Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tibb Universitetinin rektorundan humanitar təşəbbüs
Hər il Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəylinin təşəbbüsü ilə ATU-da təhsil alan valideyn himayəsindən məhrum olmuş, maddi durumu aşağı olan, Qarabağ əlili və şəhid ailəsi övladlarına pulsuz Excimer əməliyyatı icra olunur.
Əməliyyatı yerinə yetirən oftalmoloq-həkim Qurban İsmayılov bildirib ki, xeyriyyə aksiyası artıq 4 ildir ki, davam edir:
“Əməliyyatlar Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında aparılır. Bu il aksiyaya yenilik edilib. Həm Tibb Universitetində, həm də başqa universitetdə təhsil alan tələbələrin Excimer əməliyyatı icra olunub. Aprelin 28-də mərhum oftalmoloq, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş humanitar xeyriyyə aksiyasına start verilib. Bu münasibətlə 14 tələbə əməliyyat olunub.
Mayın 10-da isə Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə 24 tələbəyə Excimer əməliyyatı icra olunacaq. Əməliyyat olunan tələbələrdən 8-i başqa universitetin, 16-si isə Tibb Universitetinin tələbələridir”
13-11-2013, 13:01
24-12-2018, 11:25
17-10-2015, 20:38
16-02-2017, 21:43
14-05-2018, 15:04
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?