırıq, axtarışların nəticəsinin müsbət və ya mənfi olmasından asılı olmayaraq ödədiyiniz məbləğ geri qaytarılmayacaq“. Şirkət birmənalı şəkildə dələduzluqla məşğuldur, istehlakçıların haqlarını kobud şəkildə pozur”.

“Nanny.az”ın nümayəndəsi Arifə Səlimova isə saytımıza bildirib ki, vətəndaşlardan alınan 400 manat dayə axtarışında göstərilən ilkin xidmətə görədir:

“Bu səbəbdən ödənişi geri qaytara bilmirik. Lakin bunun müqabilində müqavilə ilə bağlı alternativ təkliflər veririk. Şirkətin öz prinsip və qaydaları var. Bunlar barəsində vətəndaşa göndərilən müqavilədə də qeyd olunur. Vətəndaş razı deyildisə, müqaviləni təsdiqləməyə bilərdi. Bazamızda 45 min dayə var. Onların psixoloji vəziyyəti barədə məlumatlı olmamağımız da normaldır. Valideynlə dayə arasında razılıq əldə olunduqdan sonra dayənin kliniki müayinəsini edib bu barədə məlumatı valideynə göndəririk. Sözügedən vətəndaşa 1 həftə ərzində dayə lazım idi. Operativ olaraq müqavilədəki şərtlərdən daha artıq xidmət göstərməyə çalışmışıq”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Nanny.az”la bağlı quruma çoxsaylı şikayətlər daxil olduğunu deyib:

“Məlum olub ki, şirkətin tələsi əvvəlcədən vətəndaşlardan pul almaqdır. Dayənin xidmətə gedib-getməməsi onlar üçün maraqlı deyil. Vətəndaşın şikayətini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərmişik. Bu, xidmət sahəsində istehlakçı hüququnun pozulmasıdır. Məsələ aidiyyəti üzrə öz həllini tapmalıdır”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dayə yemək istəməyən uşağa belə işgəncə verdi - VİDEO

    Dayə yemək istəməyən uşağa belə işgəncə verdi - ...

    22-11-2014, 20:57

  • 
  • Bakıda ərini dayə ilə tutan qadın intihara cəhd etdi

    Bakıda ərini dayə ilə tutan qadın intihara cəhd ...

    31-10-2017, 21:39

  • 
  • Dayə və uşaqlar Beyrutdakı partlayışdan belə xilas oldu-video

    Dayə və uşaqlar Beyrutdakı partlayışdan belə ...

    7-08-2020, 16:19

  • 
  • BAKIDA DAYƏ OĞURLUQ ETDİ -VİDEO

    BAKIDA DAYƏ OĞURLUQ ETDİ -VİDEO ...

    9-07-2013, 19:10

  • 
  • ŞOK:Bakıda müğənninin qohumu dayəyə təcavüz etdi

    ŞOK:Bakıda müğənninin qohumu dayəyə təcavüz etdi ...

    11-12-2013, 14:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu