Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanlı zəvvarlara QADAĞA: Hansı şəxslər hacı ola bilməyəcək? - AÇIQLAMA
Bu il Azərbaycandan olan zəvvarların Həcc ziyarətinə icazə verilib.
Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib.
QMİ rəsmisinin sözlərinə görə, bu il Azərbaycandan Həcc ziyarəti təşkil olunacaq. Din xadimi vurğulayıb ki, cari il üçün Azərbaycana ayrılan kvota və qiymətlər hələlik müəyyən edilməyib, yaxın günlərdə bununla bağlı məlumat veriləcək.
“Kvotanın sayı və qiymət barədə məlumat təxminən bir həftə, 10 günə açıqlanacaq”, - QMİ rəsmisi deyib.
Onun sözlərinə görə, bu il ölkəmizdən Həcc ziyarətinə yalnız Azərbaycan vətəndaşları gedə biləcək:
“Azərbaycan vətəndaşı olan istənilən şəxs ziyarətə gedə bilər. Ziyarət yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Başqa ölkə vətəndaşları bizdən gedə bilməyəcək. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi. Bu il belə olmayacaq. Eyni zamanda qeyd edim ki, 65 yaşa qədər olan vətəndaşlar ziyarətə gedə biləcəklər. Yaşı 65-dən yuxarı olanlara icazə verilməyəcək”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.
GUNDEMXEBER.AZ
10-03-2017, 21:51
2-06-2016, 17:00
15-02-2018, 23:37
5-08-2019, 13:59
11-01-2016, 13:59
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?