Son günlər Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində bahalı villaların satışına dair elanlar artıb.
GundemXeber.Az-ın məlumatına görə, cebhe.info-nun əmlak saytlarında apardığı müşahidələr göstərib ki, dəyəri 700 min manatdan başlayan villaların qiyməti bəzən bir neçə milyona çatır. Villaların kütləvi satışa çıxaralmasının səbəbi bəlli deyil. Rieltorlar bildirirlər ki, villa sahibləri əsasən bir neçə bahalı mülkə ehtiyac olmadığını bildirir və daşınmaz əmlakı nağlaşdırmağa çalışırlar.
Satışa çıxarılan vilaların sahəsi azı 500 kvadratmetr olur. Malikanələrin “kupça”sının (qeydiyyat şahadətnaməsi) olması qiyməti daha da bahalaşdırır.
Şüvəlanla yanaşı, Mərdəkan qəsəbəsində də dəyəri bir milyon manata çatan villaların satışa çıxarılması artıb.
Sorğu
Yeni dizaynımız necədir?