Sosial şəbəkələrdən birində Bakıda dayənin qeyri-qanuni hərəkətləri ilə bağlı əhvalat yerləşdirilib. 1972-ci il təvəllüdlü Gülzad Həsənovadan yazır.Müəyyən müddətdən sonra, dayəni işə götürənlər evdən bəzi şeylərin itdiyini müəyyən edib və mənzildə gizli kamera quraşdırmaq qərarına gəliblər. Gizli kameranın çəkdiyi videoya baxdıqdan sonra, onlar, oğru dayənin peşəkarcasına əlcək geyinməyi və evin əşyaları arasında axtarış aparmağa başladığını görüblər.
“Belə “kinoya” baxdıqdan sonra, qohumlarım tez evdə şkafları axtarmağa başlayıblar. Onlar evdən bir qədər pul və bəzi qızıl-zinət əşyalarının itdiyini aşkarlayıblar. Səhər polisə müraciət edərək, ərizə yazıb və videonu da təqdim ediblər. Bundan sonra dayəni elə onların evlərində qandallayaraq, polisə aparıblar” – zərərçəkmiş şəxslərin qohumu yazır.
Dayə evdən təxminən 10 min manat oğurlayıbmış. Lakin bunun cəmi 1400 manatını qaytarıb, qızılları isə götürmədiyini deyib:
“Polisdə dindirmə zamanı qohumlarımın ona yazıqları gəldi, dayəni elə onun öz uşaqlarına bağışlayaraq, ərizələrini geri götürdülər və bu qadın azadlığa buraxıldı”. Müəllif yazır ki, qalan pulu və qızılı qaytarmayan Gülzad Həsənova indi də azadlıqda gəzir və özünə yeni iş axtarır.
Əhaliyə müraciət edən müəllif belə insanlara inanmamağa, ehtiyatlı olmağa çağırır.
Xəbərdarlıq qismində müəllif aşağıdakı videonu təqdim edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?